Deputat Gəncə hadisələri barədə: Hamı başa düşməlidir ki, dövlətin yumruğu…

Deputat Gəncə hadisələri barədə: Hamı başa düşməlidir ki, dövlətin yumruğu…

"Bir qrup insan qeyri-qanuni, icazəsiz mitinq keçirmək istəyib. Aldığım məlumata görə, bunu xarici mənbələrlə təşkil ediblər. Polislər də onlara toxunmayıb".

BiG.AZ xəbər verir ki, bunu Sonxeber.az-a Milli Məclisin deputatı Rüfət Quliyev dünən Gəncədə iki polis zabitinin öldürülməsinə münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, təbii ki, onlar qeyri-qanuni addımlar atmağa başlayanda dövlət strukturları dövlətin maraqlarını güdməli və insanların təhlükəsizliyini təmin etməlidir: "Buna görə də belə qanunsuz addımlara çox pis baxıram. Qanun-qayda var. Mitinq üçün müvafiq orqanlara müraciət edərək icazə almaq lazımdır. İki polis polkovniki öldürüblər. Belə şey olarmı? Polis əməkdaşları öz işini görürdülər, vəzifə funksiyalarını yerinə yetirdilər. Onlar Azərbaycan xalqının mənafeyini güdürlər".

R. Quliyev qeyd edib: "İnsanlar başa düşməlidirlər ki, biz artıq 20 ilə yaxındır sakit və demokratik ölkədə yaşayırıq, inkişaf edirik. Xalqa sakitlik lazımdır. Xalq 90-cı illərdəki gördüyünü görüb, bir daha 90-cı illərə qayıtmaq istəmir".

Deputat Gəncədəki hadisələrin din-dövlət münasibətlərindəki problemlərlə bağlı olduğuna dair fikirlərə də toxunub: "Görüşdüyüm bütün xarici qonaqlar deyirlər ki, Azərbaycanda dinə qarşı olan hörmət və şərait bəlkə də ikinci bir dövlətdə yoxdur. İstər müsəlman, istər yəhudi, istərsə də xristian Azərbaycanda azad şəraitdə yaşayır. Ölkədə İslam dininə də böyük hörmətlə yanaşılır, təbii ki, biz hamımız müsəlmanıq. Bunun dövlət-din münasibətlərinə heç bir aidiyyəti yoxdur".

Həmsöhbətim bu məsələdə dövlətin önəminə diqqət çəkib: "Dövlət var və bu dövlətin siyasəti var. Bu siyasətdə hər şey bəllidir. Əgər bu siyasətdən kiminsə narazılığı mövcuddursa, müvafiq qurumlara yazsın, müracitə etsin, icazə aldıqdan sonra isə öz mitinqini, piketini keçirsin. Yoxsa 200 nəfər adam yığışır gəlir… Özü də indi Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev xəstəxanadadır, heç xoşagələn hal deyil. Yəni birmənalı başa düşülməlidir ki, dövlət onsuz da yumruğu və gücü ilə belə məsələlərin qarşısını kəsəcək, imkan verməyəcək".

Qeyd edək ki, ötən gün saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər.

Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər.

Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində həlak olublar.

Deputat Gəncə hadisələri barədə: Hamı başa düşməlidir ki, dövlətin yumruğu…

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 478 Tarix: 11.07.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər