Azərbaycanlı aktyor sənətdən getdi

Azərbaycanlı aktyor sənətdən getdi

Aktyor Emil Rzayev sənətdən uzaqlaşıb.

Axşam.az xəbər verir ki, "Günəşim ol" serialındakı rolu ilə məşhurlaşan aktyor bunu maddi çətinliklə əlaqələndirib:

"Həqiqətən çox sevdiyim sənətdən - aktyorluq sənətindən uzaqlaşıram. Əlbəttə ki, birdən-birə bu qərarı vermədim. Sənətdə qazandığım şan-şöhrətdən daha çox sevdiyim 2 övladım var. Mən onlara deyə bilmərəm ki, oğlum, qızım, gözləyin, atanı nə vaxtsa, harasa dəvət etsələr, sizə istədiyiniz hər şeyi alacaq. Nə olsun ki, çöldə gəzəndə insanlar mənə hörmətlə yanaşır, amma heç kim bilmir ki, mən övladlarımın bəzi suallarına cavab verə bilmirəm. Tam səmimi və açıq söyləyirəm: bu sənətdən sırf maddi problemlər üzündən gedirəm, başqa heç kəslə, heç bir problemim yoxdur".

E.Rzayev hazırda yaxşı bir iş axtarışında olduğunu da qeyd edib.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 843 Tarix: 09.07.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər