Azər Həsrət bu dəfə sərt danışdı: "Prezidentliyə namizədlik uşaq oyuncağı deyil" - MÜSAHİBƏ

Azər Həsrət bu dəfə sərt danışdı: "Prezidentliyə namizədlik uşaq oyuncağı deyil" - MÜSAHİBƏ

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrət son günlər aktual olan ictimai-siyasi proseslərlə bağlı BiG.AZ-a müsahibə verib.

Sözügedən müsahibəni oxucularımıza təqdim edirik.

-Azər bəy ilk sualımız KİV haqqında qanundur. Bəzi media ekspertləri qanunun bəzi müddəalarından narazıdırlar. Düşünürlər azad jurnalistlərin fəaliyyətinə mane olur və onların azadlıqlarını məhdudlaşdırır. KİV haqqında qanuna əlavə və düzəlişlərə ehtiyac varmı?

-Bizim KİV haqqında qanun Avropalı ekspertlərin ən yüksək rəyini alıb. Bu qanunun hazırlanması prossesi o qədər şəffaf keçib ki, cəmiyyətin bütün maraqları nəzərə alınıb. Buna görə də bu günə kimi Azərbaycanın da üzv olduğu Avropa Şurasından heç bir ekspert bu qanunla bağlı mənfi fikir söyləməyib. Azərbaycanda bu sahədə olan qanunvericilik bütövlükdə mükəmməldir. Normal şəraitdə işləmək üçün KİV-ə imkan verir. İstənilən insan heç kəsdən icazə almadan, hesabat vermədən fəaliyyət göstərə bilər. Düşünürəm ki, qanunun tənqid edilməsi üçün heç bir əsas yoxdur.

Azər Həsrət bu dəfə sərt danışdı: "Prezidentliyə namizədlik uşaq oyuncağı deyil" - MÜSAHİBƏ

-Bir zamanlar Əbülfəz Elçibəyin təsdiq etdiyi KİV haqqında qanun Heydər Əliyevin təsdiq etdiyi qanundan sonra qüvvədən düşdü. Müasir mərhələ üçün qanunlara əlavələrin edilməsi lazımdırmı?

-Bu dövlətin deyil jurnalistikada öndə gedən təşkilatın məsələsidir. Xüsusilə də jurnalistlərin sosial probemlərlə məşğul olan təşkilatın. Bəli, xatırlayıram ki, bir zamanlar jurnalistlər üçün bəzi şeylər pulsuz idi. Amma KİV-nin üzərində dövlət senzurası da var idi. 1998-ci il avqusutun 6-da Heydər Əliyev əvvəlki senzuranı ləğv etdi. O dövr üçün əvvəlki qanunun üstünlükləri var idi. Amma inkişaf etdikcə qanunun təkminləşdirilməsi üçün addımlar atıldı. Avropa Şurası öndə olmaqla Avropanın təcrübəsi öyrənildi. Əlbəttə ATƏT-in də birbaşa iştirakı ilə müzakirələr açıldı. Yəni Azərbaycanda bu sahənin qanunvericiliyi mükəmməlləşdirildi. Jurnalistlərin ictimai nəqliyyatdan pulsuz istifadə etməsi zaman-zaman müzakirə olunur. Bəzən həmkarlarımız deyir ki, belə bir şey olsa yaxşı olar. Amma biz düşünürük ki, bu məsələdə dövlətin heç bir öhtəliyi yoxdur. Çünki ictimai nəqliyyat Azərbaycanda daha çox özəl şirkətlər tərəfindən idarə olunur. Xüsusilə də Bakı şəhərində. Özəl şirkətlər də bizə sual verir ki, biz sizə niyə pulsuz daşımaçılıq təşkil etməliyik. Nəyin qarşılığında? Haqlıdırlar da. Ona qalarsa həkimlər, müəllimlər və digər peşə sahibləri üçün də belə bir təklif edək. Əsgərlər üçün bunu etmək olar. Çünki əsgərlər vətəni qoruyur. Borcumuzdur ki, onlara dəstək olaq. Əlbəttə jurnalist də vətəni qoruyur həm də başqa məqamlarda dövlətə dəstək olur. Azərbaycanda həm də ictimai nəqliyyatın qiyməti çox da baha deyil. Hədindən artıq ucuzdur. Düşünmürəm ki, bu gün gündəmdə olan çox zəruri məsələdir. Çünki jurnalistlərin daha ciddi problemləri var. Həmin problemin həllinə çalışmaq lazımdır. Onlardan biri mənzil məsələsidir. Dövlət artıq 2 bina tikib jurnalistlərə təqdim edib. Digər problem isə səhiyyə ilə bağlıdır, sağlıq sığortası. İnsanların tibbi sığortaya ehtiyacı var. Bu sahədə addımların atılması zəruridir. Jurnalistlərin Həmkarlar İttifaqı bu məsələni zaman-zaman gündəmə gətirir.

Tibbi sığorta nədi? Pulunu ödəyib, sığortanı alırsan. Xəstələnsən və ya başına bir iş gəlsə pulsuz müalicə alırsan. Məncə bu məsələni həll etmək daha vacibdir. Biz jurnalistlərin ictimai nəqliyyatdan pulsuz istifaə etməsinə nail olsaq belə sabah başımıza qaxınc olacaq. Ayın sonunda hesablayıb elə bir rəqəm ortaya çıxaracaqlar ki, sən demə bundan ötrü səs-küy salmağa dəyməzmiş.

Azər Həsrət bu dəfə sərt danışdı: "Prezidentliyə namizədlik uşaq oyuncağı deyil" - MÜSAHİBƏ

-Mətbuata vahid sarı kartın verilməsinin müsbət və mənfi tərəfləri nələrdi? Əgər sarı kart verilərsə bu gediş haqqına da təsir edəcəkmi?

-Əvvəlki iclaslarda da bu məsələ müzakirə olunub. Bundan əlavə Mətbuat Şurasının idarə heyətinin iclasında da bu məsələ qaldırılıb. Mən özüm də bu məsələnin həll edilməsinin tərəfdarlarından biriyəm. Sarı kart və yaxud da vahid jurnalist vəsiqəsinin tədbiq edilməsi kimin kim olduğunu aşkara çıxaracaq. Yəni mən jurnalistəm deyən minlərlə insan var. Halbuki o insanların jurnalistikaya aiddiyyəti yoxdur. Vahid jurnaistika vəsiqəsi həmin insanların kənarda qalmasını təmin edəcək. Çünki onlar bu vəsiqədən ala bilməyəcəklər. Almaq istəyəndə də bəlli tələblər qoyulacaq. İşlədikləri KİV-in hüquqi, maliyyə, vergi verməsi və bu kimi məlumatlar istəniləcək. Qapıları gəzib nəsə dilənənlər bu tələbləri ödəyə bilməyəcəkləri üçün vəsiqədən mərhum ediləcəklər. Bir neçə il bundan qabaq deyilmişdi ki, 20 min şəxs jurnalist vəsiqəsini gəzdirir. Bəlkə də bu gün 40 mindir. Say artır, çünki hər yerindən duran özünü jurnalist elan edir. Bizim də yoxlama imkanımız yoxdur. Ona görə də bu vahid jurnalist vəsiqəsi vasitəsi ilə gerçək jurnalistlər ordusu sui istifadə edənlərdən ayrılacaq. Artıq cəmiyyət biləcək ki, 3000 min nəfər həqiqi jurnalistdir. Yerdə qalanlardan isə harasa gedəndə vahid jurnalist vəsiqəsi istəyəcəklər.

Azər Həsrət bu dəfə sərt danışdı: "Prezidentliyə namizədlik uşaq oyuncağı deyil" - MÜSAHİBƏ

-İmtiyazlar nələr olacaq?

-Əgər biz keyfiyyətli bir təbəqəni ortaya çıxara bilsək təbii ki, çox ciddi rəqəm fərqliliyi yaranacaq. Belə olanda da biz bəzi xidmətlərlə danışıb imtiyazlar əldə edə bilərik. Elə nəqliyyat da pulsuz ola bilər. Hətta özəl şirkətlər də bu kimi təkliflər irəli sürüb.

-Nəyin qarşılığında?

-Mətbuat Şurasına onlar bu təklifi bir lütf kimi təqdim edirlər. Bundan əlavə sabah ola bilər ki, Mətbuat Şurası mərkəzləşmiş xidmət olaraq onların reklam işlərində və başqa məsələlərdə endirim əldə edə bilər. Tutaq ki, şirkət özünü reklam etmək istəyir. Mətbuat Şurası da saytlara və qəzetlərə göstəriş verir ki, bunlara 10 faiz endirim edin. Dövlət buna müdaxilə edə bilməz. Dövlətdən tələb edirlər. Dövlətin bura qarışacağı yoxdur. Biz biləndə ki, 3000 jurnalistimiz var. Biz ayrı-ayrı özəl tibb müssisələrlə danışıb normal jurnalistin davamlı olaraq tibbi müayinədən keçməsini də təmin edə bilərik. Sanatoriya məsələsində də müəyyən addımlar atıla bilər. Biz gedib heç bir yerə deyə bilmərik ki, 30 min jurnalistə imtiyaz ver. Amma 3000-nə deyə bilərik. Biz istəyirik vahid jurnalist vəsiqəsinə keçək. Amma təəssüf ki, bu gün media bu məsələyə hazır görünmür. Əksəriyyət həvəsli deyil. Çoxu bu vəsiqəni Mətbuat Şurasından almaq istəmir. Ona görə də Mətbaut Şurası bu məsələdə sərt mövqe ortaya qoymalıdır. Əflatun Amaşov son zamanlar Mətbuat Şurasına əlavə imtiyazların verilməsi ilə bağlı çağırış edir. Qanunun qəbul edilməsini istəyir. Prezidentin köməkçisi də bu çağırışı dəstəklədi. Düşünürəm ki, dövlət də bu məsələdə bizə dəstəkdir.

-Qurultayda həbsdə olan junalistlərin azadlığa buraxılması ilə bağlı çağırış etdi. Əlbəttə heç bir jurnalist günahsız yerə həbsə düşməyib. Onların əfv edilməsi nə qədər doğrudur?

-Dövlət ümumiyyətlə barışdırıcı və bağışlayıcı olmalıdır. Həm də dövlət günahının sərtliyindən aslı olmayaraq hər bir vətəndaşa yumşaq davranmalıdır. Vətəndaşı səhf edibsə də onu düzəltməyə şans verilməlidir. Azərbaycan bu cür hümanizmə söykənən dövlətdir. Prezident İlham Əliyevin dövründə dəfələrlə əfv sərəncamları və amnistiyalar olub. 10 minlərlə insan həbsdən azad edilib və ya cəzasının yüngülləşdirilməsi ilə mükafatlandırılıb. Özlərini jurnalist kimi təqdim edənlərin jurnalist olmadıqlarını biz bilirik. Bu gün Azərbaycanda ən sərt yazan radikal jurnalistlər var. Niyə onlar həbs edilmir. Məsələn Hacı Zamin və mən. İstənilən məmur haqqında sərt yazılarım olub. Hətta mənim haqqımda Mətbuat Şuasına zənglər də edilib. Adamlar o yazıların silinməsini istəyir. Yəni etik tənqid yazan heç kim həbs edilmir. Amma təhqir yazan cəzalandırılır. Jurnalistika hər şeydən əvvəl etika, tərbiyə və əxlaq vacibdir. Bu normaları qorumayanları jurnalist adlandırmaq olmaz. Təhqir olanda dövlət ortaya girir. Təhqir olunanın hüquqlarını qoruyur. Bir neçə nəfər var, həmin insanların jurnalist və siyasətçi olmasını bu günə kimi müəyyən edə bilməmişik. Həbsdədirlər. Həbsə düşən kimi iddia edirlər ki, biz jurnalistik. Həbsdən əvvəl iddia edirdilər ki, siyasətçiyik. Jurnalistika ilə siyasət eyni yerə sığmır. Elə insanlar var ki, partiya rəhbərliyindədirlər. Amma iddia edirlər ki, jurnalistəm. Məsələni kökündən həll etmək üçün istəyirik ki, həmin insanlar əfv edilsin. Azadlığa çıxandan sonar onlara izah edək ki, jurnalistikadan sui istifadənin sərhədi harada bitir. Jurnalistika yarlığını üzərlərindən götürsünlər. Yeni Azərbaycan qəzeti var. Bu YAP-ın rəsmi qəzetidir. Heç kim bu qəzetə irad tuta bilməz ki, sən niyə siyasi təbliğat aparırsan. Azadlıq qəzeti isə deyir ki, müstəqil ictimai-siyasi qəzetdir. Amma bir nəfərin təbliğatını aparır. O oxucularını aldadır. Məndə "Azadlıq"da uzun müddət işləmişəm. Elçibəyin vaxtında Azadlıq qəzeti AXC-nin orqanı idi. Elçibəy 1995-ci ildə qəzeti yarım azad etdi. Həmtəsisçiliyi redaksiyaya verdi. 1998-ci ildə Azadlıq qəzeti müstəqil ictimai-siyasi qəzet oldu. Bu o deməkdir ki, bu qəzet hər tərəfə bərabər münasibət bəsləməli idi. Amma belə olmadı.

Azər Həsrət bu dəfə sərt danışdı: "Prezidentliyə namizədlik uşaq oyuncağı deyil" - MÜSAHİBƏ

-Reklam bazarında böhran hökm sürür. Mediyaya dövlətin maliyyə ayırması onu boynu bükük etmirmi?

-Bu dünya təcrübəsində də var. Media elə bir ortamda fəaliyyət göstərməlidir ki, kənardan maddi dəstəyə ehtiyac olmasın. Bu da reklamla mümkündür. Biz 1998-ci ildə "New York Times" qəzetinin redaksiyasında olduq. O qəzetin səhfələrinin 80 faizi reklam idi. Yerdə qalan 20 faizi də xəbərlər, köşə yazıları idi. Reklam çox olduğuna görə 1998-ci ildə o qəzetin illik dövriyyəsi 3 milyard dollar idi. Təsəvvür edin o dövrdə Azərbaycanın dövlət büdcəsi cəmi 1 milyard idi. O sizcə o qəzet dövlətdən dəstək istəyərmi? Dövlətdən alınan pul istər istəməz öz təsirini göstərir amma Azərbaycanda dövlətin mediaya pul ayırmasın normal və arzuolunandır. Çünki Azərbaycanda reklam bazarı Amerikadakı kimi deyil. Mediada rəqabət var. 5000-dən yuxarı KİV var, əlbəttə bu 10 milyon əhalisi olan dövlət üçün çoxdur. Ona görə dövlət daha keyfiyyətli və faydalı ola bilən KİV-nə maliyyə ayıra bilər. Amma bu da əbədi deyil. Bir vaxt dövlət deyə bilər ki, biz maliyyəni ayırdıq ki, siz məhv olmayasınız. Özünüz üçün nəfəslik açasınız. Neçə ildir ki, biz müzakirə aparırıq. Türkiyənin təcrübəsi öyrənildi, Mətbuat Şurasından da nümayəndələr getdi.

Türkiyədə mərkəzləşdirilmiş reklam şurası fəaliyyət göstərir. Mərkəzin bir tərəfində media durur digər tərəfdə isə iş adamları. Yəni reklam verənlər. Bu şura reklam verənlərlə vasitəçilik edir. Reklamların bərabər formada paylanılmasına nəzarət edir. Biz bunu yüksək səviyyədə müzakirə etmişik. Sadəcə Azərbaycanda elə bir məsələlər olur ki, müəyyən mərhələdə dirənir. Keçə bilmir.

-Reklam məsələsi nəyə dirənib?

Biz bilmirik, müzakirələr getdi lakin... İnformasiya azadlığı üzrə ombudsman məsələsi də var idi, ayrıca KİV haqqında qanunda da nəzrdə tutulmuşdu. Tşkil olunmalıydı, o da dirəndi. Belə olanda da qanunu dəyişib Media Ombudsmannı verdilər Ombusmanın nəzdinə. Orda da neçə ildir ki, ştat ayrılmayıb.

-Zərurət yaransa necə olacaq bəs?

-Əslində zəruriyyət var. İnformasiya alınmasında jurnalistlər çətinlik çəkirlər. Bu məsələlərlə məşğul olan ombudsman olmaldır. Həmin ombusman da müstəqil fəaliyyət göstərməlidir. Elə bu reklam şurası da görünür hardasa ilişib qalıb. Həllini tapmır. Ona görə də bu gün dövlətin dəstəyi yeganə çıxış yoludur.

-Jurnalistlərin seçki ərəfəsində fəaliyyəti tam şəkildə təmin olunacaqmı?

-Bu peşəkarlıq məsələsindən aslıdır. 25 ilə yaxındır ki, jurnalistikadayam. Kifayət qədər seçki görmüşəm. Seçkilərdə ya namizəd kimi ya da müşahidəçi kimi iştirak etmişəm. Jurnalist kimi də prossesləri işıqlandırmışam. İşıqlandıran zaman da jurnalist peşə etikasını qorumuşam. Əməl etdiyimə görə də çətinliklə qarşılaşmamışam. Səsvermə zamanı neqativ hadisələr haqqında jurnalist gördüyünü yazıb, ictimaiyyətə çatdırmalıdır. Bəzən jurnalisti məntəqə sədri kobud qarşılayır. Hətta döyülmə halları olur. Bu da ondan irəli gəlir ki, həmin məntəqələrdə fəaliyyət göstərənlərin hamısı heç də yüksək səviyyəli insanlar deyil. Ölkə ərazisində 5000-ə yaxın seçki məntəqəsi var. Bu məntəqələrin hər birində də 6 nəfər olur. Bu 3000 nəfər edir. 3000 nəfərin yüksək səviyyəli hazırlıqlı olmasını gözləməyin özü sadəlövlükdür. MSK tərəfindən təlim keçirilir, təcrübəsi olan anlayır. Həyat təcrübəsi və savadı olmayan da qavraya bilmir. Hazırıqsız adam siz məntəqəyə gedəndə sizə qarşı kobudluq edir, hərəkətinizi məhdudlaşdırır və sizin prosesi izləməyinizə maneçilik göstərir. Bunun adı olur pozuntu. Siz də bunu yazmalısınız. İctmaiyyətə təqdim edildikdə də həmin insan başlayır özünü təmizə çıxarmağa. Bu kimi halların olmaması üçün həmin adamlara anlayışlı qarşılamalıyıq. Bunu edə bilməyən jurnalistlər də səs-küy edir. Ona görə də jurnalist bu məsələdə peşəkar davranmalıdır. Bundan əlavə ayrı-ayrı namizədlərin tərəfdarı olan jurnalist də olur. Ona görə də jurnalist siyasətdən tamamilə uzaqlaşmalıdır ki, baş verənləri düzgün işıqlandıra bilsin. Harada kı jurnalistin siyasi bağı var orada jurnalist obyektiv ola bilmir.

Azər Həsrət bu dəfə sərt danışdı: "Prezidentliyə namizədlik uşaq oyuncağı deyil" - MÜSAHİBƏ

-Sizin namizədiniz kimdir?

-Mənim namizədim İlham Əliyevdir. Çünki Azərbaycanın sabit şəkildə ayaqda qalmasının səbəbi İlham Əliyev və onun uğurlu siyasətidir. Lider olaraq təcrübəlidir. 2003-cü ildə İlham Əliyev prezidentlik üçün yeni şəxs idi. Ona görə də İsa Qəmbəri dəstəkləyirdim. Çox insanlar buna görə hətta məni qınayır. Mən isə cavabımda bildirirəm ki, mən şəxsləri deyil, dövlətimin sabahını təminat altına alan şəxsləri dəstəkləyirəm. Düşünürəm ki, İham Əliyev 15 ilə yaxın prezidentlik təcrübəsi olan çox yetişkin siyasətçidir. Hər kəsin fikrini azad şəkildə ifadə etməsinə sayqı ilə yanaşmaq lazımdır. Namizədliyini irəli sürən 8 nəfərdən heç birini İlham Əliyevə rəqib görmürəm.

-İsa Qəmbərin namizədliyi qeydə alınsaydı kimə səs verərdiniz?

