Baş nazirin Koroğludakı körpüdə intihar fikrindən daşındırdığı şəxs görün kim imiş

Baş nazirin Koroğludakı körpüdə intihar fikrindən daşındırdığı şəxs görün kim imiş"Baş nazir Novruz Məmmədov bir nəfərin Bakıda metronun "Koroğlu" stansiyasının yaxınlığındakı körpüyə çıxaraq intihara cəhd etməsi xəbərini eşitdikdən sonra yolunu dəyişərək həmin əraziyə gedib".

BiG.AZ xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Nazirlər Kabinetinin (NK) mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib.

"Səhər tezdən Baş nazir işə gələrkən ona məlumat verilib ki, körpünün üstündə bir nəfər intihara cəhd edir. O, başqa yolla gəlməsinə baxmayaraq, hadisəni eşidən kimi göstəriş verib və avtomobil korteci hadisə olan yerə, yəni körpünün yanına gedib", - NK-nın sözçüsü əlavə edib.

Onun sözlərinə görə, daha sonra Baş nazir intihara cəhd edən şəxslə telefon əlaqəsi yaradıb: "Baş nazir telefon danışığı nəticəsində intihara cəhd edən şəxsin probleminin nədən ibarət olduğunu, ona necə kömək edəcəyini soruşub. Cənab Novruz Məmmədov həmin şəxslə həm də psixoloji söhbət edib".

Baş nazirin telefon danışığı zamanı məlum olub ki, intihara cəhd edən şəxs 1969-cu ildə Tovuzda anadan olan, fəhlə Əhmədov Yaşar Məmmədəli oğludur: "Yaşar Əhmədov ailə münaqişəsi zəminində övladlarının narahatlığını çəkərək çıxış yolunu bu addımı atmaqda gördüyünü bildirib".

Baş nazirlə danışdıqdan sonra Y.Əhmədov aşağı düşüb və o, Nazirlər Kabinetinə dəvət olunub.

Akif Əli əlavə edib ki, Baş nazir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və onun rəhbərliyinə məsələni araşdırmaq üçün dərhal göstəriş verib: "Yaşar Əhmədova da müvafiq qurumlarla görüşmək tövsiyə olunub. İndi görüşlər davam edir, araşdırma gedir və həqiqətin necə olduğu araşdırmalardan sonra dəqiq məlum olacaq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 19737   Tarix: 30 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Uelsdə məktəbə bıçaqlı hücum: 3 nəfər yaralanıb

Uelsin Ammanford şəhərində məktəbə bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Hücum zamanı 1 nəfər şübhəli qismində saxlanılıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub

25.04.2024 183
.

İsrailin Qəzza zolağına hücumları nəticəsində daha bir jurnalist həlak olub

İsrailin Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hücum nəticəsində daha bir jurnalist ölüb. Bu barədə Qəzza hökuməti məlumat yayıb. Məlumata əsasən, Fələstin əl-Ən Xəbər Agentliyinin işçisi Məhəmməd Bisam əl-Cəməl İsrailin Rafah şəhərindəki evinə endirilən hava hücumu nəticəsind

25.04.2024 198
.

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25.04.2024 333
.

O, 24 ildən sonra Aygün Kazımova ilə GÖRÜŞDÜ - VİDEO

Xalq artisti Aygün Kazımova 24 il əvvəl "Şəklimi çəkə-çəkə" mahnısının klipindəki tərəf müqabili Şamil Muradovla bir araya gəlib. bizim.media-ya istinadən bildirir ki, ikilinin görünüşü el şənliklərinin birində baş tutub. Toyda səhnə alan Aygünə aparıcı tərəfindən gözlənilməz sürpriz olunub

25.04.2024 829
.

Azərbaycan - Rusiya münasibətlərində milli maraqlar- Təhlil

"Azərbaycanın xarici siyasəti hər zaman praqmatikliyi ilə seçilib. Bu illər ərzində ölkəmiz regionda daim sabitləşdirici mövqedən çıxış edərək region ətrafında qlobal güclər arasında ziddiyyətlərin aradan qaldırılması üçün əlindən gələni edib. Balanslı siyasət nəticəsində sabit bölgə üçün daim vuruşa

25.04.2024 153
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25.04.2024 544
.

İnfarkt riskini sıfıra endirən şirə

Bir çox ölümcül tibbi problemlərə səbəb olan qan təzyiqi və xolesterini aşağı salmağın çox asan yolu var. Mütəxəssislər bildirirlər ki, gündə cəmi iki stəkan albalı şirəsi içmək bəzi ölümcül tibbi fövqəladə halların baş vermə ehtimalını azaltmaq üçün kifayət qədər güclü təsir göstərə bilər. xəbər veri

25.04.2024 474
.

"Qırğızıstan prezidentinin Azərbaycana səfəri xalqlarımızın tarixi və mənəvi əlaqələrinin daha da möhkəmlənməsinə töhfəsini verəcək" -RƏY

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib.Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar. Politoloq Elşən Manafo

25.04.2024 343
.

İsrail əsgərləri 12 fələstinlini əsir götürüb

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində 12 fələstinlini əsir götürüb. xəbər verir ki, İsrail ordusunun İordan çayının qərb sahilinin Tulkərim, Ramallah, Hebron və Qüdsdə keçirdiyi basqınlarda biri uşaq və keçmiş məhbusların da olduğu ən azı 12 fələstinlini nəzarətə götürdüyü bildirilib

25.04.2024 196