"Ordumuz 15 günə, 5 rayonu azad edə bilər"

Azərbaycan Ermənistandan iqtisadi və hərbi cəhətdən güclü olduğunu qısa müddətli lokal hərbi əməliyyatlarla işğalçıya və bütün dünyaya sübut etməyincə, işğalçı tərəfin sülh sazişinə razılaşması baş verməyəcək. Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli dalana dirənəndən sonra hər kəsdə məhz bu əminlik formalaşıb. Xüsusilə də siyasi, hərbi ekspertlərin əksəriyyəti bildirirlər ki, Azərbaycan Qarabağda qısa müddətli lokal müharibəyə başlayıb bir neçə kəndi işğaldan azad eləyib dayana və bununla Ermənistana öz gücünü sübut edə, işğalçı tərəfin güzəştə getməsinə nail ola bilər.

Bəs Azərbaycan hakimiyyəti yaxın dövrdə bu addımı atarmı? Qısa müddətli lokal hərbi əməliyyatlara başlamaq hazırkı situasiyada lazımdırmı?
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri bildirdi ki, ordumuzun lokal hərbi əməliyyatlar nəticəsində Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonu qısa müddətdə azad etmək imkanı və qüdrəti var. Bu birmənalıdır və artıq bunu Qərb dövlətləri də təsdiq etməyə başlayıblar: "Əslində Ermənistanın ciddi siyasi çevrələri də bu reallığı gizlətmirlər. Etiraf edirlər ki, Azərbaycan müharibəyə başladığı təqdirdə Ermənistan çox çətin bir vəziyyətə düşəcək. Bunun olması üçün təbii ki, Ali Baş Komandan səviyyəsində bir siyasi qərarın verilməsi lazımdır. Ancaq o qərarın verilməsi üçün bir çox çəkindirici elementlər var. Təbii ki, bu elementlər Azərbaycandaxili vəziyyətlə bağlı deyil. Bu, bilavasitə xarici faktorlarla bağlıdır. Çünki həm Qərb, həm də regionda Rusiya və İran faktoru, eyni zamanda Türkiyənin özü də bu gün belə hərbi əməliyyatların keçirilməsinin zamanı olmadığını Azərbaycana deyirlər. Zaman-zaman bu yöndə təzyiqlər də Azərbaycana edilir".
N.Miri hesab edir ki, hazırkı situasiyada lokal da olsa, hərbi əməliyyatların keçirilməsi şəraiti uyğun deyil. Çünki indiki şəraitdə region dinamit üstündəki barıt çəlləyini xatırladır: "Əgər Azərbaycan indiki vəziyyətdə hər hansı bir lokal da olsa, hərbi əməliyyatlara başlasa, bu, Ermənistanın əlinə oynaya biləcək situasiya yaradar. Çünki dərhal bu gün Azərbaycana təzyiq etmək istəyən Rusiya və İranın əlinə bəhanə keçəcək və Azərbaycan əleyhinə ciddi təxribatlar baş verməyə başlayacaq. Bu, həm cəbhədə, həm də ölkənin içərilərində müxtəlif terror vasitələri ilə həyata keçirilə bilər. Ona görə də indiki şəraitdə Azərbaycan üçün çox arzuolunmaz vəziyyət yaradardı. O baxımdan mən hesab edirəm ki, İranla bağlı dünya gücləri qəti qərar verilməyincə və İranla bağlı məsələdə birmənalı müəyyənlik ortaya çıxmayana qədər Azərbaycanın Qarabağda hər hansı lokal hərbi əməliyyatlar keçirməsi çox təhlükəli olardı. Yəni bu gün artıq zaman o zaman deyil. Bəlkə də bir il, il yarım öncə lokal hərbi əməliyyatlar keçirmək qərarını verib qısa müddətdə müəyyən uğurlar qazanıb Ermənistanı güzəştə gətirə biləcək sülh masasına oturtmaq mümkün olardı. Ancaq bu gün üçün o zaman əldən çıxıb".
Ekspertin sözlərinə görə, yəqin ki, əlverişli zaman bir də bir neçə ildən sonra yetişəcək: "Zaman yetişdiyi təqdirdə mənə elə gəlir gözləməyə dəyməyəcək. Çünki artıq Dağlıq Qarabağ probleminin sülh yolu ilə ədalətli həllinin olmayacağı ortalıqdadır və hamı üçün aydındır. O baxımdan hesab edirəm ki, gec-tez Azərbaycan hərbi yolla öz torpaqlarını işğaldan azad etmək məcburiyyətində qalacaq".
Ekspert bəyan etdi ki, əlverişli situasiya yarandığı zaman Azərbaycan ordusu 10-15 gün ərzində Dağlıq Qarabağ ətrafındakı rayonlardan ən azı beşini işğalçılardan təmizləmək imkanındadır: "Azərbaycan ordusunun bunu ildırım sürəti ilə etmək potensialı var. Buna Azərbaycanın hərbi texnikası, qurğuları, silah-sursatı, ordusunun hazırlığı imkan verir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 9250   Tarix: 07 may 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO

