Zaur Baxşəliyev qəzəbləndi

Zaur Baxşəliyev qəzəbləndiTeleaparıcı Zaur Baxşəliyev bu məsələ ilə bağlı açıqlama verdi: "Onun yarısı" evlilik proqramı efirdə yayımlandığı gündən bu günə qədər qarşısına bir məqsəd qoyur - nitq qüsurlu, fiziki qüsurlu, kimsəsiz, internat məktəblərində böyüyən, qocalar evində yaşayan maddi və mənəvi təminatı olmayan, tənha yaşayan insanlara dəstək olmaq, maddi təminatına kömək göstərmək, mənəvi sarsıntılarını azaltmaq. Bunun bariz nümunəsi olaraq "Onun yarısı" proqramında bu günə qədər, yəni iki il ərzində onlarla nitq qüsurlu cütlük ailə qurub. Bir daha vurğulayıram, nitq qüsurlu cütlüklər. Bunu təsdiqləyən proqramlarımız, toy görüntülərimiz, video çarxlarımız var. "Onun yarısı" proqramı yayıma başladığı ilk həftədə Bilgəhdə yerləşən 11 saylı internat məktəbində böyüyən kimsəsiz Elnurənin toyunu etdi. Atasız-anasız böyüyən bir qız "Onun yarısı" proqramında atalı-analı normal bir ailəyə gəlin köçdü və bu gün özü də anadır. "Onun yarısı" Elnurə kimi bir çox kimsəsiz, evlənmək yaşına çatmış qız və oğlanlarımızın normal cəmiyyətə adaptasiyasını, sağlam ailə dəyərlərinə sahib olmasını təmin etdi. Son olaraq isə hər iki valideynini itirmiş kimsəsiz Elnur və ailəsi çox böyük maddi ehtiyac içərisində yaşayan Nərminə cütlüyünü misal gətirmək olar. Məhz "Onun yarısı"nda onlar ailə üçün lazım olan bütün maddi ehtiyaclarını təmin etdilər. Və bu gün çox xoşbəxtdirlər… Bir neçə gündən sonra studiyamızda daha bir kimsəsiz qız - Natəvan atalı-analı normal bir ailəyə gəlin köçəcək. Birinci qrup əlil olan Fəxrəddin isə özü kimi birinci qrup əlil Zeynəblə nikaha daxil olacaq. Bu siyahını deməkdə məqsədimiz Azərbaycan ictimaiyyətinə və bizi izləyə bilməyən, lakin haqqımızda dedi-qodulara istinadən yalnış düşünən insanlara məsələni aydınlatmaqdır. Bizim verilişin məqsəd və məramını anlamaq üçün evlənmək məqsədi ilə studiyamıza pənah gətirən onlarla nitq qüsurlu, fiziki qüsurlu, kimsəsiz insanları görmək kifayətdir. Dəfələrlə efir vasitəsi ilə tamaşaçılarımıza müraciət etmişik və sizin sayt vasitəsilə də oxucularınıza müraciət səslənirik ki, "Onun yarısı" proqramı daha çox kimsəsiz, yaşlı, tənha, maddi imkanı olmayan, nitq və fiziki qüsurlu insanlar üçün nəzərdə tutulub. Düzdür, iki il ərzində "Onun yarısı" verilişində cəmiyyət tərəfindən birmənalı qarşılanmayan hadisələr də baş verib. Bu neqativ halları aradan qaldırmaq üçün biz hər zaman çalışmışıq və bu gün də çalışırıq".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 17648   Tarix: 13 may 2012  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Evinizdə varsa QƏTİ ATMAYIN: 3 min pul verirlər - FOTO

Gümüş və melxior qaşıq, çəngəl və digər əşyalar yüksək qiymətə alınır. BİG.AZ -a istinadla xəbər verir ki, bir şəxs bununla bağlı sosial şəbəkədə vətəndaşlara müraciət edib. Onun sözlərinə görə, gümüş məmulatların kiloqramını 2-3 min manata, melxior məhsulların isə kiloqramını 60-100 manata qədər alır

07.06.2026 408
.

Bunlar bəxtsizlik və yoxsulluq gətirir - Qarderobunuzdan çıxarın

Fən-şuy təliminin tərəfdarları hesab edirlər ki, insanın xarici görünüşü onun daxili vəziyyətini əks etdirir. Onların fikrincə, səliqəli və baxımlı geyim özünəinamı artırmağa, müsbət enerji cəlb etməyə və hətta uğur qazanmağa kömək edə bilər. Əksinə, çirkli, köhnəlmiş və ya zədələnmiş geyimlərin mənf

07.06.2026 214
.

Bu resepti bilənlər artıq dondurma almır

Yay mövsümündə həm uşaqların, həm də böyüklərin sevimlisi olan dondurmanı ev şəraitində hazırlamaq mümkündür. Bunun üçün xüsusi avadanlığa və ya çoxlu ərzağa ehtiyac yoxdur. xəbər verir ki, ən sadə üsullardan biri bananlı dondurma hazırlamaqdır. Bunun üçün 2-3 ədəd yetişmiş bananı doğrayaraq bir neç

06.06.2026 261
.

Skandinaviya üslubunda mətbəx mebeli necə olur?

Skandinaviya üslubu Şimali Avropa ölkələrində formalaşmış interyer dizayn anlayışıdır. Bu üslubun əsas məqsədi rahat, funksional və insanın özünü yaxşı hiss etdiyi məkan yaratmaqdır. Burada artıq detallara yer verilmir. Hər bir element müəyyən funksiyanı yerinə yetirir və ümumi görünüşə uyğunlaşdırılır

05.06.2026 249
.

Dünyada hər il təxminən bir trilyon dollarlıq ərzaq tullantıya çevrilir - BMT-dən hesabat

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, dünyada hər il itirilən və ya tullantıya çevrilən ərzağın dəyəri təxminən bir trilyon dollara çatır. -ya istinadən xəbər verir ki, söhbət qlobal ərzaq istehsalının böyük hissəsinə bərabər həcmdən gedir. Hesabatda qeyd olunur ki, dünyad

07.06.2026 173
.

Kilosu 10 manata olan kartof - Batat hansı xəstəliklərdə faydalıdır?

Batat - şirin kartof kimi tanınan tərəvəz adi kartofa bənzəsə də, daha incə, iri və şirin dadı ilə seçilir. bildirir ki, son zamanlar ölkədə bazar və marketlərdə çox görünən, amma qiyməti dodaq uçuqlatan şirin kartof insan sağlamlığı üçün əvəzsizdir. Hazırda kiloqramı 10 manata olan batat B, C, PP, A

06.06.2026 218
.

Turşu qoxusunu bankadan saniyələr içində yox edən üsul

Turşu hazırlayarkən istifadə olunan sirkə, sarımsaq və müxtəlif ədviyyatların kəskin qoxusu çox vaxt bankalara elə hopur ki, adi yuma metodları ilə tamamilə təmizlənmir. Lakin heç bir kimyəvi maddə istifadə etmədən, sadəcə istiliyin gücü ilə bu qoxudan saniyələr içində xilas olmaq mümkündür. hopmuş turş

31.05.2026 386
.

Kondisioneri niyə 26 dərəcəyə qoymaq olmaz?

Yay aylarında havaların kəskin istiləşməsi ilə bir çox insan kondisioneri avtomatik olaraq 26 dərəcəyə tənzimləyir. Əksəriyyət bu temperaturun nə çox soyuq, nə də çox isti olduğunu düşünərək onu ən ideal seçim hesab edir. Lakin kondisioner sistemlərinin texniki xidməti ilə məşğul olan mütəxəssislər bunu

07.06.2026 212
.

Alimlər nə qədər yaşayacağımızı hesablamağı tapdılar

Alimlər ömür uzunluğunu proqnozlaşdırmağın bir yolunu tapdılar. BİG.AZ xəbər verir ki, onlar siçanlardan, makakalardan və insanlardan 11.00-dən çox toxuma nümunəsini təhlil edərək qocalmanın ümumi molekulyar imzalarını aşkar etdilər. Bu imzalar bədənin nə qədər tez qocaldığını və erkən ölüm riskini proqnozlaşdırır

09.06.2026 364
.

TOP MP3