Xoşqədəm Hidayətqızı polisə çağırıldı - Məsələ Ramil Usubovun nəzarətindədir

Xoşqədəm Hidayətqızı polisə çağırıldı - Məsələ Ramil Usubovun nəzarətindədir"Səni Axtarıram" verilişinin 4 əməkdaşı - aparıcı Xoşqədəm Hidayətqızı, verilişin prodüseri Fərhad Hacıyev və iki operatoru hüquq-mühafizə orqanlarına çağırılaraq izahatları alınıb.

BiG.AZ baku.ws-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl Qazaxıstanda yaşayan şəxslər "Xəzər" televiziyasına müraciət edərək ailə üzvləri, 1985-ci il təvəllüdü Atsubayeva Ayqul Almaz qızının mayda Bakıya gəldiyini, daha sonra ondan xəbər ala bilmədiklərini bildiriblər.

Cümə günü bu məsələ telekanalda Xoşqədəm Hidayətqızının aparıcısı olduğu verilişdə işıqlandırılıb və qızı Azərbaycana gətirən sevgilisi, Oğuz rayon sakini, 1989-cu il təvəllüdlü Yusifov Yolçu Adışirin oğlu verilişə dəvət olunub. Veriliş efirə gedəndən sonra Y.Yusifov polis idarəsinə çağırılıb və ondan qazaxıstanlı qızla bağlı ifadə alınıb.

Xatırladaq ki, Oğuz rayon sakini, 1989-cu il təvəllüdlü Yusifov Yolçu Adışirin oğlunun 1985-ci Bakıya gətirdiyi 1989-cu il təvəllüdlü Atsubayeva Ayqul Almaz qızını qətlə yetirməsi və daha sonra polis idarəsindən özünü pəncərədən ataraq intihar etməsi faktı ilə bağlı bir nəfər saxlanılıb. Belə ki, Y.Yusifovun qayını, 1984-cü il təvəllüdlü Famil Osmanov Cinayət Məcəlləsinin 307-ci (cinayət barəsində xəbər verməmə) maddəsi ilə şübhəli bilinərək saxlanılıb.

Qətl hadisəsinin istintaqı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır. Bildirilir ki, 3 uşaq atası olan Y.Yolçuyev qazaxıstanlı qızla internetdə tanış olub və daha sonra onunla görüşmək üçün Qazaxıstana gedib. Onlar Azərbaycana bir yerdə gəliblər. Aeroportdan çıxandan sonra 29 yaşlı Yolçu taksi ilə Ayqul Atsubayevanı Pirşağı qəsəbəsinə gətirib. O, qızı aldadaraq burada qalacaqlarını deyib. Lakin qamışlıq sahəyə çatan kimi 34 yaşlı Ayqulu boğaraq öldürüb.

Qətl törədən Y.Yolçuyev daha sonra qaynının evinə gedib və belə bir cinayət törətdiyini deyib. Famil Osmanovun dediyinə görə, yeznəsinin belə bir hərəkət edəcəyinə inanmayıb və buna görə polisə məlumat verməyib.

Artıq A.Atsubayevanın meyiti ekspertizadan keçirilib və ailəsinə təhvil verilib.

Y.Yolçuyevin özünü öldürməsi hadisəsi ilə bağlı isə Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb. Belə ki, 34 yaşlı Qazaxıstan vətəndaşı ilə bağlı son məlumat Bakıda aeroportda əldə edildiyindən Y.Yolçuyev Binə qəsəbəsindəki Hava Nəqliyyatında Polis İdarəsinə çağırılıb və burada cinayətinin üstü açılınca özünü pəncərədən atıb.

Qeyd edək ki, dəhşətli cinayətlə bağlı ilk məlumatı Lent.az saytı yayıb. Belə ki, bir müddət əvvəl sevgilisi ilə Azərbaycana gələn qazaxıstanlı qızın Bakıda öldürüldüyü üzə çıxıb. bir neçə gün əvvəl Qazaxıstanda yaşayan şəxslər "Xəzər" televiziyasına müraciət edərək ailə üzvləri, 1985-ci il təvəllüdü Atsubayeva Ayqul Almaz qızının mayda Bakıya gəldiyini, daha sonra ondan xəbər ala bilmədiklərini bildiriblər. Dünən bu məsələ telekanalda Xoşqədəm Hidayətqızının aparıcısı olduğu verilişdə işıqlandırılıb və qızı Azərbaycana gətirən sevgilisi, Oğuz rayon sakini, 1989-cu il təvəllüdlü Yusifov Yolçu Adışirin oğlu verilişə dəvət olunub. Veriliş efirə gedəndən sonra Y.Yusifov polis idarəsinə çağırılıb və ondan qazaxıstanlı qızla bağlı ifadə alınıb. Bu zaman gənc oğlan özünü polis idarəsinin pəncərəsindən ataraq intihar edib. O, hadisə yerindəcə keçinib.

