Röyaya "Ömür boyu paltarlarımı" geyinmisən" deyən Elnarə yazışmaları yaydı

Röyaya "Ömür boyu paltarlarımı" geyinmisən" deyən Elnarə yazışmaları yaydı
Elnarə Xəlilova bir neçə gündür qalmaqal yaşadığı həmrakı Röya Ayxanı “Nə olsa da, aramızda” adlı yeni mahnısı münasibətilə təbrik edib.

E.Xəlilova aralarında yaşanan xoşagəlməz hadisələrə baxmayaraq, sənət dostuna uğurlar arzu edib. O, Röyaya yazdığı səmimi təbriki və onun yeni ifasını instaqram hesabında paylaşıb:

“Həftənin birinci günü Muxtarla olan yazışmamızdan... İnsan təbii ki, sevdiklərinin uğuruna sevinər. Bu linki mənə ilk tələbəm atdı və “Elnarə xanım, bu mahnı nə vaxt çıxacaq? Bilmirsiniz?” deyə soruşdu. Mən də bəstəkarından soruşdum. Özünün şəxsi nömrəsi 10 ildir məndə olmadığı üçün... Sevmirəm özələ burun soxmağı. Vermirdi, mən də istəmirdim. Nə yaxşı ki, belə bir fürsət yarandı. Hər ikinizi ürəkdən və səmimi qəlbdən təbrik edirəm!”
Röyaya "Ömür boyu paltarlarımı" geyinmisən" deyən Elnarə yazışmaları yaydı

Daha sonra sənətçi ona nömrəsini verməyən Röyanı sosial şəbəkədə təbrik edib, xoş sözlər yazdığı üçün qınayalara cavab verib:
Röyaya "Ömür boyu paltarlarımı" geyinmisən" deyən Elnarə yazışmaları yaydı
“Sizə kim dedi ki biz dostuq? Biz dost deyilik, amma Allaha şükür, düşmən də deyilik. Siz bizi yaxından tanımadığınız üçün heç vaxt anlaya bilməzsiniz, yaxşısı budur ki, qarışmayın. Özümüz bilərik, 10 ildir nömrəsinin olmadığını da ona görə qeyd etdim ki, Muxtara yazmağımın səbəbi aydın olsun. Adam 10 il kiminsə yolunu gözləyəndə onun üçün hər bir xəbəri tapılmış kimi olur. Həm Allah da bəndələrini bağışlayır. Biz kimik ki?”

Xatırladaq ki, bir neçə gün əvvəl Elnarə ilə bəstəkar Muxtar Abseynov Röyanın sözləri və musiqisi Zülfi Bədəlova aid olan “Mənə sevgidən bəhs et” adlı mahnısının Uitni Hyustonun “I have nothing” kompozisiyasına bənzədiyini irəli sürmüşdü. Elnarənin bu addımı Röyanı hiddətləndirmişdi. Bundan sonra vaxtı ilə “W -trio” qrupunda çıxış edən sənətçilər bir-birinin ünvanına xoşagəlməz sözlər yazmışdı.

mənbə: publika.az


Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 16641 Tarix: 10.08.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər