İcra başçısı mərhum Qarabağ qazisinin ailəsinin işığının kəsilməsindən DANIŞDI

İcra başçısı mərhum Qarabağ qazisinin ailəsinin işığının kəsilməsindən DANIŞDIŞuşa Rayon İcra Hakimiyyətinin başçısı, "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov "Azərişıq" ASC-nin Ağdaş İdarəsinin əməkdaşı tərəfindən rayonun Qumlaq kəndində mərhum Qarabağ qazisi Fəzail Cəbrayılovun ailəsinin işığının 14 manat borca görə kəsilməsi hadisəsinə münasibət bildirib.

BiG.AZ xəbər verir ki, Bayram Səfərov Sfera.az-a açıqlamasında bildirib ki, kommunal haqqlarının ödənilməsi hər bir vətəndaşın borcudur:

"Yaxşı, bütün ölkə elektrik enerjisindən istifadə edib ancaq onun haqqını ödəməsin. Su içilsin, amma haqqı ödənilməsin. Bəs belə olarmı? O insanlara dövlət tərəfindən güzəştlər olunur. Hamı qanuna hörmət etməyə borcludur. İndi elektrik enerjisinin kəsilməsinə görə küçəyə çıxıb yürüş etmək doğru deyil. Azərbaycan demokratik və sabit ölkədir. Ölkəmizdə böyük işlər görülür, qonaqlar gəlir. İctimai asayişi pozmaq olmaz. Axı bunu etməklə biz kimə özümüzü göstəririk? Mən hamıya hörmətlə yanaşıram. Qarabağ qazilərinə də böyük hörmətim var. Ümumiyyətlə, bütün Azərbaycan xalqına hörmətlə yanaşırıq. Ancaq hər hansı bir vətəndaşın hərəkəti üzündən dövlətə qarşı etiraz etmək, yol kəsmək və digər bu cür hərəkətlər etməyə yaxşı baxmıram. Bu cür hərəkətlər ictimai asayişi pozmaqdır. Kiminsə hər hansı narazılığı varsa, o zaman hamı yürüş keçirtməlidir? Bu, xalqımıza və dövlətimizə yaraşan hərəkətlər deyil. Allaha şükürlər olsun ki, bu gün ölkəmizdə güzəşt olunası insanlara kifayət qədər dövlət dəstəyi verilir, möhtərəm prezidentimiz onlara istənilən qədər güzəşt edir. İndi ola bilər ki, burada "Azərişıq" ASC-nin işçisi hər hansı narazılıq yaradıb. Ancaq bunu sivil yolla həll etmək daha məqsədəuyğundur. Biz həm ölkəmizin daxilində, həm də xaricində əmin-amanlığı dəstəkləməliyik".

İcma rəhbəri məcburi köçkünlərə edilən güzəştlərdən məmur olduğu üçün yararlanmadığını söyləyib:

"Mən bu güzəştlərdən ona görə yararlanmıram ki, dövlət məmurları bundan məhrumdur".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 833   Tarix: 22 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ramiz Mehdiyevin şirkətləri üz-üzə - MƏHKƏMƏ ÇƏKİŞMƏSİ

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin şirkətləri arasında məhkəmə olacaq. "Qlobal East VVest" MMC "Şərq-Qərb" ASC-ni məhkəməyə verməklə əmlak tələb edir. xəbər verir ki, iddiaya Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq

15:14 226
.

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir". "Qafqazinfo" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib. Bu qlobal tədbi

12:47 202
.

ABŞ-da daha 2 universitet Qəzza etirazlarına qoşulub

ABŞ-da daha 2 universitet Qəzza etirazlarına qoşulub. BİG.AZ xəbər verir ki, ölkənin hər yerində universitet kampuslarına yayılan "İsrailin Qəzzaya hücumlarına reaksiya" aksiyasında paytaxt Vaşinqtondakı Corctaun və Corc Vaşinqton universitetlərinin tələbələri də iştirak edib. ABŞ-ın aparıc

11:48 93
.

Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb

İsrailin 203 gündür hücum etdiyi Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb. İsrail ordusunun 203 gündür hücumlarını davam etdirdiyi Qəzza sektorunda ölənlərin sayı son 24 saat ərzində 51 nəfər artaraq 34 min 356 nəfərə çatıb. Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 7 oktyab

15:58 115
.

Qəzzada yaralanan İsrail əsgərlərinin sayı 1584-ə çatıb

İsrail ordusu 27 oktyabrdan bəri Qəzza zolağına hücumlar davam edir. BİG.AZ xəbər verir ki, yaralanan əsgərlərin sayının 1584-ə çatdığını açıqlayıb. İsrail hərbçiləri açıqlamasında bildiriblər ki, Hizbullah gecə saatlarında İsrailin Har-Dov bölgəsinə tank əleyhinə istiqamətlənmiş raket hücumu həyat

17:05 104
.

Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO

Bakıda kişi "Instagram"da tanış olub birlikdə yaşadığı qadını qətlə yetirib. Belə ki, turizm şirkətlərindən birində çalışan Ayan (Adlar şərtidir) "Instagram"da tanış olduğu Tahir adlı şəxslə görüşməli idi. Tahir ona özünü İT mütəxəssisi kimi təqdim etmişdi. Ayan işdən sonra Tahirl

22:12 0
.

Prorektoru öldürməkdə təqsirləndirilən şəxs məhkəməni daha iki həftə uzatdırdı

"Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilə

15:41 213
.

"Son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb" - Elvin Abbasov

"Beynalxalq statistika göstərir ki, son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb". Bu sözləri -a açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov deyib. O qeyd edib ki, Azərbaycanda internetin sürətinin yaxşılaşmasının əsas səbəbi RİNN-nin həyata keçirdiy

16:22 187
.

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb. APA-nın Şimal-qərb bürosunun əldə etdiyi məlumata görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəllüdlü Gülcöhrə Ziyad qızı Allahverdiyeva hüşsuz vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) gətirilib. Müayinə zamanı G.Allahverdiyavanı

20:27 0