"AzTV-yə baxmıram, Gəncə hadisələrindən məlumatsızam" – İlyas İsmayılov

"AzTV-yə baxmıram, Gəncə hadisələrindən məlumatsızam" – İlyas İsmayılov

“İstintaq aparılsın, o hadisələrin səbəbləri müəyyənləşdirilsin, bundan sonra konkret danışaq”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Gəncədə baş verən məlum hadisələrə münasibət bildirən Ədalət Partiyasının sədri İlyas İsmayılov deyib.

İlyas İsmayılov bildirib ki, məmurlar bütün hallarda vətəndaşlarla mülayim davranmalıdırlar:
“Mən heç nədən çəkinən adam deyiləm. Bu hadisələrin mahiyyətini bilmədiyim üçün fikir söyləməyim çətindir. Azərbaycan televiziyasına baxmıram, nə baş verdiyindən xəbərim yoxdur.

Gəncənin icra başçısı vuruldu, onu vuran adam haqqında müxtəlif məlumatlar yayıldı, sonra o biri hadisələr… Bütün bunlar mürəkkəb hadisələrdir, istintaq aydınlaşdırmalıdır. Əlavə nəsə deyə bilmərəm.

İstintaq aparılsın, o hadisələrin səbəbləri müəyyənləşdirilsin, bundan sonra konkret danışaq. Sizdən heç nəyi danmıram, sadəcə, məlumatsızam.

Ümumiyyətlə, bu fikirdəyəm ki, vətəndaşlara qarşı mülayim davranmaq lazımdır, insansa, insan münasibəti göstərilməlidir. Zorakılıqla heç nə əldə eləmək olmaz”.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1338 Tarix: 12.07.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər