Onun 50 yaşında oğlu, 30 yaşında nəvəsi var, amma hələ də meydandadır - FOTO

Onun 50 yaşında oğlu, 30 yaşında nəvəsi var, amma hələ də meydandadır - FOTOBu yaxınlarda 70 yaşını geridə qoyan futbolçu İbrahim Cəmilov ilə Bərdənin idman meydançasında görüşürük. Söhbətə başlar-başlamaz onu qiymətləndirib ad gününü qeyd edən dostlarına, idmansevərlərə təşəkkürünü bildirir. İbrahim dayı futbol meydançasındakı uşaqlarla məşq edə-edə söhbətimizi davam etdiririk.

Qeyd edək ki, İbrahim dayı Bərdə şəhər Uşaq İdman Məktəbinin məşqçisi Şakir Məhərrəmovun uşaqların hazırlığı üçün ayırdığı günlərdə müntəzəm olaraq onlara qoşulur. Ömrünün bu çağında belə, aşıb-daşan futbol həvəsi uşaqlara xoş təsir bağışlayır.

BiG.AZ Sputnik Azərbaycan-a istinadən bildirir ki, İbrahim dayıya, yaşından asılı olmayaraq, hamı "Petka" deyir. Balaca uşaqlar da onu belə çağırır. Burda o, hamı ilə yaşıd, tay-tuşdur sanki. Onu Petka deyə çağıran hər kəsə hay verir. Ola bilsin ki, yaşının bu çağında belə gümrah, cavan olmağının səbəblərindən biri də elə səmimi, sadə insan olmasıdır. Söhbətimiz əsnasında öyrənirik ki, balaca olanda Çapayevin kinosuna baxan ailə üzvləri ona Petka ayamasını veriblər. Elə o vaxtdan da hamı ona belə müraciət edib və zamanla bu ad İbrahim dayıya doğmalaşıb.

Məşq bitəndən sonra həmsöhbətimiz bizə futbola necə gəldiyindən danışır: "Lap uşaq yaşlarımdan futbol oynayıram. Onda idman məktəbi yox idi deyə sinif yoldaşlarımla oynayırdım. Rəhmətlik Tofiq müəllim 16 yaşımda məni Bərdənin məhsul komandasına dəvət elədi. 2-3 il orda oynadım. Günlərin birində Bərdəyə "Araz- Naxçıvan" klubu gəlmişdi. O vaxt SSRİ birinciliyində oynayırdılar deyə təzə heyət yığırdılar. Rəhmətlik Tofiq Axundov Bonişevski, Markarovla bir dövrdə Neftçidə oynamışdı, oyunumu bəyəndi və məni komandaya daxil elədi".

İbrahim dayının təmsil olunduğu komandalar dəfələrlə SSRİ birinciliyi kubokunda iştirak edib: "Hərbi xidmətdə olarkən də futbolu davam etdirdim. Həmin vaxtlarda üzvü olduğum Sabirabad komandası Respublika Məhsul Cəmiyyətinin çempionu oldu. Əsgərlikdən gələndən sonra idman məktəbində işə qəbul olundum. Bundan sonra futbolda nailiyyətlərimiz davam etdi. Bərdənin "Məhsul" Cəmiyyəti respublika çempionluğunu qazandı. 1973-cü ildə Respublika Yığma "Məhsul" Cəmiyyəti adından Quba komandasının tərkibində SSRİ birinciliyində oynadıq".

Həmsöhbətimiz Bərdə komandasının iştirakı ilə əldə etdiyi qələbəni oyunlarının zirvəsi hesab edir: "Təmsil etdiyim bütün qələbələrdən daha çox doğma Bərdə komandamın qələbəsinə sevinmişəm. Ən yaddaqalan oyun da elə öz komandamızın - Bərdənin Respublika "Məhsul" Cəmiyyətinin çempion olmasıdır. Mənim üçün Bərdənin qələbəsi SSRİ birinciliyində oynamaqdan şərəfli idi".

O, futboldakı uğurlarına görə də Bərdə komandasına minnətdardır: "Məni bu torpaq yetişdirib. Futbolu bərdəli uşaqlarla oynaya-oynaya öyrənmişəm. Böyük futbolu görəndən sonra isə böyük futbolçulardan əsl futbolu öyrəndim".

İbrahim dayının yetirmələrinin də uğurlarına çox sevinir: "Vaqif, Əli, Naib, Namiq SSRİ birinciliyində ikinci yerə çıxdıqlarına görə ustalığa namizədlik adı alıblar. Onlar maneəsiz olaraq idman ustalığına namizəd olublar. Azərbaycanın "Məhsul" Cəmiyyəti SSRİ birinciliyində ikinci yerə çıxıb. Bunlardan böyük fəxr olunası nə ola bilər ki?!"

"Petka" kimi tanınan və sevilən müsahibimiz Rusiyada keçiriləcək 2018-ci il dünya çempionatı haqqında fikirlərini də bizimlə bölüşür: "Moskvada baş tutacaq dünya çempionatında kimin birinci, ya ikinci olmasını demək qeyri-mümkündür. Tarixdə gözlənilməz oyunlar çox olub. Fransa öz müstəmləkəsi olan Əlcəzairə uduzub. Futbol mütəxəssisləri təqribi proqnozlar versələr də, oyunlardan qabaq nəticələr barədə fikir söyləmək çətindir. Kimin qalib olacağını oyunlar göstərəcək".

Qocaman futbolçu çempionluğun finalında oynayan komandaların hamısını birinciliyə iddialı hesab edir: "Almanlar stabil komandadır. Braziliya komandasına almanların komandası qədər güvənmirəm. İspaniya güclüdür. Ümumiyyətlə, orda hamı güclüdür. Gücsüz ora gedib çıxa bilmir. Məsələn, gözlənilmədiyi halda futbolun vətəni olan İtaliya futbolçuları oyundan kənarda qaldı".

Müsahibimiz komandaya deyil, gözəl futbol oynayanlara azarkeşlik etdiyini deyir. Ən çox da Messinin oyununu sevir. Hesab edir ki, o, çox təmkinlidir, paxıl deyil, komandanın xeyrinə oynayır.

"Petka" ürək ağrısı ilə Bərdə futbolunun problemlərdən də danışır: "Stadiona baxan, qulluq edən yoxdur. Ot örtüyü yanır, əlacsız qalıb özümüz suvarırıq. Ancaq idman məktəbi gücü nəyə çatırsa, onu edir. İsmayıl, Şakir, Vaqif, Cabbar müəllim burda zülm çəkir. Çalışırıq ki, uşaqlar məşqsiz qalmasın".

İbrahim dayı hər gün stadiona gəlir. Sağlamlığına görə futbola borclu olduğunu, həmçinin "nə qədər, canımda can var, oynayacam" deyir. İndi tək arzusu nəvəsinin də özü kimi futbolçu olmasıdır: "50 yaşında oğlum, 30 yaşında nəvəm var. Nəvələrimdən biri də burada uşaqlarla birgə məşq edir. İstəyirəm ki, qismət olsa, yolumu davam etdirsin".

Sovet dövründə futbolçuların ancaq maaşla dolandığından elə də böyük gəlir əldə edə bilmədiyini vurğulayan İbrahim dayı yaxşı dostlar qazandığına görə də futbola minnətdardır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2213   Tarix: 09 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185