"Instagram"da onlayn olanları görmək mümkün oldu

"Instagram"da onlayn olanları görmək mümkün oldu
"Instagram" sosial şəbəkəsində artıq "onlayn" olan istifadəçiləri görmək mümkün oldu.

BiG.AZ Trend-ə istinadən bildirir ki, bu yenilik barədə şəbəkənin rəsmi bloqunda bildirilir.

İstifadəçilər "Facebook" messencerində olduğu kimi, onlayn olduqları halda yaşıl nöqtə ilə işarələnirlər. İstifadəçinin statusunu yalnız onun dostluğunda olan və yaxud onun yazışma apardığı insanlar görə bilir. İstəkdən asılı olaraq bu funksiya gizlədilə də bilər.

Hal-hazırda sosial şəbəkədə onlayn olanları yalnız "Direct" bölməsində görmək mümkündür, lakin gələcəkdə, tətbiqin yeni versiyasında, yaşıl işarə xəbər lentində istifadəçinin şəkilinin yanında da qeyd olunacaq.

Şəkillərin və qısa videoların paylaşılması üçün "Instagram" tətbiqi 2010-cu ilin oktyabr ayında işə salınıb və ilk öncə yalnız "Apple" şirkətinin mobil qurğuları üçün nəzərdə tutulub. 2012-ci ilin aprelində servis "Android" platformasının istifadəçiləri üçün də əlçatan olub. Məhz o zaman, "Facebook" şirkəti "Instagram"ı 1 milyon dollara alıb.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 821 Tarix: 22.07.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Cesika
Cesika 22.07.2018
Instaqramim yoxdu..,,
Yawin deyil,yawadiqlarin oyreder sene hayati
■☆■☆■☆■☆■☆■☆■☆
♢♢♢♢♢♢♢♢♢♢

 
davinci
davinci 22.07.2018
Menlik deyil... Cox istifade etmirem
Everything is good... Never feel the bad


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər