Azərbaycanda 80 pambıqçının nədən zəhərləndiyi məlum oldu

Azərbaycanda 80 pambıqçının nədən zəhərləndiyi məlum olduİmişli rayonunda pambıq tarlalarında becərmə işləri aparan fəhlələr zəhərlənib. İlkin məlumata görə, zəhərlənən onlarla fəhlə İmişli Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

BiG.AZ-ın məlumatına görə, 80 saylı İmişli-Beyləqan seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Çingiz Qənizadə Modern.az saytına açıqlamasında bildirib ki, zəhərlənənlərin sayı təxminən 45-dir: "Baş həkimlə əlaqə saxlamışam. Pambıq əkini ilə məşğul olan "MKT" deyilən bir qurum var. Onların pambıq sahəsində müqavilə ilə işləyən insanların sayı çoxdur. Ehtimal olunur ki, fəhlələr alaq əleyhinə vurulan kimyəvi maddədən zəhərləniblər. Xəstəxanaya təxminən 45 nəfər müraciət edib. Lakin zəhərlənənlərin heç birində ciddi əlamət yoxdur, yüngül ürək bulantısı var.

Müraciət edənlərin hamısına sistem köçürülüb və evlərinə buraxılıb. Sadəcə müəyyən adamlar panikaya düşüblər. Buna baxmayaraq ehtimal var ki, xəstəxanaya müraciət edənlərin sayı artacaq".

Deputat Azərbaycanın bir neçə rayonlarda bu cür halların ardıcıl baş verməsinə də münasibət bildirib: "Hesab edirəm ki, ölkəyə gətirilən kimyəvi maddələrin tərkibi ən yüksək səviyyədə araşdırılmalıdır. Onun normadan artıq vurulmasına göstəriş verən hər bir şəxs kimliyindən asılı olmayaraq məsuliyyətə cəlb edilməlidir. Biz insanlarımızın həyatı, sağlamlığı ilə hansısa pambıq və ya kənd təsərrüfatı məhsulunun xatirinə oynaya bilmərik. Cənab prezident qarşıya məqsəd qoyub, amma kortəbii işlərin görülməsini, Azərbaycan vətəndaşlarının həyatını təhlükəyə qoymağı deməyib! Düşünürəm ki, bu fakta görə dərhal cinayət işi başlanmalı, ölkənin bütün ərazilərindəki pambıq əkilən yerlərdən nümunə götürülərək laboratoriya cavablarına uyğun olaraq kimyəvi maddədən göstərilən normativ qaydadan artıq tətbiq edən şəxslər məsuliyyətə cəlb edilməlidir".

Qeyd edək ki, bu barədə ilk məlumatı "Report" İnformasiya Agentliyi yayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2086   Tarix: 19 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İsrail əsgərləri 12 fələstinlini əsir götürüb

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində 12 fələstinlini əsir götürüb. xəbər verir ki, İsrail ordusunun İordan çayının qərb sahilinin Tulkərim, Ramallah, Hebron və Qüdsdə keçirdiyi basqınlarda biri uşaq və keçmiş məhbusların da olduğu ən azı 12 fələstinlini nəzarətə götürdüyü bildirilib

25.04.2024 221
.

Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"

İş adamı Murad Özdəmirlə Dubayda ailə quran 49 yaşlı müğənni Ebru Gündəş ötən günlərdə Zərgərlik İxracatçıları Birliyinin mükafatlandırma mərasimində səhnəyə çıxıb. Axşam.az xəbər verir ki, ifaçı zaldakı zərgərlərdən birindən üzüyünü daha böyüyü ilə dəyişdirməyi təklif edib. O, əlindəki üzüyü göstərərə

12:23 116
.

"İxracın şaxələndirilməsində Qırğızıstan bizim üçün ən əlverişli ölkələrdən biridir"-EKSPERT

"Qırğızıstanla son 15 ildə ən pis ticarət dövriyyəmiz 2017-ci ildə qeydə alınıb. Həmin il cəmi 1.7 milyon dollarlıq dövriyyəmiz olub. 2022-ci ildə isə bu göstərici 5 dəfə artaraq 10.8 milyon dollar olmuşdur". Bu sözləri BİG.AZ-A iqtisadçı-ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, ötən i

25.04.2024 251
.

Azərbaycanda niyə qeysəriyyəyə üstünlük verilir? - VİDEO

Azərbaycanda qeysəriyyə əməliyyatı ilə doğuşların sayı artıb. Dövlət Satistika Komitəsinin məlumatına görə, ötən il ölkəmizdə 121 min doğuşun 35 faizdən çoxu qeysəriyyə yolu ilə həyata keçirilib. 2021-ci ildə 46 min 684 qadın bu yolla uşaq dünyaya gətiribsə, 2022-ci ildə bu rəqəm 53 min 267-yə qalxıb

25.04.2024 506
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25.04.2024 644
.

Elmira Süleymanova vəfat etdi

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə sabiq müvəkkili Elmira Süleymanova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə -a onun yaxınları məlumat veriblər. Bildirilib ki, E.Süleymanova günorta saatlarında dünyasını dəyişib. Qeyd edək ki, Elmira Süleymanova 17 iyul 1937-ci ild

25.04.2024 874
.

Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb

Ermənistanın müdafiə naziri Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbəri Maksim Lonqanqenin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Görüş zamanı AŞ-nin İrəvandakı ofisi tərəfindən "Ermənistan Silahlı Qüvvələrində insan hüquqlarını

25.04.2024 219
.

İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır

İspaniyadakı sol koalisiya hökumətinin Fələstin dövlətinin tanınması üçün eyni anda 4 ölkə ilə ortaq qərar verməyi planlaşdırır. xəbər verir ki, İspaniya Xarici İşlər Nazirliyindəki mənbələr Baş nazir Pedro Sançes və Xarici İşlər Naziri Xose Manuel Albares tərəfindən dəfələrlə dilə gətirilən Fələsti

25.04.2024 260
.

"Kaş hamı Cavanşir Məmmədov kimi yaşayardı"

Əməkdar artist Elza Seyidcahan mərhum həmkarı Cavanşir Məmmədovdan danışıb. Axşam.az xəbər verir ki, müğənni "Elgizlə izlə" verilişində ifaçının ölümündən danışıb. "Ölüm haqdır. Bilə bilmərik ki, kim harada öləcək. Kimə torpaq qismət olacaq, ya yox. Heç kim bilmir necə öləcək. Allahı

25.04.2024 491