Metropoliten maşinist axtarır - Qadınlar da müraciət edə bilər

Metropoliten maşinist axtarır - Qadınlar da müraciət edə bilər

Metropoliten maşinist axtarır - Qadınlar da müraciət edə bilər

"Bakı Metropoliteni" Qapalı Səhmdər Cəmiyyəti hərəkət qatarlarının maşinisti peşəsi üzrə namizədlərin seçimi başlayıb.

Qurumun mətbuat xidmətindən BiG.AZ-a verilən məlumata görə, seçimdə yaşı 24-30 arasında olan, ali texniki və orta texniki təhsilli, ilk peşə ixtisaslı, hərbi mükəlləfiyyətli kişilər, eləcə də qadınlar iştirak edə bilər.

Seçim müsahibə və psixoloji testlərin keçirilməsi yolu ilə aparılacaq. Uyğun namizədlər tibbi yoxlamadan sonra tədris prosesinə qatılacaqlar. Tədris həm nəzəri, həm də praktiki hissələrdən ibarət olmaqla 5 ay davam edəcək. İmtahanlar həm nəzəri, həm də praktiki məşğələlər üzrə keçiriləcək.

İddiaçılar “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq”bölməsinə daxil olaraq, “Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar. Elektron müraciət doldurularkən, iddia etdiyiniz peşə kimi “maşinist” göstərilməlidir.

Elektron ərizələr avqustun 10-dək aparılacaq.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 539 Tarix: 16.07.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər