Məmurların pullu biznesi - Uşaqlardan yığılan milyonlar

Məmurların pullu biznesi - Uşaqlardan yığılan milyonlarQalmaqallı "Kid Studio" Uşaq Mərkəzi lisenziyasız fəaliyyət göstərirmiş; məmurların son illər böyük maraq göstərdiyi, milyonlar qazanılan sahələrdən biri də uşaq əyləncə mərkəzləri və bağçalardır.

Cəmi bir neçə ay əvvəl fəaliyyətə başlamış "Kid Studio" Uşaq Mərkəzinin ömrü uzun olmadı. Tərbiyəçinin azyaşlı uşağa qarşı amansız davranışları bağçanın fəaliyyətinə son qoydu.

İşgəncə faktını üzə çıxaran videomaterial dünəndən bəri xəbər saytlarında yayımlanır. Yayımlanar-yayımlanmaz da insanlar arasında dəhşət yaratdı. Necə olur ki, valideynlərin böyük məbləğdə pul ödəyərək etibar etdikləri uşaq tərbiyəçi tərəfindən döyülür? Qeyd edək ki, sözügedən bağçanın aylıq qiyməti nə az-nə çox 250 manatdır.

Bu cür hadisələr tək bizdə olmur. Ara-sıra sosial şəbəkələrdə müxtəlif ölkələrdə baş vermiş bu tip hadisələrin görüntülərinə rast gəlirik. Bizdən fərqli olaraq, xaricdə hadisəyə yanaşma fərqli olur. Uşağı şiddət görmüş valideyn dərhal hüquq mühafizə orqanlarına müraciət edir. Uşağının haqqını tələb edir. Bizdə isə döyülən uşağın ailəsi hansısa səbəbdən ya susurlar, da uşağını döyən müəllim, tərbiyəçinin müdafiəsinə qalxırlar.

Suallar çox olsa da, bağçadan cavab verən yoxdur. Bağça ilə əlaqə saxlayan həmkarımıza bildirilib ki, bağça müdiri jurnalistlərlə danışmaq istəmir. Jurnalistlərin danışdıra bilmədiyi mərkəzin müdiri Nigar Müseyibovanı isə Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinin əməkdaşları danışdırıb. Həmçinin Yasamal rayon icra başçısı Əziz Əzizov da bağçaya gəlib. Danışıqların və ziyarətin nəticəsi haqda isə mətbuata açıqlama verilmir.

2015-ci il noyabr ayının 2-dən etibarən bağçalara lisenziyanı İqtisadiyyat Nazirliyi "ASAN xidmət" vasitəsilə verməyə başlayıb. İqtisadiyyat Nazirliyinin mətbuat katibi Abbas Əliyev bildirib ki, bu müddət ərzində nazirlik uşaqların Firuzə Tağıyeva adlı müəllim tərəfindən döyüldüyü "Kids Studio" Uşaq Mərkəzi adlı bağçaya lisenziya verməyib. Abbas Əliyevin sözlərinə görə, nazirlik bağçanın hansı əsaslarla fəaliyyət göstərdiyindən məlumatsızdır.

Vergilər Nazirliyinin Vergi ödəyiciləri üzrə axtarış sistemində həmin bağça haqqında məlumat yoxdur. Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatda bu ada uyğun VÖEN müəyyən edilməyib.

Qeyd edək ki, məmurların son illər böyük maraq göstərdiyi, milyonlar qazanılan sahələrdən biri də uşaq əyləncə mərkəzləri və bağçalardır.

Maraqlıdır, uşaqlara qarşı kobud rəftar edən, uşaqları döyən o tərbiyəçini hüquqi məsuliyyət gözləyirmi?

Məmurların pullu biznesi - Uşaqlardan yığılan milyonlarHüquq müdafiəçisi, "Gənc Vətəndaş" İctimai Birliyinin icraçı direktoru Günel Səfərova bildirir ki, uşağı döyən tərbiyəçi Cinayət Məcəlləsinin 126-cı maddəsi -qəsdən sağlamlığa az ağır zərər vurma maddəsi ilə cəza almalıdır: "Məsələnin KİV və elektron mediada yayılmasını nəzərə alaraq hüquq-mühafizə orqanları və ya prokurorluq artıq hüquqi proseduru başlatmalı idi".

Hazırda ölkəmizdə 1656 dövlət, 96 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi var. Danılmaz faktdır ki, bağçalar körpələrin təlim tərbiyəsində mühüm rol oynayır. Hər yaş dönəminin özünün xüsusiyyətləri, psixoloji, sosial, emosional standartları var. Uşaqlar o xüsusiyyətlərə, standartlara cavab verə-verə böyüyür. Beləcə, dünya praktikasında uşaq inkişafının standartları meydana çıxır. İndi həmin o standartların tətbiqi üçün bir müəssisə lazımdır.

Məmurların pullu biznesi - Uşaqlardan yığılan milyonlarTəhsil eksperti Kamran Əsədov kiçik yaşlıların bağçalara cəlb olunması baxımından Azərbaycandakı göstəricilərin dünyanın aparıcı dövlətləri ilə müqayisədə çox aşağı olduğunu deyir: "Hələ bağçaların sayının çox olduğu Bakı şəhərində məktəbəqədər yaş qrupunda olan uşaqların 25 faizi məktəbə bağçalardan gəlir. Təəssüflər olsun ki, maddi-texniki baza, binalar da bəs eləmir ki, digər 75%-lik uşaq da bağçalara cəlb olunsun. Dünya təcrübəsindən qeyd edim ki, Amerikanı götürsək, bağçaların 80%-i özəldir. Həmin bağçalarda olan şərait dövlət hesabında olan məktəbəqədər müəssisələrdən daha yaxşı qurulub. Dövlətin üzərinə az yük düşür. Təəssüflər olsun ki, bağçalara fəaliyyət lisenziyası verilsə də orada zəruri hallara o qədər də diqqət yetirmirlər".

Ekspert onu da qeyd edir ki, bağçalarda təhlükəsizliyin təmin olunması üçün uzunmüddətli yaddaşa malik, günün bütün saatlarında işləyəcək kameralar lazımdır: "Kameralar təhlükəsizlik işinə müsbət təsir edir. Düşünürəm ki, videokameraların olması çalışanları məsuliyyətli etməklə yanaşı, həm də valideynlərin qarşısında güvənli olmağa zəmanət verir. Bu kameralar təkcə valideynlərin övladlarını izləməsi üçün deyil. Həm də müəssisənin təhlükəsizliyi təmin olunur".

2011-ci ildə prezidentin sərəncamı ilə bağçalar Təhsil Nazirliyindən alınıb icra hakimiyyəti orqanlarına verildi. Bundan sonra bağçaların fəaliyyəti diqqətdən kənarda qaldı. Son illər bağçalarda neqativ hallar çoxalıb. Bu kimi halların aradan qaldırılması üçün bağçaların təkrar Təhsil Nazirliyinin tabeliyinə qaytarılması təklif edilir.

Əsədov düşünür ki, təhlükəsiz və yüksək keyfiyyətli bağça modelini tək Təhsil Nazirliyi təmin edə bilməz: "Bu kimi fəaliyyəti Təhsil Nazirliyinə tabe müstəqil qurum tərəfindən həyata keçirilməlidir. Necə ki, diplomların tanınması, peşə təhsili üzrə ayrıca Təhsil Nazirliyinə tabe qurumlar fəaliyyət göstərir, bu mexanizmi də eyni ilə təmin etmək olar. Ancaq bizdə bu sahəyə kifayət qədər vəsait ayrılsa, özəl bağçaların şəbəkəsi genişləndirilməlidir. Elə-belə, pərakəndə şəkildə olmamalıdır. İş adamları özəlləşdirmək istədikləri bağçaları standartlara uyğunlaşdırmalıdırlar. Bəzi vaxtlar özəlləşdirilən bağçalar məktəbəqədər müəssisə kimi də fəaliyyət göstərmir. Doğrudur, özəl bağçalarda istər qidalanma, istər tədris dövlət bağçaları ilə müqayisədə yaxşı təşkil olunub. Burada çalışan işçi - tərbiyəçilər uşaqlara daha həssas yanaşırlar. Lakin özəl bağçalar müstəqil kommersiya fəaliyyəti həyata keçirdiyi üçün hansısa təhsil qurumunun onun fəaliyyətinə müdaxilə etməsi, yoxlanılması mümkün deyil . Qanunvericilik yalnız onların təhlükəsizlik, vergi, sanitar qaydalara riayət edib-etməməsini yoxlaya bilir. Təəssüf ki, heç bir qurum bağçalarla bağlı yoxlama aparmır".

"Yeni Müsavat"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 964   Tarix: 13 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089