"Son zəng" günü rəfiqəsinin qanını tökən qızın həyat hekayəsi

"Son zəng" günü rəfiqəsinin qanını tökən qızın həyat hekayəsiBakı Ağır Cinayətlər Məhkəməsində rəfiqəsini bıçaqlamaqda ittiham olunan Aytən Abasovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Cinayət məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilən Abasova Aytən İlqar qızının məhkəmə prosesinə hakim Əfqan Hacıyev sədrlik edir.

Sübh tezdən çörək almaq üçün yaxınlıqdakı mağazaya üz tutan Məryəm "Füzuli meydanı"nda rəfiqəsi ilə rastlaşır. 17 yaşlı Aytən "Son zəng"ə getmək üçün məktəbə sarı istiqamət alsa da, Məryəmi görüncə fikrindən daşınır. Lakin rəfiqələr arasında yaşanan ani anlaşılmazlıq sonda birini xəstəxanalıq, o birini isə həbsxanalıq edir...

Hadisə 2014-cü ildə səhər saatlarında Yasamal rayonu, Füzuli meydanında yerləşən fəvvarənin qarşısında baş verib. Yetkinlik yaşına çatmayan Aytən Abasova aralarında yaranmış narazılıq zəminində tanışı Məryəm Məmmədovaya bir neçə bıçaq zərbəsi vurub. Yaralı xəstəxanaya çatdırılıb. A.Abbasova ertəsi gün saxlanılıb, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Üç il istintaqdan yayınıb. 2017-ci ildə isə A.Abasovaya qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi üzrə ittiham irəli sürülüb. Yasamal rayon Məhkəməsinin qərarı ilə barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Sonradan həbs qətimkan tədbiri başqa yerə getməmək iltizam tədbiri ilə əvəzlənib.

Təqsirləndirilən Aytən Abasova ona elan olunmuş ittihamla özünü təqsirli bilib. İfadəsində valideynləri boşandıqdan sonra anasının himayəsi altında böyüdüyünü, 2016-cı ildə Nizami rayon məhkəməsinin hökmü ilə xuliqanlıqda ittiham olunaraq 6 ay müddətinə islah işləri cəzasına məhkum olunduğunu göstərib:

"Məryəmi 2013-cü ildən "Beşmərtəbə" adlanan ərazidəki çayxanadan tanıyıram. Tez-tez orada görüşür, boş vaxtımızı keçirirdik. Hadisə baş verən gün səhər saatlarında evdən çıxıb "Beşmərtəbə"yə gəldim. "Füzuli" meydanındakı fəvvarənin qarşısında Məryəmi gördüm, "Malakan bağı"na getməyi təklif etdim, razılaşmadı. Bir azdan Aynur adlı rəfiqəsi onun yanına gəldi. Məndən ayrılıb onunla birlikdə şaurma yeməyə getdilər. Qayıdıb gələndən bir qədər sonra Aynur sağollaşıb getdi. Bundan sonra Məryəmlə aramızda sözlə mübahisə düşdü. Məryəm mənə "öz-özünə tutuquşu kimi danışırsan" dedi. Əsəbləşib təpiklə başından vurdum. Valideynlərimin ünvanına nalayiq söyüşlər söydü, daha da qəzəbləndim. Saçlarından tutub dartdım, üstümdəki qatlanan bıçağı çıxarıb qarnından vurub qaçdım".
A.Abasova küçədən keçənlərdən birinə yaxınlaşıb rəfiqəsinin yaralandığını, təcili yardıma zəng vurmasını xahiş edib. Hadisədən bir gün sonra onu Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinə aparıblar. Həm istintaq, həm də məhkəməyə verdiyi ifadəsində A.Abasova narkotik vasitə istifadəçisi olmadığını, hadisə baş verən gün Məryəmdən pul tələb etmədiyini göstərib:

"Ondan pul istəməmişəm. Mən narkotik istifadəçisi deyiləm. Həmin vaxt valideynlərimi söydü, özümü saxlaya bilməyib bıçaqla vurdum. Polisdən qorxduğuma görə də qaçdım".

Zərərçəkmiş, ikinci qrup əlilliyi olan Məryəm Məmmədova ifadəsində hadisə baş verən gün çörək almaq məqsədilə mağazaya getdiyini, "Füzuli" meydanından keçərkən rəfiqəsi Aytənlə rastlaşdığını göstərib:

"Aytən mənə 25 manat pulu olduğunu, narkotik almaq üçün 5 manatı çatmadığını dedi, pul istədi. Dedim, üstümdə cəmi 5 manat var, vermirəm, özümə lazımdır. Əl çəkməyib, pul tələb etdikdə mübahisəmiz düşdü, anamı söydü, mən də onu söydüm, təpiklə sifətimdən vurdu, saçımdan tutub yerə yıxdı, bıçaqla vurub qaçdı. Təxminən 15-20 dəqiqədən sonra hadisə yerinə təcili yardım gəldi, məni Kliniki Tibbi Mərkəzə apardılar, orada əməliyyat olundum".
Şahid qismində dindirilən Arzu Süleymanova ifadəsində həyat yoldaşından rəsmi boşandıqdan sonra övladları ilə birgə Yasamal rayonu, M.Sübhi, 85 ünvanında yaşadıqlarını göstərib:

"Aytən heç yerdə işləmirdi. Boş vaxtlarını dost-tanışları ilə keçirirdi. Mayın 30-da Aytən oxuduğu məktəbdə son zənglə bağlı tədbir olmalı idi. Ona görə də səhər tezdən evdən çıxıb məktəbə sarı getdi. Həmin gün saat 16-17 radələrində evə gələndə tanışı Məryəmi bıçaqla vurduğunu dedi. Aytənlə birlikdə xəstəxanaya - Məryəmə baş çəkməyə də getmişdik".

mənbə: olke.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 989   Tarix: 19 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281