Dörd aylıq körpənin balkondan düşərək vəfat etdiyi yerin görüntüləri yayılıb. -ın məlumatına görə, bədbəxt hadisə paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində baş verib. Eyvandan düşərək dünyasını dəyişən dörd aylıq Ayla Eyvazlının babasının sözlərinə görə, hadisəyə səbəb ehtiyatsızlıq olub

26.04.2024 0
.

Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev bu gün Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib. Dəfndən sonra mərhumun yaşadığı evində yas mərasimi keçirilib. -un əməkdaşları sabiq baş pediatrın yas mərasiminə gələn yaxınları ilə söhbətləşib, bəzi suallar

26.04.2024 1197
.

İsrailin hücumu nəticəsində 1 sivil öldü

İsrail hərbi qüvvələri Livanın cənubuna hücum edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 1 israilli mülki vətəndaşın öldürülüb. İsrail hərbçiləri açıqlamasında bildiriblər ki, Hizbullah gecə saatlarında İsrailin Har-Dov bölgəsinə tank əleyhinə istiqamətlənmiş raket hücumu həyata keçirib. Qeyd olunu

26.04.2024 101
.

Prorektoru öldürməkdə təqsirləndirilən şəxs məhkəməni daha iki həftə uzatdırdı

"Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilə

26.04.2024 213
.

Manaf Ağayevi Füzulidə avtomobil karvanı qarşıladı - Video

Müğənni Manaf Ağayev ad gününü Füzulidə qeyd edib. Axşam.az xəbər verir ki, 60 yaşı tamam olan sənətçi bu münasibətlə ata yurduna yollanıb. M.Ağayev bildirib ki, toy sahibləri məclisi xüsusi olaraq onun ad günü gününə salıblar. "Bugün 60 yaşımı doğma yurdum Füzulidə toyda qeyd etmək qismət oldu

26.04.2024 522
.

Elçin 3 ildir bu səbəbdən efirə çıxmırmış

Müğənni Elçin Cəfərov 3 ildir yaradıcılığından uzaqlaşmasının səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "El canlı" proqramında danışıb. O bildirib ki, buna səbəb Türkiyəyə köçməsi olub:. "İstanbulda yaşayırdım, işləyirdim. Bizneslə məşğul idim. Gəldim gördüm ki, Bakıd

26.04.2024 614
.

Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb

İsrailin 203 gündür hücum etdiyi Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb. İsrail ordusunun 203 gündür hücumlarını davam etdirdiyi Qəzza sektorunda ölənlərin sayı son 24 saat ərzində 51 nəfər artaraq 34 min 356 nəfərə çatıb. Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 7 oktyab

26.04.2024 115
.

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

İngiltərədə dəri xərçənginin ən ölümcül növü olan melanomaya qarşı dünyada ilk fərdiləşdirilmiş mRNT peyvəndinin sınaqları keçirilir. xəbər verir ki, Keçən avqust ayında baş dərisində cərrahi yolla çıxarılan melanoma böyüməsi olan 52 yaşlı Stiv Yanq peyvəndi sınaqdan keçirən ilk xəstələrdən biridir

26.04.2024 0
.

Mingəçevirdə qorxulu hadisə: Bıçaqla camaatın üstünə cuman şəxs kimdir? - VİDEO

Mingəçevirin Mehdi Hüseyn və Koroğlu küçələrində qəribə hadisə baş verib. Sakinlərin sözlərinə görə, bir qadın gecə saatlarında binalara daxil olur, onlara qorxulu anlar yaşadır, bıçaqla camaatın üstünə hücum çəkir. Qorxudan sakinlər uşaqlarını küçəyə buraxa bilmirlər:. "Deyilənə görə, o qadın mollalı

26.04.2024 0