Əcnəbi ölkədə öldürülən azərbaycanlı iş adamları - SİYAHI

Əcnəbi ölkədə öldürülən azərbaycanlı iş adamları - SİYAHIXəbər verdiyimiz kimi, ötən gecə Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu və tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşı azərbaycanlı iş adamı Etimad İsmayılov Türkiyənin İstanbul şəhərindəki ofisində güllələnib. Başından 2, sinəsindən 1 güllə ilə yaralanan İsmayılov xəstəxanaya çatıdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Onu qətlə yetirənin azərbaycanlı iş adamı, sabiq polis rəisi Gözəl Dəmirovun olduğu bildirilir. Silahlı hücumu törətməkdə günahlandırılan Gözəl Dəmirov artıq polislər tərəfindən saxlanılıb. İddialara görə, Gözəl Dəmirovun Etimad İsmayılova borcu olub. Hadisə də bu səbəbdən baş verib.

BiG.AZ saytı son dövrlər xaricdə öldürülən azərbaycanlı iş adamlarını təqdim edir:

- Rusiyanın paytaxt Moskvada, Kalujskoe şossesi ərazisində azərbaycanlı iş adamı 1980-cı il təvəllüdlü Sadiq Qulu oğlu Qasımov bıçaqlanaraq qətlə yetirilib.
Moskva ətrafında yaşayan və xırda ticarətlə məşğul olan azərbaycanlının milliyyətcə gürcü olan Qurami adlı şəxs tərəfindən bıçaqlandığı bildirilir.

-1975-ci il təvəllüdlü, Azərbaycanın Mingəçevir şəhərində doğulan Abdullayev Eldəniz Valeh oğlu Rusiyanın Novokuznetsk şəhərində naməlum şəxslər tərəfindən bıçaqlanaraq öldürülüb.

- Rusiyanın Tümen vilayətindəki Neftyuqansk şəhərində azərbaycanlı iş adamı İlyasov Fəzail Eldar oğlu vəhşicəsinə qətlə yetirilib. O, öz dükanında yandırılaraq öldürülüb.

- Ukraynanın Donetsk şəhərində azərbaycanlı iş adamı avtomobilində partladılaraq öldürülüb.
Əslən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonundan olan, Ukrayna vətəndaşı, 57 yaşlı C.Məmmədovun avtomobili Donetskdə qumbaraatanla atəşə tutularaq partladılıb.

- Ukraynanın Donetsk vilayətinin Qorlovka şəhərində naməlum şəxslər azərbaycanlı iş adamını oğurlayaraq öldürüblər.

Belə ki, Azərbaycanın Dəvəçi rayonundan olan, Ukrayna vətəndaşı İlqar Aşurov yaşadığı Qorlovka şəhərində avtomobili ilə birgə naməlum şəxslər tərəfindən oğurlanıb. Onun döyülərək öldürüldüyü ehtimal edilir.

-Ukraynanın Luqansk vilayətinin separatçıların nəzarətində olan Krasnıy Luç şəhərində əslən Azərbaycanın Gəncə şəhərindən olan 1971-ci il təvəllüdlü Rövşən Yusif oğlu Şirinov öldürülüb. Onun mərkəzindəki evinə 4 maskalı şəxs hücum edib. Maskalılar iş adamının və onun həyat yoldaşının əl-qolunu bağlayıblar. Hadisə zamanı R. Şirinovun 1 yaşlı oğlu da evdə olub. Quldurlar mənzildən 40 min dollara yaxın pulu götürərək iş adamını da özləri ilə aparıblar.
Səhəri gün şəhər kənarında R. Şirinovun meyiti tapılıb. O, başından aldığı güllə yarası nəticəsində ölüb.

- Luqansk Vilayət Administrasiyasının keçmiş yüksək vəzifəli əməkdaşı, azərbaycanlı iş adamı 1958-ci il təvəllüdlü Nəsibov Nəsib Yadigar oğlu naməlum şəxslər tərəfindən avtomobilində gülləbaran edilərək öldürülüb.

- Ukraynanın Donetsk vilayətində azərbaycanlı iş adamı, keçmiş dövlət məmuru 1954-cü il təvəllüdlü Mamedov Oleq Nəsib oğlu separatçılar tərəfindən avtomobilində partladılaraq öldürülüb.

- Ötən ilin iyulunda azərbaycanlı iş adamı, "Tern Transport & Trading CZ" şirkətinin rəhbəri Rəşad Qafarov Praqada maşınında ölü tapılmışdı. Çexiyanın "Nova TV" televiziyasının xəbərinə görə, hadisə gündüz baş vermişdi. Tapılanda onun üzərində bıçaq xəsarətləri olub.

- Başakşehirdə yerləşən lüks kompleksə hücum edən silahlı şəxslər azərbaycanlı iş adamı 41 yaşlı Əli Həmidovu öldürüb, onun rəfiqəsi 29 yaşlı Rusiya vətəndaşı Asiyat Alaşevanı yaralamışdılar. Belə ki, şəxsiyyətləri bilinməyən altı nəfər kompleksə hücum edərək əvvəlcə iş adamını və rəfiqəsini dəyənəklə döymüş, daha sonra güllələmişdilər. Həmidov aparıldığı Esenyurt Dövlət xəstəxanasında vəfat etmişdi.

-Antalyada azərbaycanlı iş adamı yataq otağındakı şkafda ölü vəziyyətdə tapılmışdı.Türkiyədə portağal ticarəti ilə məşğul olan 64 yaşlı azərbaycanlı Məcid Nuxiyev evinin yataq otağında şkafda elektrik naqili ilə boynundan asılı vəziyyətdə aşkar edilmişdi. Araşdırmalara görə, o tapılanda artıq 5-6 gün idi öldürülmüşdü. Əslən Kürdəmir rayonundan olan Məcid Nuxiyev Ukraynanın Lvov şəhərində yaşayıb və burada Azərbaycan diasporunun rəhbəri olub.

Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1417   Tarix: 20 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281