Bakıda çəkilmiş bu foto polisləri ayağa qaldırdı - FOTO

Bakıda çəkilmiş bu foto polisləri ayağa qaldırdı - FOTOBakıda məktəblilərin pivəxanada görüntüləri yayılıb.

BiG.AZ BAKU.WS-ə istinadən xəbər verir ki, Yeni Günəşlidə yerləşən 285 saylı məktəblə üzbəüz yerləşən pivəxanada çəkilən fotolarda uşaqların önündə pivə dolu bakallar var.

Sözügedən görüntülər sosial şəbəkədə müzakirəyə səbəb olub. İzləyicilərin bir qismi uşaqlara pivə satan obyekt rəhbərliyini, bir qismi isə uşaqlarına nəzarət etməyən valideyni günahlandırıblar.

Əslində qanunla 18 yaşı tamam olmamış şəxslərin spirtli içkidən və siqaretdən istifadəsi qadağandır. Bu şəxslərin belə müəssisələrə girişi də qadağandır. Ancaq bu hər kəsin gözü qarşısında baş verir. Heç kəs də buna mane olmur.

Suraxanı rayon Polis İdarəsi 33-cü polis bölməsindən BAKU.WS-ə bildirildi ki, həmin ərazidə bir neçə pivəxana var. Çox təəssüf ki, həmin fotonun hansı pivəxanada çəkildiyi məlum deyil. Lakin bu istiqamətdə araşdırma aparılacaq və məkan tapılacaq.

Polis qanun çərçivəsində həmin pivəxana sahibi barədə inzibati qaydada tədbirlər görüləcəyini qeyd etdi: "Bu işdə birbaşa pivəxana sahibi və idarə edən şəxs məsuliyyət daşıyır. Qanunla 18 yaşına çatmamış uşaqların pivəxanaya buraxılması, onlara spirtli içkilərin, pivə və siqaretlərin satılması qadağandır. Bu istiqamətdə sahibkarlar inzibati qaydada məsuliyyət daşıyırlar", - deyə polisdən bildirilib.

Qeyd edək ki, həmin pivəxana sahibi müəyyən ediləndən sonra, onun fiziki, yaxud hüquqi şəxs olduğu müəyyənləşdiriləcək. Daha sonra onun barəsində hüüquqi qaydada tədbirlər görüləcək.

Bu məsələ qanunla necə tənzimlənir?

"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinə əsasən, nəzərdə tutulmuş əməllər yetkinlik yaşına çatmayanların spirtli içki, narkotik vasitələr və ya psixotrop maddələr qəbul etməsinə səbəb olduqda yüz manatdan iki yüz əlli manatadək cərimələnəcək.

"Tütün və tütün məmulatı haqqında" Azərbaycan Respublikasının qanunu ilə qadağan edilmiş yerlərdə hər kəsin yaxşı görə biləcəyi lövhələrdə "Tütün çəkmək qadağandır" yazısının və ya işarəsinin olmasının təmin edilməsinə görə yetkinlik yaşına çatmayanlara satış məqsədi olmadan alkoqollu içkilərin, tütün məmulatlarının verilməsi, onların alkoqollu içkilərdən və ya tütündən istifadə prosesinə cəlb edilməsi maddəsinə əsasən altmış manatdan yüz manatadək məbləğdə cərimə ediləcək.

Eyni əməllər yetkinlik yaşına çatmayanların valideynləri və ya digər qanuni nümayəndələri tərəfindən törədildikdə valideynlər və ya digər qanuni nümayəndələr yüz manatdan iki yüz əlli manatadək məbləğdə cərimə ediləcək.

Yetkinlik yaşına çatmayanlara satış məqsədi olmadan alkoqollu içkilərin, tütün məmumlatlarının verilməsi, onların alkoqollu içkilərdən və ya tütündən istifadə prosesinə cəlb edilməsinə görə 60 manatdan 100 manatadək məbləğdə cərimə nəzərdə tutulur. Eyni əməllər yetkinlik yaşına çatmayanların valideynləri və ya digər qanuni nümayəndələri tərəfindən törədildikdə valideynləri və ya digər qanuni nümayəndələr 100 manatdan 250 manatadək cərimə edilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 8482   Tarix: 19 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Körpə ehtiyatsızlıqdan ananın qucağından düşüb öldü - Yenilənib

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə vaxtı 4 aylıq körpə anasının qucağından yerə düşüb. Belə ki, ana övladı ilə birgə 4-cü mərtəbədəki mənzilin eyvanına hava almağa çıxıb. Bu zaman ehtiyatsızlıqdan körpə qadının qucağından yerə düşüb və aldığı xəsarətlərdən vəfat edib. *. Sabunç

26.04.2024 1006
.

Elçin 3 ildir bu səbəbdən efirə çıxmırmış

Müğənni Elçin Cəfərov 3 ildir yaradıcılığından uzaqlaşmasının səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "El canlı" proqramında danışıb. O bildirib ki, buna səbəb Türkiyəyə köçməsi olub:. "İstanbulda yaşayırdım, işləyirdim. Bizneslə məşğul idim. Gəldim gördüm ki, Bakıd

26.04.2024 758
.

Bəstəkarın qızı: "Kim icazə almadan atamın mahnılarını oxusa, məhkəməyə üz tutacağam"

"Mən Tahir Əkbərin vərəsəsiyəm. Son günlər atamın mahnılarını icazəsiz oxuyanların sayı artıb. Kim icazə almadan atamın mahnısını oxusa, məhkəməyə üz tutacağam. Onlar özlərini məhkəmədə görəcəklər". Bunu -a açıqlamasında mərhum bəstəkar Tahir Əkbərin qızı Bəhriyyə Əkbərova deyib. O, daha sonr

26.04.2024 476
.

Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb

İsrailin 203 gündür hücum etdiyi Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb. İsrail ordusunun 203 gündür hücumlarını davam etdirdiyi Qəzza sektorunda ölənlərin sayı son 24 saat ərzində 51 nəfər artaraq 34 min 356 nəfərə çatıb. Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 7 oktyab

26.04.2024 153
.

Şənbə gününə 32° isti gözlənilir

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gec

26.04.2024 230
.

Rusiya: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır"

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ABŞ-nin Ukraynadakı münaqişəni bilərəkdən uzatdığını bildirib. xəbər verir ki, Şoyqu Qazaxıstanın paytaxtı Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin toplantısında çıxış edib. Şoyqu vurğulayıb ki, ŞƏT regionunda sabitli

26.04.2024 159
.

Azərbaycanda general vəfat etdi

Gömrük xidməti general-mayoru Arif Əliyev vəfat edib. Bu barədə İqtisadiyyat.az-a onun ailəsindən bildirilib. Qeyd edilib ki, A.Əliyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Qeyd edək ki, Arif Əliyev uzun illər gömrük orqanlarında xidmət edib. Ona 2006-cı ildə gömrük xidməti general-mayoru al

26.04.2024 585
.

Sevdanın Barselonada gerçəkləşməyən arzusu - Video

Müğənni Sevda Yahyayeva həkim həyat yoldaşı Zakir Bayramovla ispaniyaya yollanıb. Axşam.az xəbər verir ki, Barcelonada gəzən cütlük bir çox turistik məkanlara girə bilməyib. Bu haqda Sevda sosial şəbəkədə paylaşım edib. Z.Bayramov dördüncü dəfə Barselonaya getdiyini, amma hələ də "Sagrada Família"

26.04.2024 640
.

"Aquavita" işçilərinin maaşını vermir - İDDİA

Azərbaycanda "Aquavita" suları və "Gülüstan" limonadlarının istehsalı və satışı ilə məşğul olan "Tac" MMC-nin (VÖEN – 130025841) işçilərin əməkhaqlarını vaxtında vermədiyi iddia olunur. Bu barədə -a "Aquavita"da çalışan işçilər məlumat veriblər. Qeyd edək ki, dah

26.04.2024 293