Rusiya rublu ucuzlaşdı

Rusiya rublu ucuzlaşdı
Rusiyada 2016-cı ilin avqustundan bəri ilk dəfə 1 dollar 67 rubla çatıb.

ABŞ-ın Rusiyaya yeni sanksiyalar tətbiq etməsi fonunda Moskva birjasında rublun dollar qarşısında məzənnəsi kəskin şəkildə düşüb.

Moskva vaxtı ilə 10:15-də dolların kursu 67,05 rubla bərabər olub. Bu, 2016-cı ilin avqustundan bəri maksimum göstəricidir.

Avronun kursu isə əksinə, ötən günlə müqayisədə qismən enərək, 76,8 rubla bərabər olub.

Xatırladaq ki, ABŞ Dövlət Departamentini avqustun 8-də Skripal işi ilə əlaqədar Rusiyaya qarşı yeni sanksiyalarla bağlı anons verib.

mənbə: oxu.az

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 838 Tarix: 10.08.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər