Bu gün dörd oyun keçiriləcək

Bu gün dörd oyun keçiriləcəkRusiyada keçirilən futbol üzrə dünya çempionatının üçüncü günündə - iyunun 16-da dörd oyun keçiriləcək.

BiG.AZ xəbər verir ki, gün ərzində "C" və "D" qruplarında yer alan komandalar üz-üzə gələcəklər.

Bakı vaxtı ilə saat 14:00-da başlayacaq ilk oyunda "C" qrupunun favoriti sayılan Fransa millisi Avstraliya yığması ilə qarşılaşacaq. Komandalar arasındakı görüş "Kazan Arena"da oynanılacaq.

1930-cu ildə ilk dünya çempionatında iştirak edən dörd Avropa təmsilçisindən biri olan Fransa yığması indiyədək 14 dəfə mundiallarda yer alıb. Dünya çempionu adını qazanan (1998) səkkiz komandadan biri olan Fransa millisi 2006-cı ildə finalda İtaliyaya uduzub. Komanda 1958-ci və 1986-cı illərdə çempionatların bürünc medallarına layiq görülüb. 1958-ci ildə Fransa millisinin hücumçusu Jüst Fonten 13 qolla çempionatın bombardiri olub. O, bir çempionatda ən çox qol vuran futbolçu rekordunu bu günədək özündə saxlayır.

Avstraliya yığması bundan əvvəl dörd dəfə - 1974-cü, 2006-cı, 2010-cu və 2014-cü illərdə mundialda çıxış etmək hüququ qazanıb. Altıncı qitə təmsilçisinin ən yaxşı göstəricisi 2006-cı ildə Almaniyadakı dünya çempionatına təsadüf edib. Avstraliyalılar həmin vaxt qrup ikincisi kimi səkkizdəbir finala yüksəlsələr də, İtaliya millisi onların yolunu kəsib (0:1).

Günün saat 17:00-da Moskvadakı "Spartak" stadionunda başlayacaq ikinci oyununda "D" qrupunda yer alan ikiqat dünya çempionu Argentina yığması mundialda ilk dəfə iştirak edən İslandiya yığması ilə qarşılaşacaq. Bundan əvvəlki 20 mundialdan 16-da iştirak edən "gümüşü ölkə" təmsilçisi iki dəfə - 1978-ci və 1986-cı illərdə dünya çempionu olub, 1930-cu, 1990-cı və 2014-cü illərdə isə gümüş medallara layiq görülüb.

Bakı vaxtı ilə saat 19:00-da başlayacaq üçüncü qarşılaşma Saransk şəhərindəki "Mordovia Arena"da oynanılacaq. Bu görüşdə "C" qrupunda yer alan digər komandalar - Peru və Danimarka yığmaları qarşılaşacaqlar. İlk dəfə 1986-cı ildə dünya çempionatlarında debüt edən Danimarka yığması beşinci dəfədir mundialda iştirak edir. Komanda ən yaxşı nəticəni 1998-ci ildə göstərib. "Fransa-1998"də dörddəbir finala qədər irəliləyən danimarkalılar Braziliya yığmasına 2:3 uduzaraq mübarizəni dayandırıblar.

"Rusiya 2018" ilk dünya çempionatının da iştirakçısı olan Peru millisi üçün beşinci mundialdır. Peru yığması iki dünya çempionatlarında qrupdan növbəti mərhələyə yüksəlməyi bacarıb. Təsnifat mərhələsində beşinci yeri tutaraq pley-offa vəsiqə qazanan perulular bu mərhələdə Yeni Zelandiya yığmasını mübarizədən kənarlaşdıraraq beşinci dəfə mundialda iştirak hüququ əldə ediblər.

Günün saat 23:00-da başlayacaq sonuncu qarşılaşması "D" qrupunun iştirakçıları Xorvatiya və Nigeriya milliləri arasında keçiriləcək. İlk dəfə 1998-ci ildə qatıldığı ilk mundialda bürünc medala layiq görülən Xorvatiya yığmasının hücumçusu Davor Şuker 6 qolla bombardir olub. 2010-cu il istisna olmaqla sonrakı çempionatların hamısında təmsil olunan xorvatiyalılar digər mundiallarda mübarizəni qrup mərhələsində dayandırıblar.

Afrika qitəsinin ən güclü komandalarından olan Nigeriya yığması isə dünya çempionatlarında 1994-cü ildə debüt edib. Nigeriyalılar 2006-cı ildəki dünya çempionatından başqa bütün mundiallarda yer alıb. Komandanın ən yaxşı göstəricisi 2014-cü ildəki mundiala təsadüf edib. İlk dəfə olaraq qrup mərhələsindən səkkizdəbir finala yüksələn nigeriyalıların yolunu ev sahibi Braziliya millisi kəsib.

Qeyd edək ki, Fransa-Avstraliya (saat 14:00) və Peru-Danimarka (20:00) matçları İdman Azərbaycan kanalında canlı yayımlanacaq. Argentina-İslandiya (17:00) qarşılaşması İdman Azərbaycan ilə yanaşı, İctimai Televiziya da tamaşaçılara təqdim ediləcək. Azərbaycanlı futbolsevərlər Xorvatiya-Nigeriya oyununu (23:00) İctimai Televiziyadan izləyə biləcəklər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 777   Tarix: 16 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Blinken Çinə gedib

ABŞ-nin dövlət katibi Antoni Blinken Çinə gedib. BİG.AZ xəbər verir ki,o, Pekində çinli həmkarı Van İ ilə görüşüb. 2 dövlət arasındakı müzakirələrdə tərəflər Ukrayna məsələsində Çinin Rusiyaya dəstəyi, eləcə də gərgin beynəlxalq siyasi gündəmə baxmayaraq, münasibətlərdəki irəliləyişi müzakirə edilib

26.04.2024 151
.

Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edildi

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb. Bir sıra ölkələrdə sosial media saytlarının xidmətlərini reklam edərək, 1445/2024-cü il üçün Həcc mərasimlərini yerin

26.04.2024 147
.

Nigeriyada 8 silahlı dəstə üzvü öldürülüb

Nigeriyanın Bauçi ştatında keçirilən əməliyyatda silahlı dəstə üzvü zərərsizləşdirilib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 8 nəfər saxlanılıb. Bu barədə Bauçi Dövlət Polisinin ictimaiyyətlə əlaqələr üzrə rəsmisi Ahmed Mohammed açıqlama yayıb. Faktla bağlı araşdırmalar davam edir

26.04.2024 107
.

Rusiya: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır"

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ABŞ-nin Ukraynadakı münaqişəni bilərəkdən uzatdığını bildirib. xəbər verir ki, Şoyqu Qazaxıstanın paytaxtı Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin toplantısında çıxış edib. Şoyqu vurğulayıb ki, ŞƏT regionunda sabitli

26.04.2024 163
.

Çin Almaniya səfirini casusluqla bağlı həbs qərarından sonra nazirliyə çağırıb

Almaniyada Çin adına casusluq etdiyi iddia edilən 4 nəfər saxlanıldıqdan sonra Pekin səfiri Patrisiya Flor Çin Xarici İşlər Nazirliyinə çağırılıb. xəbər verir ki, səfir Flor X sosial media hesabından verdiyi açıqlamada, 4 Alman vətəndaşının casusluq ittihamı ilə saxlanılmasının ardından Çin Xarici İşlə

26.04.2024 146
.

Prorektoru öldürməkdə təqsirləndirilən şəxs məhkəməni daha iki həftə uzatdırdı

"Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilə

26.04.2024 261
.

Rihannadan növbəti fotosessiya - FOTO

Dünyaca məşhur müğənni Rihanna yeni fotosessiya elətdirib. BİG.AZ xəbər verir ki, o popular brendlərin birinin modeli kimi yer alıb. O həmin çəkilişdə ağac olub. Onun görünüşü izləyiciləri təəccübləndirib

26.04.2024 346
.

Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO

Fevralın 13-də qətlə yetirilən Bakı şəhəri 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədovanın yerinə yeni təyinat olub. xəbər verir ki, bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, sözügedən məktəbin vakant olan direktor vəzifəsin

26.04.2024 714
.

Qəzzada yaralanan İsrail əsgərlərinin sayı 1584-ə çatıb

İsrail ordusu 27 oktyabrdan bəri Qəzza zolağına hücumlar davam edir. BİG.AZ xəbər verir ki, yaralanan əsgərlərin sayının 1584-ə çatdığını açıqlayıb. İsrail hərbçiləri açıqlamasında bildiriblər ki, Hizbullah gecə saatlarında İsrailin Har-Dov bölgəsinə tank əleyhinə istiqamətlənmiş raket hücumu həyat

26.04.2024 154