"Mənim yerimə kim olsaydı, belə hərəkət edərdi" - Sevda ilə Elgiz arasında qalmaqal

"Mənim yerimə kim olsaydı, belə hərəkət edərdi" - Sevda ilə Elgiz arasında qalmaqal

ARB TV-nin "Səhər-Səhər" verilişini yarımçıq tərk edən müğənni Sevda Sanəliyeva ilə aparıcı Elgiz Əkbər arasında münaqişə yaranıb.

BiG.AZ xəbər verir ki, yenicag-a danışan Sevda məsələyə belə aydınlıq gətirib:

"Elgiz Əkbər veriliş başlayandan sona qədər mənim ifa etdiyim "Leyli" adlı mahnını tənqid etdi. O, mahnının uğursuz olduğunu deyib, tamaşaçılarımı zövqsüz adlandırdı. O kimdi ki, mənim tamaşaçılarıma zövqsüz desin?! Bu da mənə xoş gəlmədi və efiri yarımçıq tərk etdim. Mənim yerimə kim olsaydı, belə hərəkət edərdi".

Qeyd edək ki, Sevda bu gün ARB-nin "Səhər-səhər" verilişini yarımçıq tərk edib. İzləyicilər bunu müğənninin canlı ifadan qaçması kimi dəyərləndirib.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 3551 Tarix: 13.09.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər