Aybəniz Haşımova Gəncədəki hadisələrdən danışdı: "Bu, məni çox yandırdı"

Aybəniz Haşımova Gəncədəki hadisələrdən danışdı: "Bu, məni çox yandırdı""Gəncəli olaraq, hadisələr zamanı çəkilən videoları göz yaşı içərisində izlədim. Heç istəməzdim ki, millətim o vəziyyətə düşsün. Bir anlıq ölmək istədim. Kaş, dünən yaşananları görməzdim".

BiG.AZ-ın məlumatına görə, bu sözləri musavat.com-a açıqlamasında əməkdar artist Aybəniz Haşımova deyib.

O, bildirib ki, Gəncədə baş verən iğtişaşa üzülür: "Mən Gəncədə böyümüşəm, o torpaqların ən gözəl dövrünün uşağıyam. Bütün uşaqlığım gözümün önünə gəldi. Dünən Gəncədə ağlıma gəlməyən hadisələri gördüm. Bu, məni çox ağrıtdı. Burada ən böyük bəla "Dədə Qorqud"da Qazan xanın dediyi kimi, öz qılıncımız öz başımızı kəsdi. Bu, məni çox yandırdı".

A.Haşımova tez-tez Gəncədəki ailə üzvləri ilə danışdığını da deyib: "Çox narahatam, bütün qohum-əqrəbam Gəncədədir. Bütün gəncəlilər mənim doğmamdır. Fərqi yoxdur qohumluq bağı var, ya yox. Davamlı qohumlarımla əlaqə saxlayıram. Gəncənin ümumi halından narahatam. İstəmərəm, nəinki, Gəncədə, Azərbaycanın hansısa bölgəsində millətimin burnu qanasın. Onların birinin burnunun qanaması mənim ölümümə səbəb ola bilər. Bu durumda çox həssasam. İnsanlar təxribatlara uymasın. Düşmən baxıb sevinir. Gəncəlilərimdən xahiş edirəm ki, səbirli olsunlar. Ölkəmizin prezidenti var. Prezidentimiz hər şeyi yoluna qoya bilən prezidentdir. Bu hadisələri də yoluna qoyacaq. Mən musiqiçiyəm, siyasətçi deyiləm. Amma belə hadisələri görəndə düşünürəm ki, bu nə faciədir, nə biabırçılıqdır? Biz bu zülmü niyə çəkirik? Biz gücümüzü toplayıb, Qarabağa doğru getməliyik, torpaqlarımızı düşməndən azad etməliyik. Bir-birimizin qanını tökmək bizə yaraşmaz".

Əməkdar artist ötən gün sözügedən hadisələrə görə səhhətinin pisləşdiyini də deyib: "Mənə pis olsun, xalqıma təki yaxşı olsun. Dünəndən özümə gələ bilmirəm. Ağlayıram. Nə qədər təzyiq dərmanı içmişəm. Təcili yardım çağırmışıq. Bu cür hadisələrə soyuqqanlı yanaşa bilmirəm. İnanıram ki, tezliklə hər şey yoluna düşəcək".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1771   Tarix: 11 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR

"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar

17.09.2021 2305
.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949
.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193