-İsa Qəmbərin vaxtı çoxdan keçib. Mən onu siyasətdə bitmiş şəxs hesab edirəm. İsa bəy bu gün mərkəz quraraq, düşüncə adamı kimi fəaliyyət göstərməlidir. Onun bu gün hansısa bir işə yarayacağını düşünmürəm. Hətta parlamentdə də sadə deputat kimi də görə bilmirəm. Çünki onun mərhələsi keçib. Bir zamanlar güclü siyasətçi idi, partiyası da da güclü idi. Bu gün partiya çöküb. Güclü siyasətçi odur ki, heç bir bəhanə ortaya qoymadan istədiyinə nail olur. Bu məqsədə gedərkən heç bir yolu sıradan görüb kənara atmır. Siyasətdə nəticə lazımdır. Nəticə yoxdursa sən siyasətçi deyilsən. Partiyan sıxışdırılırsa deməli zəif siyasətçisən. Elə bir şərait yaratmalısan ki, insanlar ölümünə sənin arxada dursunlar. Bu baş vermirsə sən lider deyilsən. Bu gün Əli Kərimlinin təşkilatı sizcə Elçibəyin təşkilatıdır? Xeyr. Elçibəyin ideologiyasından heç nə qalmayıb. Əli Kərimli irançılarla və rusiyaçılarla iş birliyindədir. Eləcə də Müsavat partiyası. Bu gün AXCP və Müsavat yoxdur. Bir dəstə söyüşcül adam facebookda oturub onu-bunu söyməklə məşğuldur. Hanı onların analizləri, yol xəritələri və beynəlxalq təşkilatlarla münasibətləri? Yoxdur bunların heç biri. Amma İlham Əliyevdə hər biri var. Bu gün Azərbaycan regionda danışılan dövlətlərdən biridir. Bütün bunlar da İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. İsa Qəmbər zamanında çəkilib mərkəz qurdu. Əli Kərimlinin buna bacarığı çatarmı bilmirəm. Çünki mən Əli Kərimlinin normal rus dilində danışdığını da görməmişəm. Ətrafına elədiyi xəyanət, tərəfdarlarına qarşı etdiyi iyrənc əməllər ona olan etibarı çoxdan itirib. Əli Kərimlinin Azərbaycan siyasətində yeri yoxdur. Alternativ müxalifət formalaşmalıdr. Əlbəttə bu müxalifət də İranın, Rusiyanın, qərbin qucağında oturmamalıdır. Normal müxalifəti olmayan ölkə uçuruma gedir. Mən istərdim ki, bu gün İlham Əliyev qədər olmasa da onun yarısı qədər lider olan şəxs prezidentliyə namizədliyini versin. Bu zaman seçki daha maraqlı və rəqabətli olardı.

Azər Həsrət bu dəfə sərt danışdı: "Prezidentliyə namizədlik uşaq oyuncağı deyil" - MÜSAHİBƏ

-Niyə mövqe dəyişmək cəmiyyət tərəfindən normal qarşılanmır?

-Adamlar düşünür ki, mən dünən kimi dəstəkləmişəmsə ömrümün sonuna kimi də onu dəstəkləməliyəm. Mən bu adamları ideologiyasına görə dəstəkləmişəm. Həm də inanmışam ki, bunlar hakimiyyətə gəlib dövlətimiz üçün çalışacaq. Amma zaman göstərdi ki, bu belə deyil. Elçibəyin ideologiyası bu gün Əli Kərimlidə yoxdur. AXCP türkçülükdən, turançılıqdan imtina edib. İran, Rusiya bunların tərəfdaşıdır. Bu da bizim uçurumumuz deməkdir. Mən illərdir ki, arxanızca gedib inanıb, güvənirəm sizdə hər seçkidə də etibarımı qırırsınız. Mən də onlara deyirəm ki, hədəfimiz düzgün deyil. Dinləmədiyin az deyilmiş kimi özün də bir çıxış yolu tapmırsan. Hər seçkidə də inamımızı uçuruma atırsan. Bataqlığa sürükləyirsən. Mən ömrümü sizinlə çürütməliyəm? Sən lider ola bilmirsən. İdeologiyanda tamamilə fərqlidir. Özünü lider kimi sübut edə bilmirsən. Məndə azərbaycançılıq ideologiyasına sahib olduğuma görə görürəm ki, sən dövləti bataqlığa aparırsan. Amma İlham Əliyv isə dövlətimizi irəliyə aparır. Həm də mənim ideologiyama əngəl törətmir. Mənim ideologiyamın ayaqda qalması üçün də təkliflər irəli sürür. Bu gün Azərbaycanı kimsə anti-türk deyə bilərmi? Amma zamanında biz Heydər Əliyevi, İlham Əliyevi anti-türk elan etmişdik. Deyirdik ki, onlar bizi yenidən Sovet dönəminə aparacaqlar. Amma SSRİ-dən çıxmış dövlətlər sırasında Azərbaycan Rusiyanın qarşısında öz sözünü deyə bilən yeganə dövlətdir. Bu gün İlham Əliyev bunu təmin edirsə mən niyə onun arxasınca getməyim?! Heydər Əliyev müstəqiliyi möhkəmləndirdi, İlham Əliyev isə onun atdığı təməllər üzərində iqtisadiyyatı ilə öz sözünü deyə bilən dövləti formalaşdırdı. Bu adamların yanaşması "bolşevik" yanaşmasıdır. Yəni ömrünün sonuna kimi bizim arxamızca getməlisən. Mən özümü onlardan güclü siyasətçi hesab edirəm. Mənim sözüm də, qələmim də daha təsirlidir. Qərar verməkdə də sərbəst və azadam. Mən gördüm ki, bunlarla hədəfə çatmaq olmaz. Ona görə də həmin yolu İlham Əliyevlə gedirəm. Mən türkçü, turançıyam. Bizimlə mədəni, tərbiyəli müzakirə aça bilmədiklərinə görə təhqirlərə keçirlər.

-Tural Abbaslı və Əli Əliyevin namizədliyi qeydə alınmadı. Bildirdilər ki, bizi güclü namizəd gördüklərinə görə qeydə almadılar. Bununla bağlı nə deyə bilərsiniz?

-Tural Abbaslı kimdir ki, İlham Əliyevə rəqib olsun? Mən onu tanımıram. İlham Əliyev hara, o hara. Əli Əliyevin imkanları ilə İlham Əliyevin imkanları belə uyğun deyil. Prezidentliyə namizədlik uşaq oyuncağı deyil. Prezidentlik iddiasına düşmək üçün insan yetişib, yüksəlməlidir. Arxasında böyük iqtisadi güc dayanmalıdır.

-Namizədin arxasında niyə iqtisadi güc dayanmalıdır?

- Çünki xalqın içərisində olub təşviqat və təbliğat kampaniyası aparılması üçün maddi güc vacibdir. Amerikada prezidentliyə namizədlər 100 milyonlarla pul xərcləyirlər. Hələ onlar partiya içi seçkilərə milyonlar fəda edirlər. Çünki sənin arxanda gərəkli iqtisadi güc yoxdursa, namizəd kimi özünü təmin edə bilməmisənsə dövlətə də heç nə verə bilməzsən. Xalqın adamı mərhələsi keçib. Komada yaşayan insan dövlət idarə edə bilməz. Dövlət idarə edəcək insanın arxasında böyük iqtisadi imkanlar olmalıdır. Prezidentliyə namizəd də məhz həmin imkanlarına görə cəmiyyətdə tanınmalı və seçilməlidir. Dövlət mənə pulsuz efir ayırsın deməklə prezident olunmur. Onda ən yaxşı danışan prezident olardı. Bəs problemləri necə həll edəcək.

-Zahid Orucun özü prezidentliyə namizəd olaraq İlham Əliyevə səs verilməsini istəməsi nə qədər doğrudur?

-Zahid Oruc yəqin ki, bir müddət keçəndən sonra namizədliyini İlham Əliyevin xeyrinə geri götürəcək. Bu normaldır. Əgər mübarizəyə girmisənsə hədəflərin içərisində sıyrılıb sən önə keçməlisən. Bu cür açıqlama verirsənsə sənin bu mübarizədə nə işin var?!

Azər Həsrət bu dəfə sərt danışdı: "Prezidentliyə namizədlik uşaq oyuncağı deyil" - MÜSAHİBƏ

MÜSAHİBƏNİN ARDI VAR...

Söhbətləşdi: Rövşən Əsədov

Aysel Yusifqızı

Fotolar: Pərviz Həşimi

Şikayətiniz varsa Whatsapp: 050 5165251

f Paylaş
Bölmə: Müsahibə Oxunub: 802 Tarix: 26.03.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
ataxanli
ataxanli 31.03.2018
bu Azer Zahid de ozun bir sey sayirda
Dalğaların arasında qərq olub yetim qalmış damcılarla məhv olmaq kimi idi bu.


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər