Gəncədə heç bir vəchlə ikinci Nardaran hadisələri yaşana bilməz və yaşanmayacaq

Gəncədə heç bir vəchlə ikinci Nardaran hadisələri yaşana bilməz və yaşanmayacaqİyulun 10-da Gəncədə faciə yaşandı. Radikal dini yönümlü bir qrup şəxs şəhər İcra Hakimiyyətinin inzibati binası qarşısındakı meydana toplaşaraq, küt və kəsici-deşici alətlərlə polis əməkdaşlarına müqavimət göstərdi, Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyevi və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasovu qətlə yetirdi.

Bu, ölkənin, xalqın təhlükəsizliyinə əl uzatmaq, ölkədə sabitliyi pozmağa cəhd etmək deməkdir. Deməli, bu başıpozuqlar çox qudurublar, ölkədə ikinci Nardaran hadisələrini təkrarlamaq istəyirlər, Azərbaycanı Suriyaya çevirmək niyyətindədirlər. Xalqın asayişini təmin edən polis əməkdaşlarını qətlə yetirməkdə məqsəd elə budur. Təhlükəsizliyə uzanan əlləri isə dərhal kəsmək lazımdır!

Asayişin keşiyində dayanan polis zabitlərinin qətli bundan əvvəl Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı törədilən terror aktının davamıdır, sifariş eyni yerdən alınıb. Bu terrorçulara qarşı amansız tədbirlər görülməlidir və görüləcək.

Ölkənin ikinci ən böyük şəhəri olan Gəncədə sakinlər də xaricdən tapşırıq alan pozucu qüvvələrə heç şübhəsiz ki, meydan verməyəcək. Gəncədə heç bir vəchlə ikinci Nardaran hadisələri yaşana bilməz və yaşanmayacaq. Belə məkrli plan heç bir zaman həyata keçə bilməz. Azərbaycan xalqı sabitliyin tərəfdarıdır və sabitliyə, təhlükəsizliyə düşmən kəsilən istənilən qüvvə qarşısında məhz Azərbaycan xalqını görəcək.

2015-ci ildə Nardaranda dini radikalların, ekstremistlərin planı iflasa uğradı. Lakin, deməli, belələri az da olsa, hələ də içimizdə hərlənir, xaricdən tapşırıqlar alır, əmr verilən kimi terror aktı həyata keçirməyə çalışırlar. Onlar bu gün sosial şəbəkələrdə də xeyli fəallaşıblar. Təsadüfi deyil ki, bir qədər əvvəl Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsdlə əlaqədar sosial şəbəkələrdə terrorçuluğa çağırışlar etdiyinə görə 20 nəfər saxlanılıb. Onlar sosial şəbəkələrdə müxtəlif məzmunlu paylaşımlar etməklə insanları qanunsuz etiraz aksiyaları təşkil edərək hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırırdılar.

Gəncə tarixi-dini ənənələrimizin bu gün də qorunduğu böyük şəhərdir. Burada heç bir zaman dini ibadətə maneçilik törətməyib. Hazırda şəhərdə 6 məscid və İmamzadə ziyarətgahı fəaliyyət göstərir. O İmamzadə ziyarətgahı ki, Prezident İlham Əliyevin sərəncamı ilə yenidən qurulub və bu gün haqlı olaraq İslam aləminin möhtəşəm dini abidələrindən biri sayılır. Gəncənin məşhur "Şah Abbas" məscidi də əsaslı təmir olunaraq dindarların istifadəsinə verilib.

Deməli, özünü guya "əsl dindar, əsl müsəlman" sayan beyni yuyulmuş bir qrup şəxsin niyyəti heç də "din uğrunda mübarizə" deyil. Əslində, onların hansı qüvvələrdən sifariş aldığı da məlumdur. O da məlumdur ki, ölkədə sabitliyi, təhlükəsizliyi pozmağa yönəlmiş bu sifarişlər elə sifariş olaraq qalacaq, onların bu cəhdi Azərbaycanda asayiş keşikçilərinin, təhlükəsizlik orqanları əməkdaşlarının qətiyyətli fəaliyyəti nəticəsində elə beşiyindəcə boğulacaq.

mənbə: trend


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1303   Tarix: 11 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Səudiyyə Ərəbistanının kralı Salman xəstəxanadan buraxılıb

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz bir neçə saat davam edən rutin yoxlanışdan sonra Ciddə şəhərindəki xəstəxanadan buraxılıb. xəbər verir ki, Səudiyyə Ərəbistanı Kral Məhkəməsindən verilən açıqlamaya görə, Kral Salman dünən axşam saatlarında Ciddədəki Kral Feysal İxtisas Xəstəxanasında

25.04.2024 288
.

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25.04.2024 340
.

"Kaş hamı Cavanşir Məmmədov kimi yaşayardı"

Əməkdar artist Elza Seyidcahan mərhum həmkarı Cavanşir Məmmədovdan danışıb. Axşam.az xəbər verir ki, müğənni "Elgizlə izlə" verilişində ifaçının ölümündən danışıb. "Ölüm haqdır. Bilə bilmərik ki, kim harada öləcək. Kimə torpaq qismət olacaq, ya yox. Heç kim bilmir necə öləcək. Allahı

25.04.2024 482
.

İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər. xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub. Qeyd edək ki, E.Süleymanova bu gün 87 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib və İkinc

25.04.2024 786
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25.04.2024 787
.

Azərbaycanda niyə qeysəriyyəyə üstünlük verilir? - VİDEO

Azərbaycanda qeysəriyyə əməliyyatı ilə doğuşların sayı artıb. Dövlət Satistika Komitəsinin məlumatına görə, ötən il ölkəmizdə 121 min doğuşun 35 faizdən çoxu qeysəriyyə yolu ilə həyata keçirilib. 2021-ci ildə 46 min 684 qadın bu yolla uşaq dünyaya gətiribsə, 2022-ci ildə bu rəqəm 53 min 267-yə qalxıb

25.04.2024 480
.

İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır

İspaniyadakı sol koalisiya hökumətinin Fələstin dövlətinin tanınması üçün eyni anda 4 ölkə ilə ortaq qərar verməyi planlaşdırır. xəbər verir ki, İspaniya Xarici İşlər Nazirliyindəki mənbələr Baş nazir Pedro Sançes və Xarici İşlər Naziri Xose Manuel Albares tərəfindən dəfələrlə dilə gətirilən Fələsti

25.04.2024 242
.

Qəzzada 34305 adam ölüb

İsrailin hücumlarını davam etdirdiyi Qəzzada 34305 insan ölüb. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 202 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda dah

25.04.2024 200
.

"Qırğızıstan prezidentinin Azərbaycana səfəri xalqlarımızın tarixi və mənəvi əlaqələrinin daha da möhkəmlənməsinə töhfəsini verəcək" -RƏY

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib.Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar. Politoloq Elşən Manafo

25.04.2024 351