Yetkinlik yaşına çatan qızların sinəsini kəsirlər - DƏHŞƏTLİ FOTO

Yetkinlik yaşına çatan qızların sinəsini kəsirlər - DƏHŞƏTLİ FOTOBu gün dünya ölkələrində qadınlara qarşı təcavüzün qarşısını almaq məqsədilə bir sıra tədbirlər, maarifləndirici layihələr həyata keçirilir. Təəssüf ki, iyirmi birinci əsrdə hələ də qadınların, qızların fiziki quruluşu təcavüzün səbəbi olaraq göstərilir. Afrikada qızları təcavüzdən qorumaq üçün dəhşətli işgənclər tətbiq edilir. Və bu işgəncələr təcavüz edənə qarşı deyil, məhz yetkinlik yaşına çatmış qızlara tətbiq edilir.

Həddi-buluğa çatmış qızların içərisində sinəsi daha qabarıq olanlara ağlagəlməz işgəncələr verilir. Daşı qızdırıb qızların sinələrinə basaraq onların qabarıq forma almasının qarşısını almağa çalışırlar. Onların düşüncəsinə görə, bu əks cinsin nümayəndələrini təcavüzə zəmin yaradır.

Bu cəmiyyətlər hələ də əks cinsdə heç bir günah görmürlər. Faktla bağlı Birləşmiş Millətlər təşkilatı, eləcə də çox sayda beynəlxalq qadın cəmiyyətləri kəskin reaksiyalar veriblər.

9 yaşında qızlara belə tətbiq edilən amansız işgəncələr içərisində sinəsi kəsilən uşaqların olduğu da deyilib. Statistikaya görə, Afrikanın bir çox ərazilərində hələ ana quzusu sayılan qızlara tətbiq edilən işgəncələr 26% artıb.

Bu işgənclərin nəticəsində qızlar ailə qurduqdan sonra süd vəzlərində yaranan problemlərdən dolayı uşaqları əmizdirə bilmirlər. Sinələri əzilərək, yandırılaraq və bəzən də kəsilərək "təcavüzdən" qorunan qızların əksəriyyəti işgəncə anında güclü ağrılardan, bir qismi isə infeksiya yoluxması ilə həyatını itirib. Mütəxəssislər bunun xərçəng xəstəliyinə belə yol açdığını bildiriblər.

Ailələr qızlarının sinəsini ütülədikdən sonra yaraları dəri və parça lentlərlə bağlayır. Günlərlə dəyişilməyən sarğılar qızların eyş-işrətdən uzaq olduğunun və namuslu ev qızı olduğunun nümunəsi hesab edilir. Bu cəmiyyətlər qadınların və qızların öz bədənlərindən utanmasını tələb edir.(Publika)
Yetkinlik yaşına çatan qızların sinəsini kəsirlər - DƏHŞƏTLİ FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1988   Tarix: 18 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qəzzada 34305 adam ölüb

İsrailin hücumlarını davam etdirdiyi Qəzzada 34305 insan ölüb. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 202 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda dah

25.04.2024 126
.

Evliliklərinin 7-ci ilini qeyd edirlər...

Aparıcı İlkin Həsəni və influenser xanımı Aysel Həsəni (icelinee) 7-ci evlilik ildönümlərini qeyd edirlər. OLAY yazır ki, bununla bağlı hər ikisi də paylaşım edib. İlkin toyundan fotonu "7 il" və ürək emojisi ilə paylaşıb. Aysel isə "25.04.2017" qeydi ilə "Bu gün toyumuzdan

25.04.2024 598
.

Dünyanın ən gənc həkimi: 17 yaşında

Ümumiyyətlə, həkim peşəsinə yiyələnən şəxsin çox gənc yaşda ola bilməyəcəyini hər birimiz bilirik. Axı əvvəlcə məktəbi bitirməli, 5-6 il tibb universitetində oxumalısan. Ali tibb təhsili diplomu alan insanlar ən azı 22-23 yaşda olurlar. xarici KİV-ə istinadən xəbər verir ki, ancaq bu qaydanın istisnalar

25.04.2024 438
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25.04.2024 153
.

Asiyanın ən varlı adamı: Yaxınlarına etdiyi hədiyyələr dodaq uçuqladır

Asiyanın ən varlı adamı Mukeş Ambani 116 milyard dollar sərvətinə malikdir və o, ailəsi ilə dəbdəbəli həyat sürür. xarici mediaya istinadən xəbər verir ki, Ambani sevdiklərinə bahalı hədiyyə verməklə ad çıxarıb. Mukeşin ailə üzvlərinə və dostlarına verdiyi bahalı hədiyyələrin siyahısını təqdim edirik

25.04.2024 261
.

İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər. xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub. Qeyd edək ki, E.Süleymanova bu gün 87 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib və İkinc

25.04.2024 622
.

Bakıda "Mustang"la "avtoş"luq edən həbs olundu - VİDEO

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olunub. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən -a verilən xəbərə görə, paytaxtın Sabunçu rayonu ərazisində "Ford Mustang" markalı avtomobilin sürücüsü 29 yaşlı Aydın Cəfərov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiy

25.04.2024 284
.

Barış Arduç yeni filmə çəkiləcək

Aktyor Barış Arduç yeni filmə çəkiləcək. xəbər verir ki, bu barədə aktyor özü bildirib. Film onlayn platformada yayımlanacaq

25.04.2024 170
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25.04.2024 325