Qatil öldürəcəyi adama aşiq oldu

Qatil öldürəcəyi adama aşiq olduRusiyanın Tula şəhərində yaşayan 24 yaşındakı Oleg Tatarinov uzun müddətdir depressiyada olub və dəfələrlə intihar edib. Oleg, sosial şəbəkələrin birində dərdini bölüşdüyü 19 yaşındakı Anna Zubrilkinaya onu öldürməsini təklif edib. Bunun qarşılığında da 11 min rubl (Təxminən 4 min dollar) pul verib.

Gənc qız adamın təklifini qəbul edib. Cütlük kürək və mətbəx bıçağını götürüb meşəyə gediblər. Oleg öz məzarını qazdıqdan sonra Anna bıçağı Olegin ürəyinə sancıb. Ancaq etdiyi hərəkətdən peşman olan qadın dərhal onu yaxınlıqdakı xəstəxanaya yetişdirərək həyatını xilas edib.

Qeyd edək ki, bu hadisədən sonra cütlük bir-birinə aşiq olub. Ev dustağı kimi saxlanılan və hələ də məhkəməsi davam edən Anna "Bir-birimizi sevirik və sonsuza qədər birlikdə olmaq istəyirik" deyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 8553   Tarix: 10 avqust 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az