Qadını bir ayda ikinci dəfə ilan sancdı - Şəkidə

Qadını bir ayda ikinci dəfə ilan sancdı - Şəkidə

Bu gün günorta saat 12 radələrində rayonun Kiçik Dəhnə kənd sakini 1959-cu il təvəllüdlü Nuxta Rəsul qızı Xudaverdiyeva ilan sancması xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

BiG.AZ apa-ya istinadən xəbər verir ki, 59 yaşlı N. Xudaverdiyeva yaşadığı evin həyətyanı sahəsində kartof çıxaran zaman ilan qəfildən onun sağ əlinin dördüncü barmağından sancıb. N. Xudaverdiyevaya lazımı tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Respublika Toksikologiya Mərkəzinə göndərilib.

Məlumatda bildirilir ki, N. Xudaverdiyev bir ay əvvəldə ilan sancması diaqnozu ilə Şəki MRX-da müalicə alıb.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1172 Tarix: 27.05.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
SVEROKLANA
SVEROKLANA 27.05.2018
O ilan biri var onuda sancsaydi ozude birdefelik Zeherlenerdi canim qutarardi


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər