Döz ürəyim, bu da keçəcək

Döz ürəyim, bu da keçəcəkDaha harada dayanıb, harada tərk edəcəyimizə qərar verə bilməzkən... Nəyin doğru nəyin səhv olduğunu bilməzkən...
Həyatı yaşamağa dəyər edən duyğuların yoxluğu hiss edilər oldu ürəklərdə...
İnsan eşitməzkən, dinləməzkən, göz görməzkən... Amma könül görərkən... Həyat dahamı mənalı idi?
Başımıza nələr gələcək daha. Nələri sığdıracağıq bu qısacıq həyata... Bir anda olacaq hər şey... Xoşbəxtliyi bir tərəfə, başa gəlincə cəfası çəkilən dost üçün darıxır ürək... Sevgi üçün darıxır. Yalan həmişə onu o isə yalanı axtarır. Sıx sarıldığı təkliyinin himayəsində yetişir; özünü həyata təkliklə hazırlayır. Həyatın axıb getdiyini fərqinə varsa, yıxılacaq...

Yox o istəmir bunu bilməyi. Yaşamağa başlamaq üçün həsrətinin bitməsini gözləyir. Nə yaşayacaqsa, o dostla olsun, həyatının mənası o olsun... Daha nələr-nələr istəyir ürək... Bir zaman sonra hər şey bitəcək, heç bir şey başlamadan bitəcək hər şey... Halbuki o qədər çox şey yaşanmış olacaq ki... O da fərqinə varacaq sonunda çox gec olacaq... Yaşadığı xəyal qırıqlığını adlandırmaq üçün söz tapa bilmədiyində, bildiklərinin qədəriylə uyğunlaşmadığını anlayacaq. Haqq verəcək bütün könüllərə... Amma bulana qədər axtaracaq, az şey tapmayacaq. Tapdıqlarını bir-birinə əlavə etdiyində həmişə bir şeylərin əskik qaldığını görüncə anlayacaq hər şeyi tam mənasıyla əldə edə bilməyəcəyini. Yaşadıqca öyrənəcək...
İtirəcəyi qorxusu deyil ondakı, qazana bilməyəcəyi düşüncəsi. İtirmə şansı olsa özünü yaxşı hiss edə biləcək bəlkə. Amma heç qazana bilmədi ki, nə itirəcək!.. Məhkum idi o bəlkə də itirməyə, hər vaxt olmasa da çox vaxt... Həyat nə qədər yaşamağa dəyərsə də, daha azına layiq gördüyü üçünmü özünə bu qədər əziyyəti verir?..

Susqun ürəyim mənim... Kimsə arxasına dönüb baxmazkən, kimsə sənin nələr yaşadığını anlaya bilməzkən... Və bütün yaşananları səndən başqa kimsənin eyniylə yaşayacağından əmin ola bilməzkən...
Varmı içinə qapanıb ağlamaq?.. Susma ürəyim. Bax axıb gedir həyat. Yaşamaq sevməksə, sən yaşa yaşana biləcəklərin ən yaxşısını, yaşamaq darıxmaqsa, sən ən çox darıxan ol...
Həyatın mənasını təkliyə vurulan zərbədə bir dost axtararaq tapmağa çalışmaqsa həyat... Həyat bizim edə bildiklərimizdirsə... Qalx ürəyim, sən əlindən gələni et. Gerisi səndən soruşulmaz, maraqlanma..

Döz ürəyim, bu da keçəcək...


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 8149   Tarix: 07 may 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az