• Sübh namazı 05:26
  • Gün çıxma vaxtı 07:04
  • Zöhr namazı 13:42
  • Əsr namazı 17:25
  • Axşam namazı 20:19
  • İşa namazı 21:51
 Bakı
  • Gündüz +38
  • Gecə +25
AZN məzənnəsi
USD
0.7844
EUR
1.0325
RUR
0.0218

Bu saata baş vermiş son xəbərlər (Hadisə, Cəmiyyət, Kriminal, Şou-biznes, Mədəniyyət)

Bu saata baş vermiş son xəbərlər (Hadisə, Cəmiyyət, Kriminal, Şou-biznes, Mədəniyyət)


Azərbaycanda 3 ailənin yaşadığı ev yandı

Azərbaycanın Kürdəmir rayonunun Karrar kəndində yanğın hadisəsi baş verib.

APA-nın xəbərinə görə, yanğın ötən gecə 23:00 radələrində, kənd sakini Ziyadxan Nuriyevə məxsus, ümumi sahəsi 110 kvadratmetr olan 4-otaqlı evdə qeydə alınıb.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının genişlənməsinin qarşısını alıblar. Ev və orada yaşayan 3 ailəyə məxsus əşyalar yanaraq yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

Bu saata baş vermiş son xəbərlər (Hadisə, Cəmiyyət, Kriminal, Şou-biznes, Mədəniyyət)


Azərbaycanda silah-sursat satan iş başında yaxalandı

Sumqayıt şəhər sakini silah satarkən tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Sahib Dadaşov 1 ədəd nömrəsi silinmiş "Makarov" tipli tapançanı, 1 ədəd qumbaranı, 1 ədəd qumbara alışdırıcısını, 1 ədəd səsboğucunu və 3 ədəd tapança gülləsini 1100 manata satarkən tutulub. Əməliyyatı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları həyata keçirib. Əməliyyat-axtarış tədbirləri nəticəsində ondan əlavə 1 ədəd qumbara və 1 ədəd qumbara alışdırıcısı götürülüb.

Bu saata baş vermiş son xəbərlər (Hadisə, Cəmiyyət, Kriminal, Şou-biznes, Mədəniyyət)


Bakıda Ali Məhkəmənin məsul işçisinin evi qarət olundu

Ali Məhkəmənin işçisinin evi qarət edilib.

Bu barədə APA-ya Xətai rayon Polis İdarəsindən bildirilib.

Məlumata görə, hadisə ötən gecə Xətai rayonu, Məhəmməd Hadi küçəsi 24/38, mənzil 18 ünvanında qeydə alınıb. Həmin mənzilə daxil olan naməlum şəxslər evdən 1300 ABŞ dolları, 300 AZN və qızıl-zinət əşyaları götürüblər.

Hadisə barədə ev sahibi Mahir Həsənov bu gün polisə məlumat verib. Polis baş vermiş hadisə ilə bağlı araşdırmalara başlayıb.

Polisdən həmçinin bildirilib ki, evi qarət olunan M. Həsənov Ali Məhkəmədə işlər idarəsinin müdir müavinidir.

Bu saata baş vermiş son xəbərlər (Hadisə, Cəmiyyət, Kriminal, Şou-biznes, Mədəniyyət)


Azərbaycanda iki azyaşlının qatilinə cəza verildi

Lerikdə iki azyaşlı uşağını boğaraq qətlə yetirən ataya hökm oxunub.

Baş Prokurorluq tərəfindən Lerikdə iki azyaşlı uşağını boğaraq qətlə yetirən ataya çıxarılan hökmdən apelyasiya protesti veriləcək.

"Tərəfimizdən cəzanın yüngüllüyü ilə əlaqədar məhkəmənin hökmündən apelyasiya protesti veriləcək", - Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov cümə günü Trend-ə bildirib.

Qeyd edək ki, bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən Lerikin Kürdəsər kənd sakini, 35 yaşlı Əmrah Xıdır oğlu Süleymanova hökm oxunub.

Məhkəmənin hökmü ilə Süleymanov cəzasının ilk dörd ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən il oktyabrın 22-də Süleymanov iki azyaşlı uşağı - 2 yaşlı Dilbər, 1 yaşlı Filizi yataqlarında boğaraq öldürmüşdü.

Süıleymanov sərxoş vəziyyətdə həyat yoldaşı ilə dalaşıb və onu döyüb. Evdəki davadan qorxuya düşən uşaqlar qışqırıblar. Uşaqların səsi Süleymanovun başını ağrıtdığı üçün yastıqla uşaqların ağzından basaraq öldürüb.

Süleymanov həbs olunub və barəsində Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.2.7 və 120.2.9-cu) maddələri ilə cinayət işi başlanıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsindən Trend-ə verilən məlumata görə, bu gün keçirilən iclasda Lerikin Kürdəsər kənd sakini, 35 yaşlı Əmrah Xıdır oğlu Süleymanova hökm oxunub.

Məhkəmənin hökmü ilə Süleymanov cəzasının ilk dörd ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən il oktyabrın 22-də Süleymanov iki azyaşlı uşağı - 2 yaşlı Dilbər, 1 yaşlı Filizi yataqlarında boğaraq öldürmüşdü.

Süıleymanov sərxoş vəziyyətdə həyat yoldaşı ilə dalaşıb və onu döyüb. Evdəki davadan qorxuya düşən uşaqlar qışqırıblar. Uşaqların səsi Süleymanovun başını ağrıtdığı üçün yastıqla uşaqların ağzından basaraq öldürüb.

Süleymanov həbs olunub və barəsində Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.2.7 və 120.2.9-cu) maddələri ilə cinayət işi başlanıb.

Bu saata baş vermiş son xəbərlər (Hadisə, Cəmiyyət, Kriminal, Şou-biznes, Mədəniyyət)


Azərbaycanda avtomobil nərd oynayanların üstünə çıxdı, ölənlər var

Hadisə Bərdə rayonunda baş verib.

Kəpəz TV-yə istinadən xəbər verir ki, Bərdə rayon Polis Şöbəsindən verilən məlumata görə, Alaçadırlı kəndi ərazisində 1994-cü il təvəllüdlü Xəlilov Sadiq Rafiq oğlu idarə etdiyi “QAZ-2110” markalı avtomobillə iki nəfəri vurub.

Məlumata görə, 18 yaşlı oğlan avtomobillə kənddəki tikinti materialları dükanının qarşısında nərd oynayan adamları vurub. Nəticədə 1965-ci il təvəllüdlü Salahov Gündüz Sabir oğlu və 1964-cü ilə anadan olmuş Quliyev Fariz Yaqub oğlu hadisə yerində ölüblər.

Qeyd edək ki, hadisəni törətmiş S.Xəlilov həmin avtomobilin sahibi deyil. Usta yanında köməkçi işləyən 18 yaşlı S.Xəlilov “QAZ-2110”u sınaq məqsədi ilə sürürmüş.

Bu saata baş vermiş son xəbərlər (Hadisə, Cəmiyyət, Kriminal, Şou-biznes, Mədəniyyət)


Bakıda ağır yol qəzasında 7 nəfər xəsarət aldı

Xəzər rayonunda ağır yol qəzası olub, 7 nəfər xəsarət alıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, Xəzər rayonunda, Türkan-Qala yolunda "Mersedes"lə "VAZ 2107"markalı avtomobillər toqquşub.

Nəticədə hər iki avtomobildə olan 7 nəfər xəsarət alıb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanıb.

Bu saata baş vermiş son xəbərlər (Hadisə, Cəmiyyət, Kriminal, Şou-biznes, Mədəniyyət)


Bakıda iki maşın toqquşdu: ölən və yaralananlar var

Bakıda ağır yol qəzası olub, 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, Babək prospektində "VAZ 2107" ilə "Mersedes" markalı avtomobillər toqquşub.

Qəza zamanı 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanıb.

Bu saata baş vermiş son xəbərlər (Hadisə, Cəmiyyət, Kriminal, Şou-biznes, Mədəniyyət)


Azərbaycanın şimal rayonlarında yanğın olub

Azərbaycanın Balakən və Zaqatala rayonlarında yanğın hadisələri baş verib.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Balakən və Zaqatala Yanğından Mühafizə Hissələrindən (YMH) məlumat verilib. İlk yanğın hadisəsi Balakən rayonunun Katex kəndində, Dərvişov Süleyman Əmrullax oğlunun yaşadığı evin həyatyanı sahəsində tikilmiş, ümumi sahəsi 55 kv.m olan tövlədə qeydə alınıb. Baş vermiş yanğın nəticəsində tövlənin yanar konstruksiyaları və 2 ton quru ot kütləsi yanaraq yararsız hala düşüb.

Zaqatalada isə iki yanğın hadisəsi qeydə alınıb. Yanğınlar rayonun Əliabad və Aşağı Tala kəndlərinin inzibati ərazilərinə məxsuz quru ot və kol-kos sahələrində baş verib. Nəticədə 2 hektar sahə yanıb. Hər iki kənddə baş verən yanğınlar fındıq bağlarına bitişik sahələrdə baş verib. Zaqatala YMH-nin əməkdaşlarının səyi nəticəsində yanğının genişlənərək fındıq bağlarına keçməsinin qarşısı alınıb. Faktlarla bağlı araşdırma aparılır.

Bu saata baş vermiş son xəbərlər (Hadisə, Cəmiyyət, Kriminal, Şou-biznes, Mədəniyyət)


Bu gün hava necə olacaq?

Martın 31-nə Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat.

AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 4-7° isti, gündüz 17-20° isti olacaq. Bakıda gecə 4-6° isti, gündüz 17-19° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 750 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 55-60 faiz olacaq.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək.
Temperaturun gecə 0-5° isti, gündüz 17-22° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək.
Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Temperaturun gecə 1-6° isti, gündüz 14-19° isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə duman olacaq.
Temperatur gecə 0-5° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 8-13° isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 5-10° şaxta olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Temperaturun gecə 3-7° isti, gündüz 17-22° isti olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər dağlarda duman olacaq.
Temperaturun gecə 4-7° isti, gündüz 14-18° isti, dağlarda gecə 1° şaxtadan 4-dək isti, gündüz 9-14° isti olacağı gözlənilir.

Bu saata baş vermiş son xəbərlər (Hadisə, Cəmiyyət, Kriminal, Şou-biznes, Mədəniyyət)



Günün yuxuyozması

Çalışacağıq ki, yuxunuzu yozmağa, təkcə instinktivliyinizə nəzər salmağınıza deyil, eləcə də həyatda istənilən sürprizə hazır olmağınıza kömək edək.

Vanqa, Miller, Freyd, Nostradamus, Loff və digər müəlliflərin kitablarına əsasən, yuxunuzu yozmağa çalışacaq.

Mücrü - Əmlakınız tədricən artacaq.

Daraq - Saçlarınızı darayırsınızsa, işlərinizi pis aparmağınız səbəbindən uğursuzluğa düçar olacaqsınız. Köhnə daraq - xəstəliyə işarədir.

Fırça - diş fırçası görmək həyatdan razı qalacağınıza işarədir.

Rəzə - Əgər qapının rəzəsini bağladığınızı görürsünüzsə, kiminsə kömək xahişini rədd edəcəksiniz. Sınıq rəzə yaxın dostunuzla fikir ayrılığına işarədir. Həmçinin xəstəliyə işarədir.

Teleqram - Yuxuda teleqram almısınızsa, sizi xoşagəlməz xəbərlər gözləyir. Dostlarınızdan kimsə sizin üçün vacib olan məlumatı dəyişəcək. Teleqram göndərmək - tezliklə işinizdə çətinliklə rastlaşacaqsınız.

Bu saata baş vermiş son xəbərlər (Hadisə, Cəmiyyət, Kriminal, Şou-biznes, Mədəniyyət)


Azərbaycanlı müğənni Türkiyədə konsert verib

Əməkdar artist Azərin Türkiyənin İsparta Südeyman DemirelUniversitetində solo konsert proqramı ilə çıxış edib.

Konsert proqramında müğənni, repertuarında olan klassik əsərləri ifa edib. Xatırladaq ki, azərbaycanın əməkdar artistinin verdiyi konsert proqramı TRT Avaz telekanalı vasitəsilə yayımlanıb. Maraqlı məqamlardan biri odur ki, konsert proqramını Azərbaycanlı tələbələrlə yanaşı, Türk Cumhuriyyətindən və o cümlədən digər ölkələrdən gələn tələbələr maraqla izləyiblər. Konsert proqramı Universitetin Rektorluğu tərəfindən təşkil edilib.

Əməkdar artistin 2-ci konsert proqramı Türkiyənin Kocaeli şəhərində təşkil edilib. Azərinin Türkiyədə ardıcıl olaraq verdiyi 2-ci konsert proqramı Kocaeli şəhərinin Bələdiyyəsi və Türkiyədəki Azərbaycan Dərnəyi və Balkan Federasyonu tərəfindən təşkil olunub. Konsert proqramı o qədər yüksək təəssürat yaradıb ki, martın 28-də Özəl Aziziye Eytim Kurumları tərfindən ilin Mədəniyyət Elçisi mükafatına layiq görülüb.

Bu saata baş vermiş son xəbərlər (Hadisə, Cəmiyyət, Kriminal, Şou-biznes, Mədəniyyət)


Azərbaycanlı müğənni ad gününü möhtəşəm şəkildə qeyd edəcək

Müğənni Nazənin Rəhim Rəhimli ilə yaradıcılıq yollarını birləşdirib.

Rəhim Rəhimlidən silsilə mahnılar alan müğənni onları lentə aldırır. Rəhimlinin «Yaz gəldi» adlı mahnısını lentə aldıran müğənni bu mahnıya klip çəkdirməyi də planlaşdırıb. Bu barədə Nazəninin prodüseri Pərviz Fəğan məlumat verib. Onun sözlərinə görə, Nazənin ad gününə qədər yeni albom buraxdırmağı nəzərdə tutub. Doğum günündə müğənninin özünə hədiyyəsi hələ də adını sirr saxladığı albom olacaq.

Pərvizin sözlərinə görə, müğənninin bu dəfəki albomu digərlərindən çox fərqlənəcək. Belə ki, Nazəninin yaradıcılığında ciddi dəyişikliklər var. Müğənni janr dəyişikliyi edib. Prodüserin dediyinə görə, müğənni repertuar boxçasını yeniləməyi qarşısına məqsəd qoyub. Nazənin pop estrada janrına müraciət edib. Albomda bəstəkar Hacı Nazimin bir neçə bəstəsi də yer alacaq. Bu dəyişiklik təkcə repertuarla da bitmir. İyulun 28-də Nazənin doğum gününü möhtəşəm şəkildə qeyd edəcək. Ad günü ərəfəsində müğənninin yeni albomu ilə yanaşı, fotosessiyası da hazırlanacaq. Sevilən müğənninin görünüşündə, imicində dədəyişikliklər gözlənilir. Nazənin yeni imici ilə pərəstişkarlarını təəccübləndirəcəyinə əmindir.

İlin sonuna qədər müğənni digər bir neçə mahnısına da klip çəkdirməyi düşünür. Pərvizin sözlərinə görə, mahnının ssenarisi hazırdır. Qaldı rejissor seçiminə, hələ ki, müğənni kliplərini hansı rejissorlara çəkdirəcəyinə qərar verməyib.

Bu saata baş vermiş son xəbərlər (Hadisə, Cəmiyyət, Kriminal, Şou-biznes, Mədəniyyət)


Müğənni Zamiq: "Məni sevənlər..."

Qalmaqallardan kənar olmağa çalışan azərbaycanlı müğənni Zamiq Hüseynov öz fanat ordusundan danışıb.

SİA-nın məlumatına görə, fanat ordusundan danısan müğənniləri tənqid edən həmkarları ilə razılaşmayan Zamiq deyib: ““Mənim ordum”, “mənim pərəstişkarlarım” sözünü deyən ulduzları qınamaq lazım deyil. Əgər hansısa ifaçının fanat ordusu və pərəstişkarları varsa, niyə də deməsin? Demək, sözügedən insanların pərəstişkarları var ki, özlərindən razı şəkildə danışırlar. Bəzi müğənnilər kimi mənim də fanat ordum və sevənlərim var. Məni sevənlər isə daha çox gənc nəslin nümayəndələridir”.
Paylaş:
Bölmə: Xəbərlər Müəllif: Prosto_Aylin Oxunub: 5859 Tarix: 31.03.2012
Mobil telefonlardan sayta daxil olmaq və şərh yazmaq üçün Wap.BiG.Az-a daxil olun !
Fikrini bildir !
Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
Bölmələr
Pulsuz elanlar sayti

Mobil pulsuz yukleme sayti