O gənclərə həmin ərazini süpürtdürüb videosunu yaymaq lazımdır ki… - Tuneli bağlayan gənclər haqda

O gənclərə həmin ərazini süpürtdürüb videosunu yaymaq lazımdır ki… - Tuneli bağlayan gənclər haqdaXəbər verdiyimiz kimi Sosial şəbəkələrdə Bakının mərkəzi küçələrindən birində gur hərəkətin olduğu tuneli bağlayaraq, bir dəstə gəncin dəlisov əyləncəsini əks etdirən video yayımlanıb. Yayılan videogörüntülərdə iddia olunur ki, tuneli bağlayaraq şadyanalıq edən gənclər məmur övladlarıdır.

BiG.AZ xəbər verir ki, bununla bağlı açıqlama verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov həmin görüntülərin araşdırıldığını bildirib.

Həmin görünülər araşdırılarsa və həmin şəxslərin kimlikləri aşkarlanarsa onları hansı cəzalar gözləyir?

Bununla bğlı bizimyol.info-ya danışan yol nəqliyyat eksperti Elməddin Muradlı həmin gəncləri inzibati qaydada cəzalandırmaqla yanaşı mənəvi cəhətdən də cəzalandırmaq lazım olduğunu, onlara həmin çirkləndirdikləri əraziləri təmizlədib görüntülərini yaymaq lazım olduğunu bildirib:

"Təəssüflər olsun ki onları vaxtında ifşa etmək mümkün olmayıb. Yol polisi videonun harada və nə vaxt baş verdiyini müəyyənləşdirə bilmir. Videonun solğunluğu, maşınlar və onların qeydiyyat nömrələri görünmədiyi üçün həmin şəxslərin kimliyini aşkar etmək mümkün olmamışdır. Həmin şəxslər insanların yolunu kəsir, özbaşınalıq edir, özlərini digər vətəndaşlardan üstün sayırlar. Bunun üçün də onlar xuliqanlıq əməlinə görə inzibati qaydada cərimə olunmalıdır. Videoda aydın görünür ki, onlar ərazini çirkləndirir, şampan partladır və böyük ehtimal butulkaları da əraziyə atırlar. Mənim fikrimcə, həmin gənclərə inzibati cəzalarla yanaşı mənəvi cəzalar da verilməlidir. Məsələn, çirkləndirdikləri ərazini 1 həftə süpürmələri və həmin anların lentə alınması, bu biabırçı video ilə yanaşı həmin görüntülərin xalqa nümayiş etdirilməsi daha məqsədyönlü olar. Bəlkə bu yolla mədəniyyətsiz azğınlaşmış gəncləri cəmiyyətdən təmizləyə bildik".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2073   Tarix: 16 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İsrailin hücumu nəticəsində 1 sivil öldü

İsrail hərbi qüvvələri Livanın cənubuna hücum edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 1 israilli mülki vətəndaşın öldürülüb. İsrail hərbçiləri açıqlamasında bildiriblər ki, Hizbullah gecə saatlarında İsrailin Har-Dov bölgəsinə tank əleyhinə istiqamətlənmiş raket hücumu həyata keçirib. Qeyd olunu

26.04.2024 124
.

Ermənistan və Serbiyanın xarici işlər nazirləri regional məsələləri müzakirə edirlər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Serbiyanın Baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiç ilə telefon danışığı aparıb. xəbər verir ki, görüşdə siyasi dialoqun və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişafına yönəlmiş ikitərəfli gündəliyə aid məsələlə

26.04.2024 135
.

ABŞ-da daha 2 universitet Qəzza etirazlarına qoşulub

ABŞ-da daha 2 universitet Qəzza etirazlarına qoşulub. BİG.AZ xəbər verir ki, ölkənin hər yerində universitet kampuslarına yayılan "İsrailin Qəzzaya hücumlarına reaksiya" aksiyasında paytaxt Vaşinqtondakı Corctaun və Corc Vaşinqton universitetlərinin tələbələri də iştirak edib. ABŞ-ın aparıc

26.04.2024 114
.

Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO

Bakıda kişi "Instagram"da tanış olub birlikdə yaşadığı qadını qətlə yetirib. Belə ki, turizm şirkətlərindən birində çalışan Ayan (Adlar şərtidir) "Instagram"da tanış olduğu Tahir adlı şəxslə görüşməli idi. Tahir ona özünü İT mütəxəssisi kimi təqdim etmişdi. Ayan işdən sonra Tahirl

26.04.2024 443
.

Mingəçevirdə qorxulu hadisə: Bıçaqla camaatın üstünə cuman şəxs kimdir? - VİDEO

Mingəçevirin Mehdi Hüseyn və Koroğlu küçələrində qəribə hadisə baş verib. Sakinlərin sözlərinə görə, bir qadın gecə saatlarında binalara daxil olur, onlara qorxulu anlar yaşadır, bıçaqla camaatın üstünə hücum çəkir. Qorxudan sakinlər uşaqlarını küçəyə buraxa bilmirlər:. "Deyilənə görə, o qadın mollalı

26.04.2024 327
.

Rihannadan növbəti fotosessiya - FOTO

Dünyaca məşhur müğənni Rihanna yeni fotosessiya elətdirib. BİG.AZ xəbər verir ki, o popular brendlərin birinin modeli kimi yer alıb. O həmin çəkilişdə ağac olub. Onun görünüşü izləyiciləri təəccübləndirib

26.04.2024 348
.

"Pulumun bitəcəyinə heç inanmazdım" - Serdar Ortaç

Müğənni Serdar Ortaç pulunun bitdiyini deyib. xəbər verir ki, o, türk mətbuatına açıqlama verib. "Pulumun bitəcəyinə heç inanmazdım. Deməli, olurmuş" ,- deyə o qeyd edib

26.04.2024 357
.

Şənbə gününə 32° isti gözlənilir

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gec

26.04.2024 230
.

Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"

İş adamı Murad Özdəmirlə Dubayda ailə quran 49 yaşlı müğənni Ebru Gündəş ötən günlərdə Zərgərlik İxracatçıları Birliyinin mükafatlandırma mərasimində səhnəyə çıxıb. Axşam.az xəbər verir ki, ifaçı zaldakı zərgərlərdən birindən üzüyünü daha böyüyü ilə dəyişdirməyi təklif edib. O, əlindəki üzüyü göstərərə

26.04.2024 587