Bakıda bu marşrut da kart sisteminə keçir

Bakıda bu marşrut da kart sisteminə keçir
Yaxın zamanlarda 199 saylı marşrutla hərəkət edən avtobuslar kart sistemi ilə ödənişə keçəcək.

BiG.AZ xəbər verir ki, bu barədə Trend-ə "Xaliq Faiqoğlu" nəqliyyat şirkətindən bildiriblər.

199 saylı avtobuslar "Riad" ticarət mərkəzi - "Şərq bazarı" marşrutu ilə hərəkət edir.

Şirkətdən verilən məlumata görə, avtobusların kart sisteminə keçidinin dəqiq vaxtı məlum olmasa da, bunun gələn ay ola biləcəyi gözlənilir.

Qeyd edək ki, hazırda "Xaliq Faiqoğlu"na məxsus 18, 52, 61, 65, 79, 85, 96 və 135 saylı marşrutlarda "BakıKart" sistemi işləyir.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 708 Tarix: 14.06.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər