Köçəryanı həbsdən azad edən hakim dissertasiya oğrusu çıxdı

Köçəryanı həbsdən azad edən hakim dissertasiya oğrusu çıxdıErmənistanın keçmiş prezidenti Robert Köçəryan haqqında həbs-qətimkan tədbirini dəyişdirən, Apellyasiya məhkəməsinin hakimi Aleksandr Azaryana qarşı Nikol Paşinyanı müdafiə edən medianın qəzəbi səngimir.

Jurnalistlər artıq həmin hakimin tərcümeyi-halını ələk-vələk edib, keçmiş günahlarını yadına salırlar.

Ermənistanın 1-ci informasiya saytının verdiyi məlumata görə, hakim Aleksandr Azaryan vaxtilə müdafiə etdiyi namizədlik dissertasiyasının bir hissəsini başqasından oğurlayıbmış.

Yazıda Azaryanın Apellyaisya məhkəməsinin sədri Vazgen Rştuninin elmi monoqrafiyasından istinadsız bütöv bir fəsil götürdüyü bildirilir.

Xəbərdə deyilir ki, hazırda Apellyasiya məhkəməsinin hakimi sayılan Aleksandr Azaryan 2006-cı ildə "Hüquqi tənzimləmə, onların strukturu, məqsədi və inkişaf perspektivəri" mövzusunda namizədlik disstertasiyasını müdafiə edibmiş. Vazgen Rştuninin 2005-ci ildə müdafiə etdiyi dissertasiya mövzusu isə "Ermənistan Respublikasında hüquq sisteminin anlayışı, onun strukturu və inkişaf tendensiyası" adlanıb. Hər iki hakimin elmi rəhbəri hüquq elmləri doktoru Qarnik Səfəryan olub.

Sayt məsələ ilə bağlı Ali Attestasiya Komissiyasına müraciət edib. Burada Azaryanın və Rştuninin dissertasiyaları tutuşdurulub və 17 səhifəlik bölümün heç bir dəyişiklik aparılmadan tam üst-üstə düşdüyü müəyyən edilib. Bundan başqa, Azaryanın əsərində bununla bağlı heç bir sitat və ya istinada yol verilməyib.

Qeyd olunur ki, Robert Köçəryanı 2008-ci ilin 1 mart hadisələrinə görə, həmin vaxt onun toxunulmazlıq statusunda olması səbəbilə azad edən Aleksandr Azaryan 2001-2006-cı illərdə keçmiş prezidentin aparatında çalışıbmış.

Daha sonra o, Ermənistan prezidenti yanında nəzarət xidmətində baş mütəxəssis işləyib.

Aleksandr Azaryan Köçəryanla bağlı qərar verərkən heç bir siyasi motivinin və ya keçmiş hakimiyyətlə bağlılığının olmadığını söyləyib.

"Əlbəttə, əgər hüquq elmləri namizədi başqasının dissertasiyasını oğurlayırsa onun Köçəryanla verdyi qərarında hansı qeyri-obyetivlik ola bilər ki...", - yazı müəllifi Kristina Ağalaryan istehza ilə qeyd edir.

Xatılradaq ki, Ermənistan Xüsusi İstintaq Komitəsi Apellyasiya məhkəmsinin qərarını qeyri-qanuni hesab edən bəyanat yayıb. Azaryan isə öz növbəsində orqanın bəyanatını savadsız adlandırıb.

"Görəsən, başqasının əməyini oğurlayan bu adam hansı savaddan danışır", - məqalədə sual edilir. (musavat.com)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 585   Tarix: 20 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278