Sevgilisini xəyanət etdiyi üçün bıçaqladı, sonra yastıqla boğdu, özü isə... - FiLM KİMİ CİNAYƏT

Sevgilisini xəyanət etdiyi üçün bıçaqladı, sonra yastıqla boğdu, özü isə... - FiLM KİMİ CİNAYƏTUniversitet tələbəsi sevgilisini dəfələrlə bıçaqlayıb, ölmədiyini görəndə yastıqla boğub.

BiG.AZ publika.az-a istinadən xəbər verir ki, hadisə Türkiyənin Burdur vilayətində baş verib.

Məlumata görə, birinci kurs tələbəsi Furkan Kaya 17 yaşlı sevgilisi Aytən Kəkliyi öldürmək məqsədilə evinə çağırıb. Daha sonra bir həftə əvvəldən planladığı şəkildə qızı sinəsindən dəfələrlə bıçaqlayıb. Nəfəs aldığını görəndə isə yastıqla boğaraq öldürüb.

Hadisə ilə bağlı həmin binada yaşayan tələbələr polisə məlumat verib.

F.Kaya isə boynunu və biləklərini kəsərək intihara cəhd edib. Bir müddət xəstəxanada müalicə alandan sonra ifadə verib. Hakimi uşağa qarşı əvvəldən planlaşdırılmış şəkildə canavarcasına və əziyyət çəkdirərək öldürmə maddəsi ilə ağırlaşdırılmış cəza veriləcəyini açıqlayıb.

O, məhkəmənin hökmü ilə ömürlük həbs cəzasına məhkum edilib.

Məhkəmədə ifadə verən F.Kaya cinayəti əvvəldən planlaşdırdığını etiraf edib. O, sevgilisinin onu aldatdığı üçün belə bir addım atdığını deyib.

F.Kaya ifadəsində bildirib ki, sevgilisini bir həftə əvvəl yanına çağırarkən başına belə bir hadisənin gələcəyini bilirdi: "Aytənə bir həftə əvvəl gəlməsini deyəndə "Bura niyə gələcəyini bilirsən?" –deyə, soruşdum. O da "Bilirəm, ölümə gəlirəm"-deyə, cavab verdi. Mən də ona yeni həyatında xoşbəxtdirsə, gəlməsinə ehtiyac olmadığını dedim. Ancaq o gələcəyini bildiridi. Aytəni öldürməyə bir həftə əvvəl qərar vermişdim. Çünki mənə xəyanət etmişdi".

Məlumata görə, F.Kaya cinayəti törətdiyi gün sevgilisi ilə öz istəyi ilə cinsi əlaqədə olub. Sonra evdən çıxıb içki içiblər, çərəz alıb evə qayıdıblar.

"İçki içdik, gecə saat 01 radələrində əvvəldən planlaşdırdığım kimi mətbəxdəki bıçağı götürdüm, sinəsinə dəfələrlə vurdum. Sonra da bıçaq qırılanda ikinci bıçağı götürüb yenidən bıçaqladım. Nəfəs aldığını görəndə yastıqla boğdum. Sonra hamamda vannanı su ilə doldurub qolumu kəsərək içinə girdim. Dərman içdim. Sonra da həyətdə özümü asmaq istədim. Lakin bacarmadım. Sonra da dostuma zəng edib hadisəni danışdım"-deyə, cinayət gecəsi yaşananları nəql edib.
Sevgilisini xəyanət etdiyi üçün bıçaqladı, sonra yastıqla boğdu, özü isə... - FiLM KİMİ CİNAYƏTSevgilisini xəyanət etdiyi üçün bıçaqladı, sonra yastıqla boğdu, özü isə... - FiLM KİMİ CİNAYƏT


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 922   Tarix: 23 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443