Həyat imtahanından "kəsilənlər" - İki abituriyentin intiharının şok təfərrüatları

Həyat imtahanından "kəsilənlər" - İki abituriyentin intiharının şok təfərrüatlarıMayın 13-də Sumqayıtda iki abituriyent- 17 yaşlı Pənah Quliyev və Faiq Rüstəmov intihar edib.

BiG.AZ "Yeni Müsavat"a istinadən xəbər verir ki, qəbul imtahanından çıxandan sonra gecə saatlarında özünü yaşadığı binanın 4-cü mərtəbəsindən ataraq intihar edən 17 yaşlı Pənah Quliyevin atası Mərkəz Quliyevin ötən ay qətlə yetirildiyi məlum olub.

Qafqazinfo-nun əldə etdiyi məlumata görə, onu öldürən öz qohumu, bacısının əri Məmmədov Eldar Mayor oğlu olub.

Belə ki, M. Quliyev bu evlilikdən öncə də bir dəfə ailə həyatı qurub. Həmin vaxt bir oğlu olub, uşaq isə 12 yaşında xəstəlikdən vəfat edib. İkinci evliliyindən isə Pənah dünyaya gəlib. Pənahın 6 yaşı olanda Mərkəz Quliyev işləmək, pul qazanmaq üçün Rusiyaya gedib və daha geri qayıtmayıb. Bir müddət əvvəl isə Bakıda yeznesi Eldar Məmmədovun adına özü üçün mənzil alıb.

Bütün bunları "Qafqazinfo"ya P.Quliyevin dayısı Nurlan Bayramov təsdiqləyib. O bildirib ki, E.Məmmədov daha sonra Mərkəzdən külli miqdarda borc pul alıb.

M.Quliyev bir müddət əvvəl Bakıya qayıdıb və E.Məmmədovdan evi onun adına keçirməsini istəyib. Yeznəsi isə ona şərt qoyub: əgər ona olan borcunu tam silərsə, evi geri qaytaracaq. Bir ara mübahisədən sonra Mərkəz onunla razılaşır və aprelin əvvəlində ikisi də sənədlərini götürərək Binəqədi Rayon Məhkəməsinə yola düşüblər. Məhkəmə binasına yaxınlaşanda Eldar Məmmədov əvvəldən özü ilə götürdüyü çəkiclə arxadan Mərkəz Quliyevin başından zərbə endirib. O, huşunu itirərək yerə yıxılıb. N.Bayramovun sözlərinə görə, E.Məmmədov yerdə uzanılı vəziyyətdə olan M.Quliyevə daha 9 zərbə endirib. Bundan sonra yaxındakı adamların köməkliyi ilə M.Quliyev xəstəxanaya yerləşdirilib.

Pənah Quliyev

Bu hadisələr baş verərkən isə Pənah hələ də atasını görə bilməmişdi. M.Quliyev Rusiyadan qayıtsa da "Pənahın qarşısına çıxmağa üzüm yoxdur" deyib və onunla görüşə bilməyib. Atası xəstəxanaya yerləşdirildikdən sonra bu barədə Pənaha məlumat verilib və o, 11 ildən sonra atasını ilk dəfə komada görə bilib. Bir neçə gün sonra, aprelin 17-də M.Quliyev komadan ayılmayaraq vəfat edib.

M.Quliyevin yeznəsi Eldarın adına aldığı mənzilin qiyməti təxminən 120-130 min manat olub. Onlar sonuncu məhkəmə prosesində iştirak edə bilmədikləri üçün ev yenə də Eldarın adında qalıb. Məhkəmədən ailəyə bildirilib ki, M.Quliyevin birinci oğlu vəfat etdiyi üçün Pənah yeganə varisdir. Bu dəfə isə ailəyə Pənahın 18 yaşı tamam olmadığı üçün ona vəkil tutmaq və bu yolla evi öz adına keçirməsi məsləhət görülüb. Lakin imtahan günü Pənahın intiharı bu işi də yarımçıq qoyub.

17 yaşında həyatına qəsd edən P.Quliyevin son sözü də bu evlərlə bağlı olub: "Evlərin hamısını anama verirəm, əgər qalsa..."

Yada salaq ki, elə həmin gün Sumqayıt şəhərində daha bir abituriyent intihar edib. 17 yaşlı Faiq Rüstəmov özünü 14-cü mərtəbədən atıb və hadisə yerindəcə vəfat edib.

İntihar edən yeniyetmə az bal topladığı üçün özünü öldürüb.

Lent.az saytı hadisənin təfərrüatını öyrənib.

Yaxınlıqda satıcı işləyən və adının açıqlanmasını istəməyən bir xanım deyib ki, hadisə səhər 11 radələrində baş verib:

"Düz blokun qabağına düşdü. Əvvəlcə tappıltı eşitdim. Çölə çıxanda şoka düşdüm. Hələ də dizlərim əsir. Cavan və yaraşıqlı bir uşaq idi. 14-cü mərtəbədən atıb özünü. Çiynində də çantası vardı. Kitab-dəftərləri yerə dağılmışdı".

Bina sakinləri bildirir ki, bu, burada baş verən ilk intihar hadisəsi deyil. Belə ki, son beş ayda 3-4 intihar hadisəsi baş verib. Satıcı deyib ki, iki həftə əvvəl də burada intihar hadisəsi olub. Həmin şəxs də Faiqin intihar etdiyi yerdən özünü atıb.

Qohumlar deyiblər ki, Faiq dərslərini çox yaxşı oxuyurmuş, sınaq imtahanlarındakı göstəriciləri də yaxşıymış: "Ailənin aman-zaman, tək uşağı idi. Sınaq imtahanlarında 450-500 bal yığırdı. İstədiyi balı toplaya bilməyib. Deyirlər ki, ona görə özünü öldürüb".

Qonşuların və yaxınlarının sözlərinə görə, Faiq intihar etdiyi yerə - 14-cü mərtəbəyə ilk dəfə deyil çıxırmış. O, dəfələrlə hazırlıq yoldaşları və dostları ilə həmin yerə qalxıb. Şəkillər çəkdiriblər, selfilər ediblər. Dəfələrlə şəhərin mənzərəsinə məhz buradan baxırlarmış. Nəticəni öyrəndikdən sonra hazırlaşdığı məkana yaxın yerdə olan bu binaya gedib və özünü atıb.

Faiq Rüstəmov bu binanın damından özünü atıb

Faiqin anası onkoloji mərkəzdə həkimdir. Faiq də Tibb Universitetinə qəbul olmaq istəyirmiş, amma balı yetərli olmayıb.

Faiq atasız böyüyüb. Hələ körpə yaşlarından atası ilə anası ayrılıb. Anası övladına təhsil vermək üçün hər cür şərait yaradıb. Dərslərinə birbaşa nəzarət edib.

O, Tağıyev qəsəbəsindəki 32 saylı məktəbdə təhsil alıb. Məktəbin müəllimi Kərim Kərimovun sözlərinə görə, hələ də Faiqin intihar etməsi xəbərinə inana bilmir: "Gözəl bir ailənin uşağı idi. Çox tərbiyəli, fərasətli uşaq olub. Güclü yaddaşı vardı. Sakit uşaq kimi xatırlayıram. Tərbiyəsinə söz ola bilməzdi. Niyə belə edib, bilmirəm. Dərslərini də çox yaxşı oxuyurdu".

"Valideynlər uşaqlara "Sən oxumasan, vəziyyətin pis olacaq", "Hüquq fakültəsinə və ya hansısa fakültəyə daxil olmasan, dilənçi olacaqsan" deməklə düzgün etmirlər. Belə şeylərlə uşağı yükləyirlər. İntiharların da səbəbi budur. Valideyn uşağa demir ki, sən filan peşəni seç, amma məcbur edir ki, filan fakültəyə daxil olmalısan. Onlar uşaqlara düzgün istiqamət verməlidirlər".

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq komitəsinin iclasında yeni hazırlanan "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Tahir Rzayev deyib.

O qeyd edib ki, xarici ölkələrdə bu məsələlər xüsusi diqqətdə saxlanılır: "Uşaqlar niyə intihar etməlidirlər ki? Axı hamı alim ola bilməz... Burada televiziyaların da rolu var. Onlar da bu məsələni diqqətdə saxlamalıdırlar. Valideyn işdə olur, uşaq televiziyaya baxır. Bəzi hallarda verilişlərdə elə yanlışlıqlara yol verilir ki, uşaqlara mənfi təsir edir. "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanunu qəbul edildikdən sonra tələbləri pozanlar ciddi cəzalandırılmalıdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1890   Tarix: 16 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər. xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub. Qeyd edək ki, E.Süleymanova bu gün 87 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib və İkinc

25.04.2024 786
.

Marketdən 2 kq pendiri şalvarında gizlədərək OĞURLADI

Türkiyədə özünü müştəri kimi təqdim edərək bazara girən şübhəli 2 kiloluq pendir oğurlayıb. xarici mediaya istinadən xəbər verir ki, həmin şəxs pendirini şalvarına gizlədərək oğurlayıb. Ətrafa göz gəzdirən şübhəli pendiri şalvarına qoyub bazarı tərk edib. Həmin anlar təhlükəsizlik kamerasına əks olunub

25.04.2024 573
.

İsrail əsgərləri 12 fələstinlini əsir götürüb

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində 12 fələstinlini əsir götürüb. xəbər verir ki, İsrail ordusunun İordan çayının qərb sahilinin Tulkərim, Ramallah, Hebron və Qüdsdə keçirdiyi basqınlarda biri uşaq və keçmiş məhbusların da olduğu ən azı 12 fələstinlini nəzarətə götürdüyü bildirilib

25.04.2024 212
.

Asiyanın ən varlı adamı: Yaxınlarına etdiyi hədiyyələr dodaq uçuqladır

Asiyanın ən varlı adamı Mukeş Ambani 116 milyard dollar sərvətinə malikdir və o, ailəsi ilə dəbdəbəli həyat sürür. xarici mediaya istinadən xəbər verir ki, Ambani sevdiklərinə bahalı hədiyyə verməklə ad çıxarıb. Mukeşin ailə üzvlərinə və dostlarına verdiyi bahalı hədiyyələrin siyahısını təqdim edirik

25.04.2024 572
.

Avstraliyada 160-a yaxın balinadan 26-sı öldü

Avstraliyanın Qərbi Avstraliya ştatında yerləşən Tobis İnlet sahilində çoxlu balinalar ölüb. BİG.AZ xəbər verir ki, 160-a yaxın balinadan 26-sı ölüb. Bu barədə ştatın Biomüxtəliflik, Mühafizə və Attraksionlar Departamenti məlumat yayıb. Regionun zabiti Pia Courtis bu durumdan məyus olduğunu bildirib

25.04.2024 195
.

İnfarkt riskini sıfıra endirən şirə

Bir çox ölümcül tibbi problemlərə səbəb olan qan təzyiqi və xolesterini aşağı salmağın çox asan yolu var. Mütəxəssislər bildirirlər ki, gündə cəmi iki stəkan albalı şirəsi içmək bəzi ölümcül tibbi fövqəladə halların baş vermə ehtimalını azaltmaq üçün kifayət qədər güclü təsir göstərə bilər. xəbər veri

25.04.2024 587
.

"Yaşımı heç vaxt sirr saxlamadım"

Aktrisa Xəyalə Quliyeva doğum günü münasibətilə sosial media hesabında paylaşım edib. OLAY yazır ki, o, yaşını göstərən şarların da olduğu fotosunu izləyiciləriylə bölüşərək yaşını heç vaxt sirr saxlamadığını bildirib. "Yaş qadının ən böyük sirridir deyiblər. Bu mövzuda heç vaxt sirr saxlamadım

10:24 298
.

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - Video

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan Ağdam Cümə məscidinin bir parça daşı məscidə qaytarılıb. "Qafqazinfo"nun məlumatına görə, həmin həssas anlar

25.04.2024 577
.

Azərbaycanda niyə qeysəriyyəyə üstünlük verilir? - VİDEO

Azərbaycanda qeysəriyyə əməliyyatı ilə doğuşların sayı artıb. Dövlət Satistika Komitəsinin məlumatına görə, ötən il ölkəmizdə 121 min doğuşun 35 faizdən çoxu qeysəriyyə yolu ilə həyata keçirilib. 2021-ci ildə 46 min 684 qadın bu yolla uşaq dünyaya gətiribsə, 2022-ci ildə bu rəqəm 53 min 267-yə qalxıb

25.04.2024 480