Məmmədyarov Aronyanla "sülh bağladı"

Məmmədyarov Aronyanla "sülh bağladı"

Belçikanın Lyoven şəhərində "Grand Chess Tour” seriyasının I mərhələsi davam edir.

BiG.AZ unkial.org-a istinadən xəbər verir ki, dünyanın ən güclü zəka sahiblərinin qatıldıqları yarışın rapid növündə daha 3 tur oynanılıb.

Turnirdə ölkəmizi təmsil edən Şəhriyar Məmmədyarov Levon Aronyan (Ermənistan) və Sergey Karyakinlə (Rusiya) xalları yarı bölüb. O, VI turda isə Fabiano Karuanaya uduzub.

Nəticədə ilk 3 turda 3 xal qazanan həmyerlimiz aktivinə daha 4 xal əlavə edib və 4-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, turnirdə bu gün daha 3 matç baş tutacaq.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 172 Tarix: 14.06.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər