Mübarizə adına toplanan pullar Kərimlinin cibində

Mübarizə adına toplanan pullar Kərimlinin cibində"Yurd" sədri Əli Kərimlinin canlı yayınları əsl tamaşadır. Baxmaq həm gülməkdir, həm qəzəblənmək, həm təəssüflənmək, həm olan-qalan ümidin də dəfni.

Yanlış anlaşılmasın, ümid Əli Kərimlinin nə şəxsinə, nə rəhbərlik etdiyi müxalifət oyununa, nə də onun Azərbaycan üçün daha yaxşı gələcək üçün olmayan arzularınadır. Bunlara ümid onsuz da çoxdan ölüb, əgər nə zamansa olubsa da, özü özünü dəfn edib. İndi zərrə-zərrə azalaraq sonunda yoxa çıxan ümid Azərbaycanda siyasi müzkirələrin gələcəyinədir.

Boyunun ölçüsü qədər oyun

Çünki özünü müxalifət elan edib öz köşəsinə çəkilən şəxslər üçün bu köşə toxunulmazdır, "mənim evim mənim qalamdır" prinsipi ilə çıxış edib ancaq öz köşələrini qorumaqla məşğuldurlar. O köşə onlar üçün hər şeydir- həyatdır, siyasətdir, məşğuliyyətdir, kin-küdürətdir, sevgidir, tərifdir və sonunda Azərbaycandır. Azərbaycanı öz köşələri boyda gördüklərindəndir ki, kənara boylanmağı belə özlərinə rəva bilmirlər. Facebook-da siyasi müxalifətçiliyi həm də bir-birinin ünvanına fikir söyləməklə eyniləşdirən Əli Kərimli və "Oyan" hərəkatından Nahid Cəfərlinin paylaşımlarını izləmək bu düşüncənin yaranması üçün kifayətdir. Hər ikisi özü, öz ətrafı üçün danışır, qulaq asanlar da, təqdir və tənqid, hətta təhqir edənlər də dəyişmir, necə deyərlər, eyni aş, eyni kasa. Amma iddialar günbəgün artır, saxta profillərlə təhqirlər göydə uçuşur, hər biri özünün doğru olduğunu sübuta yetirməyə çalışır. Nahid Cəfərlidən fərqli olaraq Əli Kərimli bu oyunda daha peşəkardır, ad çəkmir, ünvanı adı ilə yox, işarələrlə göstərir. Təkcə peşəkarlıqdan yox, həm də eqodan gələn məsələdir.

Mübarizə adına toplanan pullar Kərimlinin cibindəÖzündən başqasını heç virtualda da qəbul etməyən Kərimli eqosu üçün başqa birini "müxalifət lideri" deyə adlandırıb tənqid etmək yolverilməzdir. Kərimli bunu nə başqalarına bağışlayar, nə də özünə. Məhz buna görə də Nahid Cəfərlinin dəfələrlə edilən müraciətlərinə bxmayaraq debat təklifini qəbul etmir. Ona görə yox ki, deməyə söz tapa bilməməkdə çətinlik çəkəcək, ona görə ki, Nahid Cəfərli ilə debata çıxmaq belə onun da varlığını qəbul etmək deməkdir. Bu isə Əli Kərimli üçün "müxalifət bazarına" daha bir yeni iddiaçının gəlməsidir. Yol vermək olarmı? Qətiyyən. Kərimli də məsələyə bu prizmadan yanaşır və təklifləri rədd edir. Nahid Cəfərlidən fərqli olaraq hətta çıxışlarında onu agent adlandırsa da, agent adlandırdığı şəxsin adını dilinə gətirmir. Özlüyündə "böyük oyun" oynadığı görüntüsü yaratmağa çalışır. "Böyük oyun" deyə təqdim etməyə çalışdığı isə əslində Kərimlinin boyunun ölçüsü qədərdir.

