"Kristal Abşeron": "Xəyallarınızı başınıza uçururuq"

"Kristal Abşeron": "Xəyallarınızı başınıza uçururuq"Ev almaq məqsədi ilə "Kristal Abşeron"a üz tutmaq istəyirsiz? İnanın ki, bu, həyatınızın ən böyük səhvi olar

BiG.AZ xəbər verir ki, "Kristal Abşeron"un devizi "Xəyallarınızı inşa edirik" olmasına da əsla inanmayın. Əvəzində xəyallarınız başınıza uçacaq.
Sözgedən MTK-nın rəsmi saytında "Sakinlərinin həyat səviyyəsini hər zaman daha yaxşı etmək əsas vəzifələrdən biridir" tipli pafoslu cümlə də reklamdan başqa bir şey deyil. MTK-nın rəhbəri millət vəkili Ağalar Vəliyev olmasına baxmayaraq, o, vətəndaşların problemlərini həll etmək üçün baş sındırmaq əvəzinə, onların başına oyun açır.
Atalarımız boş yerə "Başına gələn başmaqçı olar" deməyiblər ki… Bu yazı nə anti-reklamdır, nə də qərəz. Bunu biz yox, "Kristal Abşeron"un sakinləri deyir.
Məsələn, Mehdi Mustafayev adlı şəxs "Kristal Abşeron"dan ev almaq eşqinə düşüb və sözügedən yaşayış kompleksində yaşayan sakinlərə məhz oradan mənzil almaq istədiyini, bunun üçün də məsləhətə ehtiyacı olduğunu söyləyib.
Mehdi bəyə yazılan cavablara diqqət yetirək:
Soyadı Məmmədzadə olan sakin Mehdiyə belə cavab verib: "Qardaş, nə sən sual paylaşdın, nə biz gördük. Qaçaraq uzaqlaş. Belə problemlərdən bəzilərini deyim bəlkə bəs edər. İsti suyun kubu 3.5 manat, istilik evin hər kvadrat metrinə 0.80 manat (istilik verildi, verilmədi və sən evdə yaşadın yaşamadın), quş damı kimi eyvanlar, keyfiyyətsiz təmir, bahalı market, digər keyfiyyətsiz xidmətlər və s. və ilaxır.
Əliyev Anar isə heç düşmənə də, "Kristal Abşeron"da yaşamağı arzulamır: "Heç düşməninə də buradan ev almağı məsləhət görmə".
Xilqət Yahya isə məsələyə satirik yanaşıb: " Mehdi qardaş, 3 dəfə "əuzu billahi minəş-şeytanir-rəcim" de. Burada ev alanlar hansısa böyük günah sahibləridir. Bu gün gözəl cümə günüdür, tovbələrin qəbul olunan günüdür, dua elə çoxlu.
Əsgər Vəliyevin də fikri digərləri ilə eynidir: "Qardaşım, get kirayələrdə yaşa. Bura verəcəyin kreditə şəhərdə ürəyin istədiyin tip və otaqlı evdə yaşayarsan".
Eşqin Qadaşov da "Kristal Abşeron"dan ev almaqla səhvə yol verdiyini etiraf edir: "Başımızı soxacaq daxmamız olsun deyə, bir səhvdir etmişik. İndi də başımıza gətirdikləri oyun qalmayıb. Buradan uzaq dur! Köhnə ev al, amma təmiri normal olsun".
Sevinc Mamedova adlı xanım isə "Kristal Abşeron"dan narazılığını bu şəkildə ifadə edib:
"Bu gün istilik problemi ilə əlaqəli komendantlığa yaxınlaşdım. Bildirdim ki, sizin işinizi bacarmamağınız, öhdəliklərinizi yerinə yetirə bilməməyiniz səbəbindən bizim ailələrimiz, körpələrimiz, yaşlı valideynlərimiz əziyyət çəkir. İstilik problemi nə vaxt həll olunacaq? Komendantın cavabı: 2 günə, 5 günə, 1 həftəyə, biz özümüz də bilmirik nə vaxta həll olunacaq. Amma çalışırıq. Səbəb kimi qazın olmaması göstərilir. Sözsüz ki, bu bir nağıldır. "Azəristiliktəchizat"ın binaları 15 noyabrdan etibarən istiliklə təmin olunubdur. Eyni ölkənin ərazisində yerləşməsinə baxmayaraq, "Kristal Abşeron" mənzillərə istilik verə bilmir. Demək ki, Kristal ayrıca planetdir. Respublika içində respublikadır. Hansı ki, öz qanunları var. Diqqət yetirin! Külli miqdarda pullarımızı mənimsəyən MTK heç özü də problemin nə zaman həll olunacağını bilmir. Minlərlə insanın taleyi, sağlamlığı onlara maraqlı deyil. Onları yalnız pul maraqlandırır". (yenicag.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1764   Tarix: 16 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428