Lətifələr

Lətifələr1.Çukça özünə kamaz alır...
Bir müddətdən sonra ondan soruşurlar:
- Maşının necədi?
- Hər şeyi yaxşıdır, içi istidir, faraları elə işıq saçır ki, bütün tundra səhər kimi görünür...amma bir şey var...
-Nə?
-İtlər tez yorulurlar.

2. Cim və Meri dəlixanadakı dəlilərdəndir. Bir gün dəlixanada hovuzunun ətrafında gəzərkən Cim oppanıb hovuzun dibinə batır. Mari bunu görən kimi tullanıb Cimi xilas edir. Marinin bu qəhrəmanlığı bütün dəlixanaya yayılır. Dəlixana müdiri Marinin ağıllandığı bilir və onu yanına çağırtdırıb azad etmək üçün əmr verməyə hazırlaşır. Mari baş həkimin otağına daxil olur. Baş həkim:
- Mari, sənə bir yaxşı və bir pis xəbərim var.Yaxşı xəbərim odur ki, səni azadlığa buraxacayıq. Pis xəbərim ondan ibarətdir ki, sən Cimi qurtardıqdan sonra o özünü hamamda asıb.
- O özünü asmayıb. Sudan çıxarıb mən asmışam ki, qurusun.

3. Özünü siçan hesab edən bir dəli bir neçə ildən sonra ağıllanır və dəlixanadan çıxmaq vaxtı gəlir. Baş həkim onu çağırıb yoxlayır:
- De görüm, sən insansan yoxsa siçan?
- Həkim, o günlər keçdi. Artıq ağıllanmışam.
Həkim sənədlərini yazır, bunu buraxır. Bir azdan həkimlərdən biri gəlir:
- Həmin adam yenə siçan kimi kolların dalında gizlənib.
Həkim çağırtdırır onu. Sorğu-sualdan sonra xəstə deyir:
- Həkim mən ağıllanmağına ağıllanmışam, amma çöldəki pişik hardan bilsin ki,mən ağıllanmışam

4. Dəlixanada iki nəfəri azad etməyə hazırlaşırlar. Həkimlər "Çağıraq axırıncı yoxlamadan keçirək görək ağıllanıblarmı" deyirlər. Hər ikisini masa arxasına çağırırlar.
Masanın üzərinə iki qab qoyurlar. Birinin içinə zeytun, o birinin içinə hamamböcəyi yığırlar. Sonra deyirlər bunları yeyin. Dəlilərdən biri tez zeytunları yeməyə başlayır. O birisi isə tez hamamböcəklərini yeməyə başlayır və deyir:
- Əvvəl bunları yeyək. O birilər qaçmır.

5. İki dəli xəstəxanadan qaçmağa qərar verirlər. Gecə planlarını yerinə yetirib qaçırlar. Sabahsı gün təzədən qayıdırlar. Digər dəlilər bunlardan soruşurlar:
- Niyə qayıtdınız?
- Bu gün planı yoxladıq. Sabah qaçacağıq.

6. Cim və Meri dəlixanadakı dəlilərdəndir. Bir gün dəlixanada hovuzunun ətrafında gəzərkən Cim oppanıb hovuzun dibinə batır. Mari bunu görən kimi tullanıb Cimi xilas edir. Marinin bu qəhrəmanlığı bütün dəlixanaya yayılır. Dəlixana müdiri Marinin ağıllandığı bilir və onu yanına çağırtdırıb azad etmək üçün əmr verməyə hazırlaşır. Mari baş həkimin otağına daxil olur. Baş həkim:
- Mari, sənə bir yaxşı və bir pis xəbərim var.Yaxşı xəbərim odur ki, səni azadlığa buraxacayıq. Pis xəbərim ondan ibarətdir ki, sən Cimi qurtardıqdan sonra o özünü hamamda asıb.
- O özünü asmayıb. Sudan çıxarıb mən asmışam ki, qurusun.

7. Özünü siçan hesab edən bir dəli bir neçə ildən sonra ağıllanır və dəlixanadan çıxmaq vaxtı gəlir. Baş həkim onu çağırıb yoxlayır:
- De görüm, sən insansan yoxsa siçan?
- Həkim, o günlər keçdi. Artıq ağıllanmışam.
Həkim sənədlərini yazır, bunu buraxır. Bir azdan həkimlərdən biri gəlir:
- Həmin adam yenə siçan kimi kolların dalında gizlənib.
Həkim çağırtdırır onu. Sorğu-sualdan sonra xəstə deyir:
- Həkim mən ağıllanmağına ağıllanmışam, amma çöldəki pişik hardan bilsin ki,mən ağıllanmışam

8. Dəlixanada iki nəfəri azad etməyə hazırlaşırlar. Həkimlər "Çağıraq axırıncı yoxlamadan keçirək görək ağıllanıblarmı" deyirlər. Hər ikisini masa arxasına çağırırlar.
Masanın üzərinə iki qab qoyurlar. Birinin içinə zeytun, o birinin içinə hamamböcəyi yığırlar. Sonra deyirlər bunları yeyin. Dəlilərdən biri tez zeytunları yeməyə başlayır. O birisi isə tez hamamböcəklərini yeməyə başlayır və deyir:
- Əvvəl bunları yeyək. O birilər qaçmır.

9. İki dəli xəstəxanadan qaçmağa qərar verirlər. Gecə planlarını yerinə yetirib qaçırlar. Sabahsı gün təzədən qayıdırlar. Digər dəlilər bunlardan soruşurlar:
- Niyə qayıtdınız?
- Bu gün planı sınaqdan keçirdik. Sabah qaçacağıq.

10. Bir gün yoxlama gəlir dəlixanaya ağıllanan dəliləri evə göndərsin. Yoxlama dəliləri yığıb bir sual verir:
- Deyin görüm vannada balıq tutmaq olarmı?
Hamı deyir ki, olar. Təkcə biri deyir olmaz. Yoxlama həmin dəlini azad edir.
Dəli evə gələndə valideynləri soruşur:
- Səni nə yaxşı buraxdılar?
Dəli dillənir:
- Soruşdular ki, vannada balıq tutmaq olar?
Valideynləri:
- Bəs sən nə dedin, ağıllı balam?
Dəli:
- Dəli zad deyiləm ki, deyim yerini onlar da balıqları tutsunlar.

11. İki dəli söhbət edirlər, biri o birinə:
-sən harda anadan olmusan?
Cavab:
-Xestexanada
o biri deli:
-Aaaaa hansi xestelikden?

12. Sən pirajnanı niyə yemirsən. Qorxursan ki, paltara yerləşməzsən???
- Paltar problem deyil. Problem liftdir.

13. İki ovçunun söhbətindən:
- Bir gün, Afrikada, mən, 500 m-lik məsafədən bir güllə ilə fili vurub öldürdüm!
- Bu nədi ki?! Bu yaxınlarda mən Şimal dənizində nəhən bir ağ ayını əllərimlə boğub öldürdüm!
- Hə, söhbət dənizlərdən düşmüşkən, Ölü dəniz haqda eşitmisən?
- Əlbəttə ki!
- Hə, bax, onu, qardaşımla bir yerdə mən öldürmüşəm!

14. İki dost görüşür. Biri digərinə:
- He-he-he-e-e-e-ç ba-a-a-a-ş-a dü-ü-ü-ü-şə bil-mi-mi-rəm ki, ni-ni-yə mə-ə-ə-nim te-le-e-e-fon şir-kə-ə-ə-tim mə-ə-ə-nə-ə-ə ən ya-a-axşı ab-o-o-o-nenti-i-i ki-i-i-i-mi müka-a-fat ve-e-e-rib?

15. Bir nəfər Sibirdə havanın hərarəti mənfi 60 dərəcə olduğunu eşidir. O buna inanmır və dostuna zəng edir:
- Qulaq as, deyirlər siz tərəfdə 60 dərəcə soyuqdur hava.
- Yox, təxminən mənfi 25-30 dərəcə.
- Həəə, amma deyirlər mənfi 60 dərəcədir.
- Yox, çöldə ola bilsin mənfi 60 dərəcədir.

16. İki rəfiqə dalaşır:
- Sən nə ixtiyarnan məni hamının içində axmaq adlandırırsan?!
- Oy, bağışla sən mənə tapşırmışdın ki, axmaq olduğunu gizlədirsən...

17. Biri gəlib məhəllədə başlayır goplamağa:
- Uşaqlar keçən həftə getmişdim afrikaya.
Uşaqlar buna sual verirlər:
- Orda göy rəngli fillər olur onu necə öldürürlər?
- Xüsusi silahla
- Bəs yaxşı qırmızı filləri?
- Onu tutub boğursan, başlayır göyərməyə sonra göy fillər üçün olan silahla
- Bəs yaşıl filləri?
- Onu söyürsən, utandığından qızarır sonra tutub boğursan, başlayır göyərməyə sonra göy fillər üçün olan silahla
- Bəs sarı filləri?
Cavab tapa bilmir:
- Sarı fil olur, əəə??

18. Qulaq as Məmməd! Dünən özümə ağ ayaqqabı, ağ şalvar, ağ corab, ağ pencək, ağ köynək, ağ qalstuk və ağ dəsmal almışam.
- Yaxşısı budur özüvə bir dənə də yaşıl papaq al, olacaqsan qatıq butulkası.

19. Bir qadın öz rəfiqələrinə danışır:
- Təsəvvür edirsiz???. Yatdığım yerdə birdən görürəm səs gəlir.
İşığı yandıran kimi tanış olmayan birini görürəm.
Ona dedim ki, 2 saatdan sonra burda görmüyüm səni

20. İki rəfiqə bir-biri ilə dalaşır:
- Sən axmaqsan!
- Sən özünsən axmaq!
Bunu görən bir oğlan uşağı yaxınlaşır:
- Gözəllər, dalaşmayın siz ikiniz də düz deyirsiniz.

21. Nəynən dolanırsan?
- Yazıram...
- Jurnalistsən?
- Yox. Mən atama yazıram ki, mənə pul göndərsin

22. Sirk. Təhlükəli bir nömrə: sirk işçisi öz başını şirin ağzına soxur və çıxardır.
Sonra elan edirlər:
- Kim bu nömrəni təkrar etsə, 10 min dollar alacaq.
Salondan kimsə qışqırır:
- Mən təkrar edərəm. Amma yırtıcı heyvanı yığışdırın.

23. Nəvə nənəsindən soruşur:
- Nənə sənin gözlərin niyə belə yekədi?
- Səni yaxşı görmək üçün
- Bəs qulaqların niyə yekədi?
- Səni yaxşı eşitək üçün
- Bəs yaxşı burnun niyə belə uzundur?
- Ay mənim küt balam, məgər yadından çıxıb biz filik axı.

24. Həkim, "ənənəvi narkoz" nə deməkdir?
- Bu deməkdir, al bu arağıvı axıracan iç, al bu pivəni də iç, bu çaxırı da iç, bu konyakı da iç, indi uzan cərrahiyyə masasına..

25. Cərrah xəstədən soruşur:
- Sizə pullu narkoz lazımdır, yoxsa pulsuz?
- Əlbəttə ki, pulsuz
- Lay-lay deyim yatasan,qızıl gülə batasan......

26. Komandir tağımın əsgərlərini bir sıraya düzür. Ciddi-ciddi baxıb:
- Sıravi Əliyev, sıradan çıxın, - deyə əmr edir.
Əliyev gürultu ilə yerə tirtap sərilir.
Komandir:
- Nə oldu ona?
- Sıradan çıxdı...

