Dağlıq Qarabağdan İrəvana hərbi qüvvələr yeridilir

Dağlıq Qarabağdan İrəvana hərbi qüvvələr yeridilir

Son günlər Ermənistanda Serj Sarkisyanın baş nazir vəzifəsini tutmasına qarşı əhalinin kütləvi etirazları getdikcə geniş vüsət alır.

BiG.AZ erməni KİV-lərinə istinadən xəbər verir ki, vəziyyəti daha da gərginləşdirən məqamlardan biri də İrəvan və onun ətrafında yerləşən polis və ordunun hazırkı hakimiyyətə tabe olmamaları, eləcə də etirazçılara qarşı güc tətbiq edilməsindən imtina etmələridir.

Xankəndində yerləşən mənbələrin yaydığı xəbərə görə, yaranmış vəziyyətdən ciddi narahatlıq keçirən Serj Sarkisyan hakimiyyəti cərəyan edən xalq etirazlarını yatırtmaq məqsədilə özünə loyallığı ilə seçilən və Dağlıq Qarabağda yerləşən hərbi qüvvələrin bir hissəsini İrəvana yeritmək qərarına gəlib.

Etirazçıların öz qərarlarında israrlı olması isə vəziyyəti daha da kəskinləşdirir. Belə olacağı təqdirdə, hakimiyyəti əldən vermək fikrində olmayan Sarkisyan və onun silahlı tərəfdarlarının etirazçılara qarşı ən ciddi tədbirlər görməsi, o cümlədən silah tətbiq etməsi istisna edilmir. Bu da 2008-ci ilin martın 1-də baş vermiş qanlı hadisələrin yenidən təkrarlanmasına gətirib çıxara bilər.

Şikayətiniz varsa Whatsapp: 050 5165251

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 465 Tarix: 17.04.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər