Deputat oğlunun yaxtasından dənizə düşüb boğulan modelin hamıdan gizlədilən məzarı üzə çıxdı - FOTO

Deputat oğlunun yaxtasından dənizə düşüb boğulan modelin hamıdan gizlədilən məzarı üzə çıxdı - FOTODeputat Elmira Axundovanın oğlu Həbib Axundovun adı keçən ölüm işindən 1 il ötür. Keçən dövr ərzində Günel Mirzəyevanın mübhəm ölümü ilə bağlı düyünlər açılsa da, əsl həqiqət ortada olsa da, kimsə cəzalandırılmayıb.

BiG.AZ 24saat.org saytına istinadən xəbər verir ki, Hummet Bedelov adlı sosial şəbəkə istifadəçisinin profilindən aydın olur ki, "Miss Lafarella" yarışmasının qalibi olmuş Günel Mirzəyeva iddia olunduğu kimi Lənkəran qəbiristanlığında deyil, Bakıda, "Qurd qapısı" deyilən ərazidəki məzarlıqda torpağa tapşırıblar.

Belə məlum olur ki, Günel Mirzəyevanın məzarına hər həftə yaxınları baş çəkirlər, onun məzarı üstünə gəlib-gedənlər var. Həmin şəxslər sırasında deputat Elmira Axundovanın, onun oğlu Həbib Axundovun olub-olmaması bilinmir. Saytının elektron poçtuna göndərilən məktubda isə Hümmət Bədəlov iddia edir ki, mətbuatda ilk gündən ölüm işində məhz Həbib Axundovun adı çəkilirdi.

Bildirilirdi ki, Günel Mirzəyevanın Həbiblə münasibətləri var. Həbib Axundov ilk vaxtlar bu əlaqəni ciddi şəkildə inkar etsə də, sonradan üzə çıxan faktlar onun yalan danışdığını üzə çıxardı. Bilindi ki, Günel Mirzəyeva açıq dənizə məhz Həbib Axundova məxsus yaxtada çıxıb və naməlum şəraitdə suya düşərək boğulub. 4 günlük axtarışlardan sonra gənc xanımın tanınmaz hala düşmüş meyiti dənizdən çıxarıldı. Həmin günlərdə onun hamilə olması xəbəri də yayılmışdı. Meyit Sabunçu morquna aparılandan sonra orada gənc xanım cansız bədəni zahiri müayinə edilmiş və ailəsinə təhvil verilmişdi.

Ekspertiza keçirib gənc xanımın hamilə olub-olmaması sualına aydınlıq gətirməmişdilər. Meyit tam ekspertizadan keçirilməmiş halda basdırıldı, onun hamilə olub-olmaması sualı da açıq qaldı. İlk baxışdan adi görünən bu suala cavab axtarılması əslində sirli bir cinayətin üstünü aça bilərdi. Gənc xanımın məhz hamilə olduğu üçün bu şəkildə aradan götürülməsi haqda fikirlər təsdiqlənə bilərdi. Baxmayaraq ki, 2017-ci il iyunun 24-də mübəm şəkildə dənizdə boğulan gənc bir xanımın ölümünün 1 ili tamam olacaq, müstəqil ekspertlər bu məsələnin araşdırılması üçün tibb elminin kifayət qədər inkişaf etdiyini deyirlər.

Bildirirlər ki, meyit ekshumasiya olunsa, bu məsələ aydınlaşdırıla bilər. Sosial şəbəkədə yayılan digər bir məlumata görə Günel Mirzəyevanın ölümündən sonra onun ailəsinə deputat Ağalar Vəliyevin inşa etdirdiyi binalardan birindən mənzil bağışlanıb. Hətta həmin evdə Günel Mirzəyevanın ölümündən sonra ərindən boşanmış bacısının yaşadığı haqda da xəbərlər var. Həmin mənzilin ailəyə Həbib Axundov və ya onun deputat anasının bağışladığı haqda səhih məlumatlar yoxdur.

Yada salaq ki, Elmira Axundova Günel Mirzəyevanın müəmmalı ölüm işindən danışarkən demişdi ki, hadisə baş verəndə Bakıda olmayıb. Deputat əminliklə bildirmişdi ki, oğlu da Günel Mirzəyeva müəmmalı şəkildə dünyasını dəyişərkən orada olmayıb! "Deyə bilərəm ki, oğlum da hadisə yerində olmayıb. Orada olan şəxs onun dostu olub. Haqqında yayılan məlumat isə doğru deyil. Oğlum bu hadisədən sonra orada olmadığı üçün heyfsləndiyini bildirib. Əgər orada olsaydı, batan qızı xilas edərdi. Çünki 15 il üzgüçülüklə məşğul olub" – deyə Elmira Axundova oğlunu təmizə çıxarmağa çalışmışdı.

Maraqlı odur ki, deputat əvvəl gündən niyə yalan danışır? Sanki oğlunun günahsız olmasını sübut etmək üçün dəridən-qabıqdan çıxır? Nitqini "Xəzərdə hər yay minlərlə adam boğulub, dünyasını dəyişir. Ümumiyyətlə, Həbibin heç yaxtası olmayıb. Təfərrüatları tam olaraq bilmirəm. Bu hadisəni şişirdənlər də bizim düşmənlərimizdir" kimi gülünc fikirlərlə davam etdirib hər kəsi günahkar bilirdi, bircə oğlundan savayı.

İndi isə bilinir ki, gənc qızı o dövrdə basdıranda belə Həbib Axundov orada olub. Görəsən Elmira Axundovanın oğlu Həbib Axundov dənizdə batanların dəfnində iştirak etmək öhdəliyi götürüb, yoxsa başqa səbəblər var? Fakt odur ki, gənc bir xanım dənizdə batıb. Onun müəmmalı şəkildə batarkən hamilə olması xəbəri də ortadadır. Gənc xanım dənizdə batandan sonra ailəsinə mənzil bağışlayıblar. Bu da bilinir. O da məlumdur ki, həmin mənzil Elmira Axundovanın həmkarı, deputat yoldaşı Ağalar Vəliyevin inşa etdirdiyi binadandır. Bundan başqa, gənc xanım müəmmalı şəkildə ölənə qədər Həbib Axundovun adına olmuş maşını sürüb. Qalır bircə sosial şəbəkələrdə yayılan bu xəbərləri araşdırıb Günel Mirzəyevanın ölümü üzərinə çəkilən sirr pərdəsini kənara tullamaq.

Deputat oğlunun yaxtasından dənizə düşüb boğulan modelin hamıdan gizlədilən məzarı üzə çıxdı - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 10887   Tarix: 25 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsrail əsgərləri 12 fələstinlini əsir götürüb

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində 12 fələstinlini əsir götürüb. xəbər verir ki, İsrail ordusunun İordan çayının qərb sahilinin Tulkərim, Ramallah, Hebron və Qüdsdə keçirdiyi basqınlarda biri uşaq və keçmiş məhbusların da olduğu ən azı 12 fələstinlini nəzarətə götürdüyü bildirilib

25.04.2024 221
.

Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"

İş adamı Murad Özdəmirlə Dubayda ailə quran 49 yaşlı müğənni Ebru Gündəş ötən günlərdə Zərgərlik İxracatçıları Birliyinin mükafatlandırma mərasimində səhnəyə çıxıb. Axşam.az xəbər verir ki, ifaçı zaldakı zərgərlərdən birindən üzüyünü daha böyüyü ilə dəyişdirməyi təklif edib. O, əlindəki üzüyü göstərərə

12:23 116
.

"İxracın şaxələndirilməsində Qırğızıstan bizim üçün ən əlverişli ölkələrdən biridir"-EKSPERT

"Qırğızıstanla son 15 ildə ən pis ticarət dövriyyəmiz 2017-ci ildə qeydə alınıb. Həmin il cəmi 1.7 milyon dollarlıq dövriyyəmiz olub. 2022-ci ildə isə bu göstərici 5 dəfə artaraq 10.8 milyon dollar olmuşdur". Bu sözləri BİG.AZ-A iqtisadçı-ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, ötən i

25.04.2024 251
.

Azərbaycanda niyə qeysəriyyəyə üstünlük verilir? - VİDEO

Azərbaycanda qeysəriyyə əməliyyatı ilə doğuşların sayı artıb. Dövlət Satistika Komitəsinin məlumatına görə, ötən il ölkəmizdə 121 min doğuşun 35 faizdən çoxu qeysəriyyə yolu ilə həyata keçirilib. 2021-ci ildə 46 min 684 qadın bu yolla uşaq dünyaya gətiribsə, 2022-ci ildə bu rəqəm 53 min 267-yə qalxıb

25.04.2024 506
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25.04.2024 644
.

Elmira Süleymanova vəfat etdi

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə sabiq müvəkkili Elmira Süleymanova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə -a onun yaxınları məlumat veriblər. Bildirilib ki, E.Süleymanova günorta saatlarında dünyasını dəyişib. Qeyd edək ki, Elmira Süleymanova 17 iyul 1937-ci ild

25.04.2024 874
.

Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb

Ermənistanın müdafiə naziri Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbəri Maksim Lonqanqenin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Görüş zamanı AŞ-nin İrəvandakı ofisi tərəfindən "Ermənistan Silahlı Qüvvələrində insan hüquqlarını

25.04.2024 219
.

İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır

İspaniyadakı sol koalisiya hökumətinin Fələstin dövlətinin tanınması üçün eyni anda 4 ölkə ilə ortaq qərar verməyi planlaşdırır. xəbər verir ki, İspaniya Xarici İşlər Nazirliyindəki mənbələr Baş nazir Pedro Sançes və Xarici İşlər Naziri Xose Manuel Albares tərəfindən dəfələrlə dilə gətirilən Fələsti

25.04.2024 260
.

"Kaş hamı Cavanşir Məmmədov kimi yaşayardı"

Əməkdar artist Elza Seyidcahan mərhum həmkarı Cavanşir Məmmədovdan danışıb. Axşam.az xəbər verir ki, müğənni "Elgizlə izlə" verilişində ifaçının ölümündən danışıb. "Ölüm haqdır. Bilə bilmərik ki, kim harada öləcək. Kimə torpaq qismət olacaq, ya yox. Heç kim bilmir necə öləcək. Allahı

25.04.2024 491