Tənqid qarşılığında damğa

Onun üçün Azərbaycanın dünəni maraqlı olmadığı kimi bu günü də maraqlı deyil, heç gələcəyi də maraqlı olmayacaq. Nahid Cəfərli isə deyir ki, Kərimli onun fikirlərini kontekstdən çıxarır, fərqli formada təqdim edir. Bu günlərdə təkbaşına apardığı virtual debatı da məhz Əli Kərimli ilə olan debat kimi təqdim edən Nahid Cəfərli deyir ki, "Yurd" sədri özünü nə qədər lideral demokrat kimi xalqa təqdim edə bilməsə də, debatdan qaçsa da, bəzi arqumentlərə cavab verməyə çalışır.

"Birbaşa debata gəlsin, müzakirə edək" deyə Kərimliyə çağırış edən Cəfərlinin təklifi yerdə qalıb. Kərimli debata çıxmayıb və Facebook-da çıxışını daha çox Ermənistanda baş verən hadisələr üzərində qurmağa üstünlük verib. Nahid Cəfərli deyir ki, əgər Karl Marks Əli Kərimliyə qulaq aşsaydı, məzarı çartlayardı: "Azərbaycanı idarə etməyə iddialı olan şəxslər problemlərin kökünü anlamaqda çətinlik çəkirlər". Nahid Cəfəri fikirlərinin birində isə çox haqlıdır:

Əli Kərimli indiyə qədər onu tənqid edən istənilən kəsi agent elan etdirib. Nahid Cəfərli "2004-cü ildən bəri belədir" deyir. Biz isə daha irəi gedirik. Hələ 90-ların sonlarından bu belədir. AXCP-də və "Yurd" daxilində Kərimlini tənqid edib agent dalğası almayan bir nəfər belə olmayıb. Kərimlinin siyasəti ilə razılaşmayıb buna etiraz edənlər üçün dərhal "agent" təbliğatı işə düşür.Nahid Cəfərli də bu təcrübəyə dayanaraq bu gün "agent" damğası almaq növbəsinin ona çatdığını deyir. Əslində Kərimlinin çıxışlarından da görünən budur.

Mübarizə adına toplanan pullar Kərimlinin cibində

Bir çoxlarımızın çoxdan bəri yazdığımızı, dediyimizi Nahid Cəfərli indi deyir. Məsələ ondadır ki, Əli Kərimlinin maliyyə mənbələri hər zaman mübahisəli və sirli olub. Kərimli kimsəyə bi sirrə vaqif olmaq imkanı verməməyə çalışıb, hərçənd ki, cidanı çuvalda çox gizlətmək də mümkün deyil. Kərimli ailəsinin xaricdəki dəbdəbəli yaşayışı dəfələrlə müzakirə edilib, "Yurd" sədri buna məntiqli bir açıqlama verməyib. Amma məlum olan həm də odur ki, Kərimli ona olmasa da, mübarizəyə inanaraq ayrılan vəsaiti də özünütəbliğə sərf edib, etməkdə də davam edir. Nahid Cəfərli də bunu deyir. Kərimlinin təbliğatı ilə məşğul olan, ona ruporluq edən "Azərbaycan saatı", Turan" TV məhz mübarizə üçün verilən pullar hesabına fəaliyyət göstərir, üstəlik də ancaq Kərilinin təbliğatı ilə məşğul olur. Cəfərlinin təbirincə desək, Kərimlinin şəxsi liderlik ambisiyalaırna sərf olunur. Onu özünü bənzətmək istədiyi Ermənistan "məxməri inqilabı"nın lideri Paşinyandan fərqlərindən biri də budur. "Orda pul bir nəfərə yox, ümumi mənafeyə sərf edilib"-bunu da Nahid Cəfərli deyir, Kərimlinin isə veriləəck cavabı yəqin ki, bu dəfə də olmayacaq. Çıxıb nə deyəcək? "Rəqiblərimi vurmaq üçün istifadə etdiyim pulu mübarizəyə sərf edə bilmərəm ki..." deməyini gözləmirik hər halda...

Elnarə Kərimova


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1013   Tarix: 22 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831