27. Avtomatı təmizləməmişdən əvvəl nə etmək lazımdır?
- Nömrəsinə baxmaq lazımdır. Birdən başqasının avtomatı olar.

28. Komandir əskərlərin araq içmələrinə qadağa qoyur və divara yazır: "İçki öldürür".Sabahsı gün komandir yazının altında bir yazı daha görür: "Əskərlər ölməz."

29. Ordu sıralarında yeni qoşun növü yaranıb. Onlar hamıdan tez qaçır, hamıdan yaxşı gizlənirlər.
Onlar-dizertirlərdir.

30. Ordu sıralarında yeni qoşun növü yaranıb. Onlar hamıdan tez qaçır, hamıdan yaxşı gizlənirlər.
Onlar-dizertirlərdir.

31. Almaniyada müharibə vaxtı üç nəfər silahlı adam yol ilə gedir. Yolda iki nəfər görürlər və qışqırılar:
-Məgər siz bilmirsiniz ki, təzə qanun çıxıb? Şəhərdə cüt gəzmək olmaz.
İki nəfərdən biri:
-Bəs siz niyə cüt gəzirsiniz?
Üç nəfərdən biri:
-Biz üç nəfərik "3" cüt rəqəm deyil.

32. İkindi dünya müharibəsi illərində bir şotlandiyalı əlini amerika əsirlərinə uzadıb fransızdan soruşur:
- Siz öz dövlətiniz uğrunda döyüşürsünüz, mən də öz dövlətim uğrunda döyüşürəm. Bəs bunlar nə uğrunda döyüşürlər??

33. Araq-düşməndir.
Amma zabitlər ondan qorxmur, onu məhv edir.

34. ABŞ-da yeni güllə icad ediblər. Hədəfə güllənin gilizi yox, avtomatın özü dəyir.

35. Mağazada:
-Pişik neçəyədir?
-200000 manat.
-Aaaa. Dünən axı 50000-ə idi.
-Düzdü, amma bu gün o, 150000 manatlıq tutuquşunu yeyib.

36. Mənə yaxşı zəngli saat lazımdır.
- Bizdə yaxşı saat var. Deməli, əvvəlcə normal qaydada zəng çalır, sonra həyəcan siqnalı verir, sonra üstünüzə bir vedrə soyuq su tökür......əgər heç biri kömək etməsə, işinizə zəng edib xəstə olduğunuz barədə xəbər verir.

37. Bir tacir zinət əşyaları satır. Hər gün müəyyən saatda işini öz meymununa tapşırır və özü nahara gedir.
Bir oğru gəlir və müxtəlif hərəkətlər edir - əllərini açır deyir :
-lyalya
Meymun da bunu edir. Oğru gözlərini bağlayır deyir lyalya. Meymun bunu edəndə oğru malları oğurlayıb qaçır.
Bu hadisə bir neçə təkrar olunandan sonra. Tacir meymuna tapşırır ki, bir təkrar olunsa səni öldürəcəyəm.
Sabahı günü yenə oğru gəlir və müxtəlif hərəkətlər edir - əllərini açır deyir :
-lyalya
Meymun yenə bunun etdiklərini edir. Oğru gözlərini bağlayır deyir lyalya.
Elə bu an meymun yanından daş götürüb çırpır oğrunun başına və deyir:
- ala

38. Telefon zəng çalır. Kişi dəstəyi qaldırır və xəttin o biri tərəfindən səs gəlir:
- Alo! Sevgilim sənsən?
- Bəli mənən. Bəs kimdi danışan?

39. İki rəfiqə telefonla danışır:
- Bilirsən, biz Məmmədlə bir-birimizi sevirik.
- Yaxşı qurtaranda zəng edərsən.

40. İki tələbə sessiya əvvəli:
- Nə oxuyursan?
- Kvant fizikası...
- Bəs niyə kitabı baş-ayaq tutmusan??
- Əşi nə fərqi var eee.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 13430   Tarix: 01 aprel 2008  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925