Mehriban Əliyeva İtaliyada mərasimdə iştirak edib (FOTO)

İtaliyada Azərbaycan Mədəniyyəti Günlərinin başa çatması ilə bağlı paytaxt Romadakı "Auditorium della Musika" konsert kompleksində mərasim keçirilib. Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü, ölkəmizin İtaliyadakı səfirliyinin və Roma şəhər meriyasının dəstəyi ilə keçirilən mərasimdə birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva burada Roma şəhərinin meri Gianni Alemanno ilə görüşüb. Roma meri Azərbaycanın birinci xanımını İtaliya paytaxtında görməkdən şad olduğunu bildirib. Gianni Alemanno Mehriban xanım Əliyevanın fəaliyyəti barədə məlumatlı olduğunu demiş, ölkələrimiz arasında mədəni əlaqələrin inkişafının əhəmiyyətinə toxunmuşdur. Mer Bakı ilə Roma arasında yeni açılmış təyyarə reysinin ona Azərbaycan paytaxtını görmək üçün fürsət yaradacağını vurğulamışdır.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Romada dahi Nizami Gəncəvinin abidəsinin ucaldılmasına verdiyi dəstəyə görə Gianni Alemannoya təşəkkürünü bildirmişdir. İtaliyada Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsindən məmnunluq ifadə edən birinci xanım bu cür tədbirlərin gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini vurğulamışdır.
Roma şəhərinin meri Gianni Alemanno Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya xatirə hədiyyəsi təqdim etmişdir.

X X X
İtaliyada Azərbaycan Mədəniyyəti Günlərinin başa çatması ilə bağlı təşkil olunan mərasimin aparıcısı ölkəmiz, onun tarixi, mədəniyyəti barədə ətraflı məlumat vermişdir.
Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov mədəniyyət günlərinin yüksək səviyyədə keçdiyini bildirmişdir. Diplomat qədim tarixə malik Azərbaycan-İtaliya əlaqələrinin bu gün də uğurla inkişaf etdiyini, İtaliyanın ölkəmizin ən böyük ticarət tərəfdaşlarından biri olduğunu diqqətə çatdırmışdır. Ölkələrimiz arasında humanitar əlaqələrin əhəmiyyətinə toxunan səfir mədəniyyət günlərinin ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayacağını vurğulamışdır.
Mərasimdə çıxış edən Roma şəhərinin meri Gianni Alemanno da qədim tarixə söykənən Azərbaycan-İtaliya əlaqələrinin inkişafı ilə bağlı son dövrlərdə atılan addımların əhəmiyyətindən danışmışdır. Mer dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin Romada ucaldılan abidəsinin ölkələrimiz arasındakı mədəni əməkdaşlığa mühüm töhfə olduğunu vurğulamışdır.
Sonra Azərbaycan incəsənət ustalarının iştirakı ilə möhtəşəm konsert proqramı təqdim edilmişdir.
Konsertin ilk nömrəsi Xalq Artisti Afaq Məlikovanın rəhbərlik etdiyi Azərbaycan Dövlət rəqs ansamblının ifasında "Cəngi" rəqsi olmuşdur.
Sonra Əməkdar Artist Elnarə Kərimovanın rəhbərliyi ilə "Buta" kamera xorunun ifasının, həmçinin "Sarı gəlin" xalq mahnısının, "Qarabağ yallısı"nın, "Novruz" ritmlərinin və Azərbaycanın bir-birindən maraqlı digər musiqilərinin səsləndiyi möhtəşəm "Auditorium della Musika" konsert kompleksində minlərlə tamaşaçı milli mədəniyyətimizin şahidi olmuşdur.
Qeyd edək ki, İtaliyada Azərbaycan Mədəniyyəti Günləri aprelin 16-da Turin şəhərinin italiyalıların qürur mənbəyi sayılan möhtəşəm Kariniano Teatrında start götürmüşdür. Daha sonra Milan və Venesiya şəhərlərində keçirilən mədəniyyət tədbirlərinə son olaraq paytaxt Romada yekun vurulmuşdur.
İtaliyada keçirilən tədbirlər bir daha sübut etmişdir ki, mədəniyyətlərarası dialoq platformasının yaradılmasında strateji məkan funksiyasını həyata keçirən ölkəmiz artıq mədəni dəyərləri, zəngin musiqisi ilə dünyanın diqqətini çəkir.

Mehriban Əliyeva İtaliyada mərasimdə iştirak edib (FOTO)Mehriban Əliyeva İtaliyada mərasimdə iştirak edib (FOTO)Mehriban Əliyeva İtaliyada mərasimdə iştirak edib (FOTO)Mehriban Əliyeva İtaliyada mərasimdə iştirak edib (FOTO)Mehriban Əliyeva İtaliyada mərasimdə iştirak edib (FOTO)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6515   Tarix: 22 aprel 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir". "Qafqazinfo" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib. Bu qlobal tədbi

12:47 32
.

Azərbaycanda əhalinin 75%-i "TikTok"un bağlanmasını İSTƏYİR

Dünyada sosial medianın mənzərəsi sürətlə dəyişir. Tədqiqatlar xüsusən "TikTok" media platformasının populyarlığının sürətlə artdığını və dünyada gənclər arasında ən çox istifadə edilən beş sosial media platformasından biri olduğunu göstərir. xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzini

25.04.2024 295
.

Bakıda "Mustang"la "avtoş"luq edən həbs olundu - VİDEO

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olunub. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən -a verilən xəbərə görə, paytaxtın Sabunçu rayonu ərazisində "Ford Mustang" markalı avtomobilin sürücüsü 29 yaşlı Aydın Cəfərov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiy

25.04.2024 414
.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

10:08 193
.

Nəsib Quliyev dəfn edildi

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

25.04.2024 884
.

Azərbaycanda general vəfat etdi

Gömrük xidməti general-mayoru Arif Əliyev vəfat edib. Bu barədə İqtisadiyyat.az-a onun ailəsindən bildirilib. Qeyd edilib ki, A.Əliyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Qeyd edək ki, Arif Əliyev uzun illər gömrük orqanlarında xidmət edib. Ona 2006-cı ildə gömrük xidməti general-mayoru al

10:43 285
.

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, aprelin 25-də Ağdamda Azərbaycan İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atların

25.04.2024 403
.

Qəzzada 34305 adam ölüb

İsrailin hücumlarını davam etdirdiyi Qəzzada 34305 insan ölüb. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 202 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda dah

25.04.2024 209
.

İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər. xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub. Qeyd edək ki, E.Süleymanova bu gün 87 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib və İkinc

25.04.2024 796