Tarixin ən bahalı 10 filmi

Tarixin ən bahalı 10 filmi1. "Avatar"

"Avatar" 2009-cu ildə Ceyms Kameron tərəfindən çəkilən elmi fantastika filmidir. Filmdə hadisələr 22-ci əsrin ortalarında baş verir. "Avatar" bütün dünyada 14. 000 kinoteatrda göstərilib. Birinci günündə film 26, 752, 099 dollar, açılış həftəsində isə 77, 025, 481 dollar gəlir əldə etmişdi. Filmin ümumi gəliri 2, 782, 275, 172 dollar olub. "Avatar" prokata çıxdığı 41-ci gündə o zamanlar dünyanın ən çox gəlir əldə etmiş filmi "Titanik"i qazancına görə ötüb keçmişdi.
2. "Titanik"

Bir əsr əvvəl dünyanın ən böyük gəmisi sayılan "Titanik"in batması və gəmidəki iki sərnişinin məhəbbətindən danışan film, bu yaxınlara qədər dünyanın ən çox gəlir əldə edən filmi kimi tanınırdı. Film həmçinin aktyorlar Leanorda Di Kaprio və Keyt Uinsletə dünya şöhrəti gətirmişdi. "Titanik" çıxdığı ilk gündə 19 milyon, ilk həftəsində isə 28 milyon dollar gəlir gətirərək rekord qırmışdı. 1997-ci ildə çəkilən filmin ümumi gəliri 1, 843, 201, 268 dollar idi. Xatırladaq ki, dünyanın ən çox gəlir əldə edən 2-ci film "Titanikin" də rejissoru Ceyms Kamerondur

3. "Harri Potter və ölüm yadigarları 2″

"Harri Potter və ölüm yadigarları 2″ rejissor Devid Yets tərəfindən 2011-ci ildə çəkilən epik fantastik filmdir. J.K.Roulingin eyni adlı kitabı əsasında çəkilən filmin ikinci hissəsidir. Harri Potter filmlərinin isə 8-ci və sonuncu filmidir. Film həm də tamamilə 3D formatında buraxılan ilk "Harri Potter" filmidir. "Harri Potter və ölüm yadigarları 2″ 2011-in ən çox gəlir gətirən, ümumilikdə isə 1,325,594,909 dollar gəlirlə dünyanın ən çox qazandıran 3-cü filmi olub.

4. "Üzüklərin hökmdarı: Kralın qayıdışı"

2003-cü ildə J.R. Tolkinin eyniadlı kitabı əsasında çəkilən film 11 oskar mükafatı qazanmaqla bərabər, 1,119,110,941 dollar gəlir əldə etməklə, dünyanın ən çox gəlirli filmlərindən biri olub. Kitab əsasında çəkilən digər filmlər də çox uğurlu olub.

5. "Transformerlər: Ayın qaranlığı"

"Transformerlər: Ayın qaranlığı" – 2011-ci ildə çəkilən ABŞ elmi fantastika filmidir. "Transformerlər" film seriyasının 3-cü filmidir. Film 2011-ildə 1,118,661,362 gəlirlə ən çox gəlir gətirən ikinci film, 1 milyarddan çox olan gəlirlə isə bütün zamanların ən çox qazanan 5-ci filmi olub.

6. "Karib dənizinin quldurları: Ölü adamın sandığı"

2006-cı ildə "Karib dənizinin quldurları: Ölü adamın sandığı" milyard dolları keçən ilk film olub. Bu film 2004-cü ildə çıxan və çox uğurlu olan "Karib dənizinin quldurları: Qara inci" filminin davamıdır. Onun ümumi gəliri 1, 066, 179, 725 dollar olub.
7. "Oyuncaq hekayəsi 3″

"Oyuncaq hekayəsi 3″ 3D formatında çəkilən komediya və macəra filmidir. 2010-cu ildə ekranlaşdırılan film ən çox gəlir gətirən filmlərdən biri olub. "Oyuncaq hekayəsi 3″ tarixdə gəliri 1 milyardı (1,063,171,911) keçən ilk animasiya filmidir. O, 5 Oskar mükafatına namizəd olub.

8. "Karib dənizinin quldurları: Yad sahillərdə"

"Karib dənizinin quldurları: Yad sahillərdə" 2011-ci ildə buraxılıb və "Karib dənizinin quldurları" film seriyasının 4-cü filmidir. Film həm ənənəvi iki ölçülü, həm də 3D formatında ekranlaşdırılıb. Çıxdığı zamandan bəri "Karib Dənizinin quldurları: Yad sahillərdə" izlənmə rekordları qırıb. 2011-ci ilin üçüncü ən çox gəlir gətirən filmidir. Açılış həftəsində 350.6 milyon dollar gəlir gətirib. Filmin ümumi gəliri isə 1, 039, 563, 875 dollardır.

9. "Alisa möcüzələr diyarında"

2010-cu ildə istehsal olunan "Alis möcüzələr diyarında" filmi animasiyalı fantastik macəra filmidir. Rejissoru Tim Börtındır. Film 1865-ci ildə yazılan eyniadlı roman əsasında çəkilib. Film haqqında müxtəlif mənfi fikirlər olmasına baxmayaraq, gəliri bir milyardı keçmişdi. O, 1,024,299,904 dollar gəlirlə bütün zamanların ən çox gəlir gətirən 9-cu filmidir. "Alisa möcüzələr diyarında" ən yaxşı incəsənət rejissoru və kostyum dizaynı nominasiyalarında Oskar mükafatına layiq görülüb.

10. "Betmen: Qara cəngavər"

"Betman: Qara cəngavər" məşhur aktyor Hit Lecerin ölməmişdən bir müddət əvvəl çəkildiyi filmdir. Lecer filmdəki möhtəşəm roluyla Cek Nikolsonu da keçərək "Betman" filmləri seriyasının ən yaxşı "joker"i seçilmişdi. Ölümündən sonra insanlar aktyorun son filmini izləmək üçün kinoteatrlara axışmışdı. 2008-ci ildə çəkilən filmin gəliri 1,001,921,825 dollar olub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5015   Tarix: 10 may 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942