3 saat Lamborghini sürdü, bir maşının qiyməti qədər cərimə aldı - FOTOLAR

3 saat Lamborghini sürdü, bir maşının qiyməti qədər cərimə aldı - FOTOLAR
Britaniyanın Cənubi Uels əyalətindəki Nyuport şəhərinin sakini, 25 yaşlı Fərəh Haşi görməmişliyinin qurbanıdır.

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə istirahətə yollanan F.Həşi oradakı "Palm Jumairah" otelində qalırdı. O, "Saeed Ali Rent a Car" avtomobil icarə şirkətinə yollanaraq əylənmək üçün orada "Lamborghini Huracan" avtomobilini icarəyə götürüb.

Dubayda 3 saat maşın sürən F.Həşiyə polis 175 min dirhəm (təqribən 48 min dollar) cərimə yazıb.

25 yaşlı F.Həşi "Lamborghini Huracan"ın iki günlük icarəsi üçün 1200 dollar ödəmişdi.

Fəqət, Dubaydakı Şeyx Zeyd şossesində o, maşını 230 km/saat sürətlə sürdüyü üçün britaniyalı turisti polis saxlayıb.

"Lamborghini Huracan" müsadirə olunub və cərimə meydançasına göndərilib.

Maşını həmin meydançadan çıxarmaq üçün 100 min dirhəm ödənməlidir.

"Cərimə qəbzlərinin hamısının surətlərin alandan sonra dərhal Sərhəd Xidmətinə müraciət edərək F.Həşinin ölkəni tərk etməsinə yol verilməməsini xahiş etdik. Lakin sorğumuza müsbət cavab almadıq", - "Saeed Ali Rent a Car"ın sahibi Faris İqbal deyib.

F.Həşinin pasportu hələ də "Saeed Ali Rent a Car" şirkətindədir.

İqbalın dediyinə görə, maşını cərimə meydançasından çıxarmaq niyyətində deyil: "Cəriməni ödəyib maşını çıxaran kimi avtomobili polisə təhvil verməliyəm".

mənbə: milli.az
3 saat Lamborghini sürdü, bir maşının qiyməti qədər cərimə aldı - FOTOLAR

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 1203 Tarix: 09.08.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər