Zaxarovanın Azərbaycana qarşı yeni təxribatı

Zaxarovanın Azərbaycana qarşı yeni təxribatıZaxarovanın Azərbaycana qarşı yeni təxribatıRusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanın "Trend" agentliyinin jurnalistini təxribatda ittiham edərək sərt tənqid edib.

BiG.AZ xəbər verir ki, agentliyin jurnalisti RF XİN-dən, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin müavini Artyom Kojinin iştirakı ilə keçirilmiş brifinqin stenoqramında səhvin düzəldilməsini xahiş edib.

Xatırladaq ki, "Trend" agentliyinin jurnalistinin sualını cavablandırarkən Mariya Zaxarovanın müavini Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi üzrə səs-küylü bəyanatlarını qeyri-konstruktiv adlandırmışdı.

"Bu məsələ üzrə, ələlxüsus ATƏT tərəfindən qoyulmuş müvafiq relslərə sığmayan səs-küylü bəyanatlar, yəqin ki, qeyri-konstruktivdir", - o demişdi.

Lakin sonradan RF XİN-in saytında Artyom Kojinin bu sözləri başqa cür verilmişdi: "Sizin bu məsələ üzrə, ələlxüsus ATƏT tərəfindən qoyulmuş müvafiq relslərə sığmayan səs-küylü bəyanatlarınız, yəqin ki, qeyri-konstruktiv görünür".

Başqa sözlə, indi Rusiya XİN Nikol Paşinyanı deyil, Azərbaycanın informasiya agentliyinin müxbirini qeyri-konstruktivlikdə ittiham edir.

İndi Rusiya Xarici İşlər Nazirliyi tərəfindən yol verilmiş səhvi etiraf etmək və düzəltmək əvəzinə Mariya Zaxarova jurnalisti tənqid atəşinı tutub.

Cavab olaraq Zaxarova soruşub ki, agentliyin nümayəndələri yalnız bu məsələyə belə dəqiqliklə yanaşırlar? Eyni zamanda, o dəfələrlə özünün və həmkarlarının dediyi sözlərin təhrif edilməsinin şahidi olduğunu bildirib.

"Nəsə belə titiz yanaşma xatırlamıram, heç vaxt olmayıb! Hesab edirəm ki, brifinqlərimiz faktiki cavablar almaq üçün təşkil edilir. Lakin təəssüf ki, 3 il ərzində dəfələrlə sualların siyasi bəyanatlar kimi səsləndiyini görmüşəm. Və siz bunu bilirsiniz. Mənə belə gəlir ki, bu həm də çox mürəkkəb vəziyyətin tənzimlənməsi məqsədilə deyil, hansısa başqa məqsədlərlə edilir", - Zaxarova deyib.

Zaxarova vurğulayıb ki, Rusiya XİN-də cavablar verməyə, dəqiqləşdirmələr aparmağa hazırdırlar. Lakin təxribat xarakterli suallar vermək düzgün deyil. Xüsusilə, iki ölkənin – Ermənistanın və Azərbaycanın xalqlarının əziyyət çəkdiyi mürəkkəb məsələlər üzrə.

O, diqqəti buna yönəldib ki, son iki həftə ərzində agentlikdən ona heç kim zəng etməyib, halbuki Azərbaycanın digər KİV-lərindən müraciətlər olub.

"Jurnalist və agentlik kimi bu sizi narahat etsəydi, yəqin ki, bunu telefonla etməyə imkan tapardınız. Nəyə görə iki həftədən sonra məsələni kütləvi yerdə qaldırırsınız? Deməli, təxribat törətmək kimi bir istək var", - Zaxarova deyib.(virtualaz.org)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 814   Tarix: 16 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Avropa Parlamentinin qəbul etdiyi qətnamə ölkədə insan haqları ilə bağlı obyektiv gerçəklikləri ehtiva etmir" - Politoloq

Azərbaycanın Xarici İşlər Nazirliyi bildirib ki, Avropa Parlamenti tərəfindən qəbul edilən qətnamə əsassızdır və Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir. Politoloq Elşən Manafov -a bildirib ki, qətnamə ölkədə insan haqları ilə bağlı obyektiv gerçəklikləri ehtiva etmi

26.04.2024 257
.

Elçin 3 ildir bu səbəbdən efirə çıxmırmış

Müğənni Elçin Cəfərov 3 ildir yaradıcılığından uzaqlaşmasının səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "El canlı" proqramında danışıb. O bildirib ki, buna səbəb Türkiyəyə köçməsi olub:. "İstanbulda yaşayırdım, işləyirdim. Bizneslə məşğul idim. Gəldim gördüm ki, Bakıd

26.04.2024 767
.

"Son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb" - Elvin Abbasov

"Beynalxalq statistika göstərir ki, son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb". Bu sözləri -a açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov deyib. O qeyd edib ki, Azərbaycanda internetin sürətinin yaxşılaşmasının əsas səbəbi RİNN-nin həyata keçirdiy

26.04.2024 246
.

"Yaşımı heç vaxt sirr saxlamadım"

Aktrisa Xəyalə Quliyeva doğum günü münasibətilə sosial media hesabında paylaşım edib. OLAY yazır ki, o, yaşını göstərən şarların da olduğu fotosunu izləyiciləriylə bölüşərək yaşını heç vaxt sirr saxlamadığını bildirib. "Yaş qadının ən böyük sirridir deyiblər. Bu mövzuda heç vaxt sirr saxlamadım

26.04.2024 942
.

Şənbə gününə 32° isti gözlənilir

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gec

26.04.2024 230
.

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

İngiltərədə dəri xərçənginin ən ölümcül növü olan melanomaya qarşı dünyada ilk fərdiləşdirilmiş mRNT peyvəndinin sınaqları keçirilir. xəbər verir ki, Keçən avqust ayında baş dərisində cərrahi yolla çıxarılan melanoma böyüməsi olan 52 yaşlı Stiv Yanq peyvəndi sınaqdan keçirən ilk xəstələrdən biridir

26.04.2024 153
.

"Pulumun bitəcəyinə heç inanmazdım" - Serdar Ortaç

Müğənni Serdar Ortaç pulunun bitdiyini deyib. xəbər verir ki, o, türk mətbuatına açıqlama verib. "Pulumun bitəcəyinə heç inanmazdım. Deməli, olurmuş" ,- deyə o qeyd edib

26.04.2024 357
.

"Qardaşım efirə çıxmağa icazə vermirdi"

"Bilirdiniz ki, uzun müddət səhnəyə çıxmırdım. Atamın aşıq olmasına baxmayaraq sinəsindəki sazı ilə övladlarının hər birini oxudurdu. Biz Dostəliyevlər ailəsi sayılırdıq. Bacım rəhmətlik Zeynəb də oxuyurdu. Dörd qardaşımın hər biri musiqi alətlərinin sənətkarlarıdır". Axşam.az xəbər verir ki

26.04.2024 138
.

Mingəçevirdə qorxulu hadisə: Bıçaqla camaatın üstünə cuman şəxs kimdir? - VİDEO

Mingəçevirin Mehdi Hüseyn və Koroğlu küçələrində qəribə hadisə baş verib. Sakinlərin sözlərinə görə, bir qadın gecə saatlarında binalara daxil olur, onlara qorxulu anlar yaşadır, bıçaqla camaatın üstünə hücum çəkir. Qorxudan sakinlər uşaqlarını küçəyə buraxa bilmirlər:. "Deyilənə görə, o qadın mollalı

26.04.2024 327