Ramil Usubovdan ƏMR: Post-patrul xidməti naryadlarının sayı artırılacaq

Ramil Usubovdan ƏMR: Post-patrul xidməti naryadlarının sayı artırılacaq

Ramazan bayramı günlərində Azərbaycan polisi gücləndirilmiş iş rejimində çalışacaq.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən BiG.AZ-a verilən məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən polis iyun 15-dən 20-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq.

Bayram günlərində ictimai yerlərdə və insanların kütləvi istirahət etdiyi ərazilərdə xoşagəlməz hadisələrin qarşısını almaq və hüquq qaydasına nəzarəti gücləndirmək məqsədilə qabaqlayıcı və digər zəruri tədbirlərin görülməsi təmin ediləcək.

Ramazan bayramı günləri ictimai asayişin təmin edilməsi ilə əlaqədar olaraq post-patrul xidməti naryadlarının sayı artırılacaq.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 471 Tarix: 13.06.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər