"Dedi ki, Orxanın məşuqəsisən, ağzım qanla..." - Xəstələrini döyən Elnarənin daha bir qurbanı - FOTO

"Dedi ki, Orxanın məşuqəsisən, ağzım qanla..." - Xəstələrini döyən Elnarənin daha bir qurbanı - FOTOKosmetoloq Elnarə Rzayevanın prosedurları nəticəsində sağlamlığına ciddi ziyan dəydiyini iddia edən daha bir xanım dəhşətli faktlar açıqladı. Criminal.az saytına müraciət edən G.O-va iddia edib ki, E.Rzayeva onun pulunu alıb, qızıl boyunbağısını girov götürərək dodaqlarını bərbad hala salıb:

''Dodağımda süni gel var idi. Elnarə Rzayevanın reklamını görməyənə qədər nəsə etdirməyi heç düşünmürdüm. Reklamı görəndən sonra düşündüm ki, ona müraciət edim, dodağımdakı gel təbii olsun. Buna görə də Elnarənin müayinəsinə yazıldım və yanında oldum. Sual verdim ki, yaxın günlərdə qohum toyu var, həmin vaxta kimi dodağım düzələcəkmi? Bildirdi ki üstündə 400 manat varsa ödənişi et, bir iynə vuracam, bir həftədən sonra yenidən gəlirsən. Yenidən 400 manat ödəniş edirsən, bir prosedur da edirəm, sonra 50 manata sənə krem verəcəm.

Beləliklə inandırdı ki, dodağım maksimum 20 günə sağalacaq. Hətta dedi ki, bu gün yox, sabah ya biri gün gəlsən gecikə bilərsən, hər günün bir hökmü var. Ondan ayrılıb iki gün sonra kilinikaya yenidən getdim. 400 manat ödəniş etdim, dodağıma bir iynə vurdu. Evə gəldim, dodağım şişdi. Bir həftə keçəndən sonra yenidən onun yanına getdim. Bu dəfə üstümdə 325 manat pulum var idi, 75 manatım çatmadı. Dedim bu qədər düzəldə bildim, ödənişi sonra yoxlanışa gələndə edərəm. Boğazımdakı qızıl boyunbağımı göstərib dedi ki, girov qoy, gəlib ödənişi edəndə götürərsən. Mən də verdim''.

"Dedi ki, Orxanın məşuqəsisən, ağzım qanla..." - Xəstələrini döyən Elnarənin daha bir qurbanı - FOTOŞikayətçi deyir ki, E.Rzayevanın dediyi müddət keçdi, heç bir irəliləyiş olmadı, əksinə ikinci prosedurdan sonra ağzı-burnu yara töküb, inanılmaz dərəcədə pis günə qalıb: ''Ağzımın içi necə yara tökdüsə dişlərimi belə hiss etmədim. Elnarə dedi ki belə olmalıdır, məcbur olub gözlədim. Günlərlə yemək yeyə bilmədim, amma demişdi ki, hər gün sağalmağa doğru gedəcək. Hər gün yaram bir az qabardı, ağzım qanla dolu idi, danışa bilmirdim. Ağzımı tərpədən kimi qan axırdı. Gecələr yatanda dodaqlarım bir-birinə birləşirdi, onun dərdindən ağzıma trubuçka qoyurdum. Düz 5 ay mən o dünyanı görüb gəldim. Bir gün yuxudan ayıldım ki ağzım birləşib, 3 gün sonra ağzım açıldı. Sistem köçürüldü ki immunitetim zəifləməsin. 54 kilodan 39-a düşdüm. Dodağım sağalmadığını görüb yanına getdim. Nəvaxt ona yazırdımsa işi olduğunu bəhanə eədərk məni qəbul etmək istəmirdi.

Bir gün ona xəbər vermədən klinikasına getdim, ona gəldiyimi xəbər verdilər. Yarım saat gözləyəndən sonra yanına keçdim. Verdiyim pulumu istəyəndə kobudcasına əl işarəsi ilə ''gələ'' dedi. Başladı ki səni Orxan Abbasov göndərib yanıma. Guya mən getmişəm Orxan adlı cərrahın yanına, o da deyib ki dodağımdan geli əməliyyat vasitəsilə götürüm. Dedi ki, sən Orxanın məşuqəsisən. Əlini başladı stola vurmağa, sonra gəldi yanıma, əlini sillə vuracaq kimi göstərərk ''çıx otaqdan'' dedi. ''Pulumu istəyirəm'' deyəndə məni itələdi. Yerə yıxıldım, qalxa bilmədim. Məni başladı çəkməyə ki, baxın, Orxanın məşuqəsi gəlib. Bax, axşam sənin görüntülərini yayacam, tutub boğazımdan dartdı. Əlimi dəfələrlə qapının araslında qoydu, əlim kəsilmişdi, bədənimdə xəsarət izləri vardı''.

"Dedi ki, Orxanın məşuqəsisən, ağzım qanla..." - Xəstələrini döyən Elnarənin daha bir qurbanı - FOTO''Elə ordan 102-yə zəng etdim, bölmədən gəlib şəkilin çəkdilər. Səhəri günü polislər kamera görüntülərini çıxartmağa gedəndə həmin günun çəkilişi silinmişdi. Polis izahatımı aldı, iş Nəsimi rayon Polis İdarəsində istintaqa göndərildi. Sonra bilmirəm necə oldu, qızıl boyunbağım ondan alıb özümə qaytardılar. Pulum isə almadılar. Sonra işimNəsimi ayon Prokurorluğuna göndərildi. Orda Ələkbər müəllimlə danışdım. Söz verdi ki, Elnarədən pulumu alıb qaytaracaq. 8 aydır ki pulumu almayıblar. Nəhayət bu həftənin birinci günü prokuror Salman Məmmdəli ilə görüşdüm. Bildirdi ki, özü araşdırıb nəzarətə götürəcək. Bu işi boş buraxmayacam, əlimdə sübutlarım və ekspert rəyim var''-deyə G.O vurğuladı.
E.Rzayeva isə G.O-ova adlı pasientinin olduğu inkar edir, bunu şər və böhtan adlandırır.
Criminal.az saytı xatırladır ki, E.Rzayevanın prosedurlarından zərərçəkən Validə Firidunova onu polisə verib. Kosmetoloqun barəsində Nəsimi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığıa az ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.
Başqa bir şikayətçi Aygün Məmmədova isə kosmetoloqa qarşı Nizami rayon məhkəməsində iddia qaldırıb.
Criminal.az bu istiqamətdə araşdırmanı davam etdirir.

"Dedi ki, Orxanın məşuqəsisən, ağzım qanla..." - Xəstələrini döyən Elnarənin daha bir qurbanı - FOTO"Dedi ki, Orxanın məşuqəsisən, ağzım qanla..." - Xəstələrini döyən Elnarənin daha bir qurbanı - FOTO"Dedi ki, Orxanın məşuqəsisən, ağzım qanla..." - Xəstələrini döyən Elnarənin daha bir qurbanı - FOTO"Dedi ki, Orxanın məşuqəsisən, ağzım qanla..." - Xəstələrini döyən Elnarənin daha bir qurbanı - FOTO"Dedi ki, Orxanın məşuqəsisən, ağzım qanla..." - Xəstələrini döyən Elnarənin daha bir qurbanı - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 9421   Tarix: 24 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179