Aparılan təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində qazaxıstanlı qızın Yolçu Yusifov tərəfindən öldürüldüyü təsdiqlənib və A.Atsubayevanın meyiti Pirşağı qəsəbəsində qamışlıq sahəsindən tapılıb.

Bildirilir ki, öldürülən qadın hamilə olub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 9983   Tarix: 11 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO

Dörd aylıq körpənin balkondan düşərək vəfat etdiyi yerin görüntüləri yayılıb. -ın məlumatına görə, bədbəxt hadisə paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində baş verib. Eyvandan düşərək dünyasını dəyişən dörd aylıq Ayla Eyvazlının babasının sözlərinə görə, hadisəyə səbəb ehtiyatsızlıq olub

26.04.2024 614
.

ABŞ-da daha 2 universitet Qəzza etirazlarına qoşulub

ABŞ-da daha 2 universitet Qəzza etirazlarına qoşulub. BİG.AZ xəbər verir ki, ölkənin hər yerində universitet kampuslarına yayılan "İsrailin Qəzzaya hücumlarına reaksiya" aksiyasında paytaxt Vaşinqtondakı Corctaun və Corc Vaşinqton universitetlərinin tələbələri də iştirak edib. ABŞ-ın aparıc

26.04.2024 114
.

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

İngiltərədə dəri xərçənginin ən ölümcül növü olan melanomaya qarşı dünyada ilk fərdiləşdirilmiş mRNT peyvəndinin sınaqları keçirilir. xəbər verir ki, Keçən avqust ayında baş dərisində cərrahi yolla çıxarılan melanoma böyüməsi olan 52 yaşlı Stiv Yanq peyvəndi sınaqdan keçirən ilk xəstələrdən biridir

26.04.2024 153
.

Ermənistan və İtaliya hərbi əməkdaşlığı müzakirə ediblər

Ermənistanın müdafiə nazirinin müavini Karen Brutyanın başçılıq etdiyi nümayəndə heyəti İtaliyada işgüzar səfərdə olub. xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi bildirib. Görüşlərdə Ermənistan-İtaliya hərbi, hərbi-texniki və hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub. Müzakirələ

26.04.2024 146
.

Manaf Ağayevi Füzulidə avtomobil karvanı qarşıladı - Video

Müğənni Manaf Ağayev ad gününü Füzulidə qeyd edib. Axşam.az xəbər verir ki, 60 yaşı tamam olan sənətçi bu münasibətlə ata yurduna yollanıb. M.Ağayev bildirib ki, toy sahibləri məclisi xüsusi olaraq onun ad günü gününə salıblar. "Bugün 60 yaşımı doğma yurdum Füzulidə toyda qeyd etmək qismət oldu

26.04.2024 634
.

Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb

İsrailin 203 gündür hücum etdiyi Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb. İsrail ordusunun 203 gündür hücumlarını davam etdirdiyi Qəzza sektorunda ölənlərin sayı son 24 saat ərzində 51 nəfər artaraq 34 min 356 nəfərə çatıb. Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 7 oktyab

26.04.2024 155
.

Rihannadan növbəti fotosessiya - FOTO

Dünyaca məşhur müğənni Rihanna yeni fotosessiya elətdirib. BİG.AZ xəbər verir ki, o popular brendlərin birinin modeli kimi yer alıb. O həmin çəkilişdə ağac olub. Onun görünüşü izləyiciləri təəccübləndirib

26.04.2024 348
.

"Qardaşım efirə çıxmağa icazə vermirdi"

"Bilirdiniz ki, uzun müddət səhnəyə çıxmırdım. Atamın aşıq olmasına baxmayaraq sinəsindəki sazı ilə övladlarının hər birini oxudurdu. Biz Dostəliyevlər ailəsi sayılırdıq. Bacım rəhmətlik Zeynəb də oxuyurdu. Dörd qardaşımın hər biri musiqi alətlərinin sənətkarlarıdır". Axşam.az xəbər verir ki

26.04.2024 138
.

Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO

Bakıda kişi "Instagram"da tanış olub birlikdə yaşadığı qadını qətlə yetirib. Belə ki, turizm şirkətlərindən birində çalışan Ayan (Adlar şərtidir) "Instagram"da tanış olduğu Tahir adlı şəxslə görüşməli idi. Tahir ona özünü İT mütəxəssisi kimi təqdim etmişdi. Ayan işdən sonra Tahirl

26.04.2024 443