İlhamə Quliyevanın sirri açıldı: "Onun sevgisindən ləzzət alırdı" - Əməkdar artistlə müsahibə - FOTO

İlhamə Quliyevanın sirri açıldı: "Onun sevgisindən ləzzət alırdı" - Əməkdar artistlə müsahibə - FOTOBu gün mərhum xalq artisti İlhamə Quliyevanın doğum günüdür.

BiG.AZ bildirir ki, əməkdar artist Firuzə İbadova aznews.az portalına verdiyi müsahibədə İlhamə Quliyeva ilə bağlı xatirələrini bölüşür.

- İlhamə xanımın haqqında keçmiş zamanda danışmaq çətin deyil ki?

- İlhamə dəyərli səs və sənət sahibi idi. Onun haqqında keçmişdə danışmaq istəmirəm. Hansısa müğənni onun nəğmələrini oxuyanda istər-istəməz məndə qısqanclıq yaranır. O, mahnılarının möhürünü vurub. O mahnıları heç kəs onun kimi oxuya bilməyəcək. İlhamə xanımın ürəyi geniş idi. O, kimin üçünsə tikanlı görünə bilər. Bunun da səbəbi vardı. İlhamə xanım musiqini gözəl bilirdi. Sənətdən söz düşəndə, həmişə həqiqəti deyirdi. Tikanları da bunun üçün idi, istəmirdi kimsə səhnədə vaxt keçirsin. Musiqini, mahnıları, ümumiyyətlə, Azərbaycan musiqisini qorumağa can ataırdı. Onun kürsüsündə heç kim otura bilməz. O, Azərbaycan musiqi mədəniyyətində mükəmməl bir sənətkardır, Allah ona rəhmət eləsin, onun o dünyasını versin, günahlarından keçsin. Heç kəs deyə bilməz ki, mən günahsızam. Hətta ən pak insanın belə günahı var. Kaş ki, İlhamə xanım günahsız olaydı, heç kəsin qəlbinə dəyməyəydi. İlhamə xanım səbirsiz idi.

- Firuzə xanım, İlhamə Quliyevanın sağlığında bütün sənət adamları onun ətrafında idi, tədbirlərdə opüşüb, qucaqlaşmaq, hətta əlindən öpənləri də görürdük. Amma mərhumun üstü torpaqlanan kimi ona olan məhəbbət nifrətə çevrildi. Hər kəs İlhamə Quliyevanın arxasınca danışdı... Buna necə ad qoyaq?

- İnsanlar sağlığında ona tənzim edirdi. Sənətkar idi. İlhamə xanım mənə qarşı mülayim idi, heç vaxt kiməsə əyilməmişəm. Allahdan başqa kiməsə tənzim etməmişəm. Hərdən qəbiri üstünə gedirəm. Orada qəbirlərə baxan xanımlar var, onlarla söhbət edirəm. Onlardan soruşuram ki, ay mənim gözəl bacılarım, İlhamə xanımı ziyarət edən, qəbrinin üstünə gələn var? Deyirlər ki "heç kim, ancaq bacıları. Bir sənət adamı onun qəbirinin üstünə getmir". Heyif onun sənətçilərə münasibətindən....O, hər kəsə əl tuturdu. Xanımlardan biri Kərimi, biri də Nadiri görüb. Allah hər kəsi görür. Kimin hansı problemi olurdusa İlhamədən dəstək umurdu. Mən heç bir vaxt problemlərimi ona yükləmədim. Bu gün elə insanlar var ki, İlhamə xanımın çörəyini yeyir. Bunu danmaq olmaz. Hər kəs kənara çəkildi.

- Ölümündən sonra onun yaxşılıq etdiyi insanlar ona qarşı dedi-qodular başladı...

- Hə. Amma o dedi-qoduların hamısını xalq artisti Zeynəb Xanlarova vida mərasiminə gəlişi ilə ört-basdır etdi. Zeynəb xanım gəldi, iştirak etdi. Zeynəb xanım dünya şöhrətli sənətkardır. Buna görə mən ona dəfələrlə təşəkkür etmişəm. İlhamə xanımın sağlığında ondan inciyən insanlar var ki, ona rəhmət diləyir. Nə olur-olsun, Azərbaycanın sənətkarıdır, ölümündən sonra yad eləmək lazımdır. Öləndən sonra arxasınca mindənə söz danışdılar. Bu günahdır, artıq ona heç nə çatmır. Ölən insandan şeytan da əl çəkir. Hərdən deyirdi ki "gərək mən Nazpərinin qəlbinə dəməyəydim". Mən İlhamə xanımla bu barədə söhbət edirdim. Doğrudan da mən Nazpəri xanımı çox istəyirdim. Biz İlhamə xanımla oturub danışanda həmişə həqiqəti demişəm, heç vaxt ona xoş gəlsin deyə yalandan kimisə pisləməmişəm. Naspəri xanımda bir xasiyyət var, kiminsə qarşısında əyilməzdi. Qürurlu xanımdı. İlhamə xanım isə uşaq kimi idi. Hər hansı bir səhvi olanda deyirdi "Füruzə, istəyirəm zəng edim ondan üzr istəyim". Onda belə mərd xasiyyət də vardı. Olub ki, incimişik, aradan bir az keçəndən sonra zəng edib, deyib ki "Tükazbanın canı üçün bilmədən olub, bağışla, bilmədən olub". Bu boyda sənətkar bu adımı atıbsa onu niyə də bağışlamayım? Görün onun necə qəlbi vardı?

- Yaxın olmusunuz. İlhamə Quliyevanın qadın olaraq sevdiyi hər hansı kişi vardı?

- Onu qəlbən sevən insanlar çox idi...Bu onun qəlb, həyat, roman kitabıdır. Onu kimsə aça bilməz. O, gözəl qəlbli qadın idi. Heç kimi sevmirdi, amma onu sevən kişilər, qadınlar, gənclər vardı. İlhamə xanım bunu bilirdi, onun sevgisindən ləzzət alırdı. Özü də kənarda dayanırdı. Onun yaxınlıq etdiyi kimsə yox idi. Özü də gözəl xanım idi, özünü sevirdi, dəyər verirdi. Bir baxımsız qadın görəndə ona ana nəsihəti verirdi. Heç kəsi tapdalayıb keçməzdi. İstəyirdi hamı onu sevsin. Bir uşaq ürəyi vardı ki...

İlhamə Quliyevanın sirri açıldı: "Onun sevgisindən ləzzət alırdı" - Əməkdar artistlə müsahibə - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3139   Tarix: 17 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814