Səfirin şousu Çavuşoğlunu əsəbiləşdirdi: Pul verərdi - Foto

Səfirin şousu Çavuşoğlunu əsəbiləşdirdi: Pul verərdi - Foto

Türkiyəni tərk edən İsrail səfiri ucuz siyasətə əl atıb.

BiG.AZ axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

“İsrailin səfiri pulunu ödəyib VİP keçiddən keçə bilərdi. İsraildə bizim səfirlik əməkdaşları və ya biz özümüz pulumuzu ödəyərək keçirik. Səfir VİP keçiddən deyil, normal keçiddən getdiyi zaman əlbəttə ki, bu prosedurlara əməl etməlidir. Hər kəs əməl edir. Əgər bunlara əməl etmək istəmirsənsə, o zaman pulunu verib keçməlisən”, - Çavuşoğlu bildirib.

Xatırladaq ki, İsrail səfirinin Türkiyəni tərk edərkən hava limanında çəkilmiş görüntüləri yayılıb. Rəsmi Təl-Əviv buna kəskin reaksiya verib.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 572 Tarix: 17.05.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər