Ölkəsi üçün özünü yandırdı (Foto)

Bu gün Hindistanın paytaxtı Dehlidə tibetli bir gənc Çin prezidentinin ölkəyə səfəri öncəsi özünü yandıraraq etiraz edib.

"Telegraph"-a istinadən verdiyi xəbərə görə, özünü atəşə verən etirazçı Hindistan parlamentinin yanında nümayiş keçirənlərə tərəf qaçıb.

Digər aktivistlər su və tibet bayraqları ilə yanğını söndürməyə çalışıblar. Campa Yeşi adlanan nümayişçi ağır yanıq xəsarətləriylə xəstəxanaya çatdırılıb.

600-dan çox etirazçı Yeni Dehlidəki parlament binası qarşısında bayraqlar və plakatlar qaldıraraq aksiya keçiriblər. Plakatların bəzilərində "Tibet yanır", "Tibet Çinin bir hissəsi deyil" kimi şüarlar səsləndirilib.

Ölkəsi üçün özünü yandırdı (Foto)Ölkəsi üçün özünü yandırdı (Foto)Ölkəsi üçün özünü yandırdı (Foto)Ölkəsi üçün özünü yandırdı (Foto)Ölkəsi üçün özünü yandırdı (Foto)Ölkəsi üçün özünü yandırdı (Foto)Ölkəsi üçün özünü yandırdı (Foto)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto   Baxılıb: 3573   Tarix: 27 mart 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az