Sürücülərin DİQQƏTİNƏ! Bunları edə bilməyəcəksiniz - VİDEO + FOTO

Sürücülərin DİQQƏTİNƏ! Bunları edə bilməyəcəksiniz - VİDEO + FOTONazirlər Kabineti "Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə"də dəyişiklik edib.

BiG.AZ xəbər verir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı süjet hazırlayıb.

Dəyişikliyin bir hissəsinə əsasən, müddəti, vaxtı bitən sürücülük vəsiqəsini yeniləmək istəyən şəxs, ilk növbədə, barəsində tərtib olunmuş cərimə protokollarını ödəməlidir. Cərimələri ödəməsə, vəsiqəsini yeniliyə bilməyəcək.

Müsbət haldır, yoxsa mənfi haldır, belə dəyişikliyin olması?

Elməddin Muradlı - ekspert: "Mənfi tərəfi sürücülərə sərf etmir. Çünki onlar cərimə ödəmədən vəsiqəni dəyişmək istəyər. Amma qanun baxımından normal haldır".

Bəs belə hallar dünyanın başqa ölkələrində necədir? Onlarda da sürücünün cəriməsi olarsa, vəsiqəsini dəyişmirlər?

Azər Allahverənov - ekspert: "Bizə yaxın dövlətlərdə vəsiqə dəyişildiyi zamanı sistemə daxil olurlar. Cəimə olunarsa, tövsiyyə edirlər. Rusiyada tövsiyə xarakteri daşıyır".

Belarusiyada isə sürücülük vəsiqəsi dəyişdirilən zaman əgər sürücünün cəriməsi varsa, ona heç gözünün üstündə qaşın var deyən də olmur. Ona görə olmur ki, sürücü vəsiqəsini verən qurumla, sürücülərin qayda pozuntusuna görə cərimələrini alan qurum ayrıdır, bir-birlərinin işinə qarışmırlar. Qurumların məsuliyyətləri ayrıdır. Məsuliyyətdən danışmışkən, sürücülük vəsiqəsi pasport, şəxsiyyət vəsiqəsi və digərləri kimi sənəddir, sənəd həm də məsuliyyətdir.

Əhməd Qəşəmoğlu - sosioloq: "Bizdə sənədə məsuliyyət artmalıdır. Təəssüf ki, bu barədə çatışmazlıq var. Bu işə orta məktəbdən başlanılmalıdır".

Yəni bizə uşaqlıqdan öyrətməlidirlər ki, sənədinlə bağlı cərimən olsa, vaxtında ödə ki, sonradan problemlə rastlaşmayasan. Bu da məsələnin sosial tərəfi.

Bax belə, qanun var, dəyişiklik artıq edilib. Biz də bunu izah etdik. Nəticə olaraq, sürücülər daha diqqətli olsunlar, cəriməni vaxtında ödəsinlər ki, sürücülük vəsiqəsini dəyişdirməklə bağlı hər hansı problem yaşamasınlar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2206   Tarix: 16 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250