Dişləri yumaq yaddaş zəifliyini aradan qaldırır

Dişləri yumaq yaddaş zəifliyini aradan qaldırırDişləri yumaq yaddaş zəifliyini aradan qaldırır

"Mərkəz"in məlumatına görə, dişləri hər gün yumaq yaddaş zəifliyini və ya ümumiyyətlə yaddaşın itməsi problemini aradan qaldırır. Bu, 270 nəfər yaşlı insan üzərində aparılan araşdırma nəticəsində məlum olub. Araşdırmaya görə, dişlərə düzgün qulluq orqanizmi bir çox problemlərdən qoruyur və beynin fəaliyyətinə müsbət təsir göstərir. Lakin dişləri yumaqla yaddaş arasındakı əlaqəni alimlər hələ ki bilmirlər.
həkimlərin sözlərinə görə, dişlərin çürüməsinin əsas səbəbi qidalanmadır. Xüsusilə şəkərli qidalar dişləri məhv edir. Ona görə də şirniyyatı çox sevən uşaqlarda diş çürümələrinə daha çox rast gəlinir. Təcrübəli stomatoloq, əməkdar həkim Cəfərağa Səmədov həm də süni qida məhsullarının dişlərin əsas düşməni olduğunu deyir.
Tərkibində şəkər, karbohidrat çox olan qidalar, məsələn, kartof, çörək və sairə ağızda süd turşusu əmələ gətirir. Bu isə kimyəvi element sayılır və ağızda çox qaldıqda tədricən dişi zədələməyə başlayır: Süd turşusu sərt toxumanı yavaş-yavaş zəiflətməyə başlayır. Nəticədə diş çürüməyə başlayır.
Dişlərin sağlamlığında əsas rol oynayan mikroelement flüordur ki, içməli suda onun miqdarının normadan aşağı olması diş çürümələrini sürətləndirir. Həkimin sözlərinə görə, flüor az olan yerlərdə kariyes çox olur. Zaqatala, Qax, Balakən, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, eləcə də harada qoz ağacları çoxdursa, orada yaşayan insanların dişlərində kariyes çox olur. Çünki qoz ağacı torpaqdakı flüoru özünə çəkir.
Hamiləlik, yanlış dərmanlardan istifadə, orqanizmin müdafiə qüvvəsinin zəifləməsi də dişlərin tez çürüməsinə səbəb olur. Mütəxəssislər vaxtından əvvəl diş problemləri ilə qarşılaşmamaq üçün onları gündə iki dəfə fırçalamağı, dişarası səthləri təmizləmək üçün xüsusi diş iplərindən istifadəni məsləhət görürlər. Bir fırçanı uzun müddət işlətmək olmaz. Sərt tükcüklü fırçalar da dişlərin aşınmasına səbəb olur.
Dişlərin sağlam olması üçün həmçinin süd və süd məhsulları, meyvə-tərəvəzlə balanslı şəkildə qidalanmalı, orqanizm fosfor, minerallar, A, D, C vitaminləri ilə təmin olunmalıdır. Şəkərli qidalardan, ümumiyyətlə, yeməkdən sonra ağzınızı su ilə yaxalayın. Stomatoloq C.Səmədov ümumiyyətlə dişləri çox işlətməyi, kök, alma kimi bərk meyvə-tərəvəzlə qidalanmağı tövsiyə edir. Şəkər əvəzinə isə baldan istifadəni məsləhət görür.

Müəllif:Yəhyayev Xəyal


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3318   Tarix: 25 iyun 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197